Mətbəximiz / Şirniyyat

Ballı Tort (foto resept)

Aynur | 2-05-2011, 08:17
37 152 89

Krem üçün:
2 banka qatılaşmış süd (bişirdikdən sonra bir yarım bankadan istifadə edəcəksiniz)
300 q kərə yağ

Hazırlanması:

 Bankaları qazana qoyun. Qazanı bankaların üstünü örtənə qədər suyla doldurun. Qoyun 2 saat ərzində bişsinlər.  Qazandakı su çəkildikcə bir kənarından qaynar su tökün. 2 saat sonra qazanı kənara çəkin. Qoyun bankalar suyun içində 5 dəqiqə qalsın. Sonra suyunu boşaldın, amma bankaları açmayın, yoxsa partlayarlar! Qoyun bankalar otaq hərarətində olana qədər soyusunlar. Sonra açın.

 Bir qabda yağı mikserlə ağaranadək çalın. Sonra isə soyumuş qatılaşmış südün bir banka yarımını yağın üstünə əlavə edib bir az da çalın. Çox çalmayın, yoxsa krem çürüyər. Kremi soyuducuya qoyun və xəmirin hazırlanmasına keçin.

Xəmir üçün lazım olan ərzaqlar:
3 yumurta
1 stəkan şəkər tozu

Qoz
3 xörək qaşığı bal
100 qram kərə yağı
1 çay qaşığı soda
3 -4 stəkan un

Yumurta və şəkəri istiyə dayanıqlı bir kasaya və ya bir qazana qoyun və qarışdırın.

 Bunlara bal və kərə yağı əlavə edin.
 Ayrı qazanda su qaynadın. Yumurtalı kasanı və ya qazanı su qaynayan qazanın üstünə yerləşdirin. Su üstdəki qaba dəyməməlidir. Su qaynamağa davam etsin, siz isə dayanmadan üstdəki kasadakı ərzaqları qarışdırın ki, ərisinlər. Təxminən 3 dəqiqə ərzində.

 Sonra qarışdırmağa davam edərək, bu kütləyə sodanı da əlavə edin. Kütlə bir qədər ağaracaq və qabaracaq. Təxminən yarım dəqiqə ərzində qarışdırıb kasanı oddan kənara çəkin. Kütləyə 4 stəkan unu tədricən və az-az əlavə edərək qarışdırın. Xəmir bir qədər əlinizə yapışırsa, bu normaldır.

  Xəmir soyuduqdan sonra bərkiyir, odur ki, çox un qatmayın. Yox əgər xəmir soyuduqdan sonra belə çox yapışqan  qalsa, onda qalan unu da əlavə edin. Mən 3 stəkan yarım un qatıram. Amma unların qatılığı fərqli olur, odur ki, diqqətli olun, xəmiri çox bərkitməyin. Hazır xəmiri 5 hissəyə bölün.  Sobanı 190Cdək qızdırın.  İri listi yaxşıca yağlayın.Kündələrdən birini listin ortasına qoyun. Barmaqlarınızla basaraq xəmiri 28 sm ölçüsü olan dairə şəklində yayın. Əgər xəmir barmaqlarınıza yapışırsa, onları una batırıb xəmiri yayın. Unlu barmaqlar xəmirə yapışmaz. Alınan dairə nazik alınacaq.

 Tortun üstünü və kənarlarını bəzəmək üçün sizə biskvit ovuntusu lazım olacaq. Bunun üçün yaydığınız xəmiri bişirdikdən sonra onun kənarlarını kəsməli olacaqsınız. Amma mən başqa texnologiyadan istifadə edirəm - dairənin kənarlarını bişməzdən əvvəl kəsirəm. Bunun üçün yaydığınız xəmirin üstünə 10 sm ölçüsü olan qab qoyun və iti bıçaqla qabın kənarına çıxan xəmiri kəsin amma listdən çıxartmayın.

 Beləliklə kənarlar da dairəylə bərabər bişəcək. Bişdikdən sonra onları sadəcə olaraq listdən soyub çıxardacaq və ovacaqsınız.

Layları bir-bir 4-5 dəqiqə ərzində, və yaxud üstləri bir az qızaranadək bişirin. Biskvitlər bir qədər qabaracaq.Layların arasına bolluca krem çəkin.Dadli olmasi üçün mən qozda səpirəm.

Tortun üstünə və kənarlarına da krem yaxın. Ovuntuları tortun üstünə və kənarlarına səpin. Əgər ovntunuz azdırsa, onda bir miqdar qozu ovub ovuntuyla qarışdırın. Bu mərhələdə tort yeməyə hazır deyil. Tortu kənarda otaq hərarətində ən azı 6 saat saxlayın ki, yumuşalsın.  
Nuş Olsun!

 

 


  1. revane-01 | 21 noyabr 2016 17:15 | Status: Qonaq | Şərh: 0
    dadli tortdu men hazirlayiram
  2. guel | 30 mart 2016 10:02 | Status: VİP user | Şərh: 482
    Balli tort tez -tez hazirladigim tortlardandi. Menim reseptim basqadi
  3. ESMERRi | 22 mart 2016 12:43 | Status: Brilliant user | Şərh: 5 392
    Sitat: Sunay Elizade
    maraqli alinib tsk
  4. Sunay Elizade | 5 iyun 2015 11:24 | Status: Gümüş user | Şərh: 2 157
    maraqli alinib tsk
  5. Nermine1 | 21 dekabr 2014 18:26 | Status: Gümüş user | Şərh: 673
    men yaxsi biwirirem bu tortu
  6. HESENIM | 9 aprel 2014 00:49 | Status: Gümüş user | Şərh: 1 262
    HAZIRLAMISAM ELADI
  7. nuray2007 | 26 yanvar 2014 21:27 | Status: Şərhçi | Şərh: 420
    men de hazirlayiram
  8. sehla gozlum | 4 noyabr 2013 13:38 | Status: Şərhçi | Şərh: 162
    teze bisirdik.dadlidir
  9. lady_sevil | 12 iyun 2013 20:44 | Status: Şərhçi | Şərh: 212
    men bu torta bal yox gilas murebbesinin suyunu qatiram balla etmemisem sevdiyim sirniyyatlardandi
  10. Mickey Mouse | 12 iyun 2013 10:57 | Status: Professional user | Şərh: 4 008
    Balli tortuuu cccoooxx sevirem biz bunun basqa curun edirik.
  11. masi13 | 4 iyun 2013 21:54 | Status: Qonaq | Şərh: 0
    Agzim sulandi lap :) feel
  12. Hande 18 | 3 iyun 2013 10:44 | Status: Professional user | Şərh: 3 302
    EN COX SEVDIYIM TORTDU. TWKLER.
  13. elnare terlan | 8 aprel 2013 20:26 | Status: VİP user | Şərh: 1 407

    beh beh

  14. Akademik | 8 aprel 2013 14:57 | Status: Professional user | Şərh: 4 580

    EN COX SEVDIYIM TORTDU. TWKLER.

     

    -----------------

     ALLAHIMIN QULU, NEFSIMIN AQASIYAM

  15. Milaska. | 24 mart 2013 12:45 | Status: Gümüş user | Şərh: 1 487
    secildi
  16. Billurə | 21 mart 2013 13:02 | Status: Professional user | Şərh: 4 892
    resepte gore twk..atdim secilmiwlere)
  17. kurutoye | 9 mart 2013 20:26 | Status: Qonaq | Şərh: 0
    pis deyil n37

    pisdi[hide][/hide] n11
  18. Meqa | 7 fevral 2013 13:55 | Status: Professional user | Şərh: 2 078
    Sitat: Nurus
    1saat bundaq qabaq bişirdik bundan kim istese buyursun gəlsin qonağımız olsun.

    mene getirde elede çox uzaq deyilik
  19. Nurus. | 23 dekabr 2012 20:32 | Status: Brilliant user | Şərh: 6 982
    1saat bundaq qabaq bişirdik bundan kim istese buyursun gəlsin qonağımız olsun.
  20. Gulnare4 | 23 dekabr 2012 20:26 | Status: Gümüş user | Şərh: 1 256
    men o gunlerde hazirlamisdim yaxsi olyr
  21. Nurus. | 28 noyabr 2012 20:40 | Status: Brilliant user | Şərh: 6 982
    bizde bele hazirlamaq biz bal yerine murebbe suyu tokuruk
  22. elnare terlan | 12 noyabr 2012 22:35 | Status: VİP user | Şərh: 1 407
    beh beh
  23. sevinc keder | 4 oktyabr 2012 23:27 | Status: Professional user | Şərh: 3 818
    Sitat: azeri_oglu
    bal menden hazirlamaq sizden


    bal verseydin men hazirlayardim wink
  24. azeri_oglu | 29 sentyabr 2012 23:23 | Status: Gümüş user | Şərh: 2 243
    bal menden hazirlamaq sizden
  25. sevinc keder | 18 avqust 2012 20:00 | Status: Professional user | Şərh: 3 818
    BUDA GETDI SECILMIWLERE.
    TEWEKKURLER EDIREM.
  26. TATLI GUZEL | 20 iyul 2012 12:26 | Status: Professional user | Şərh: 5 782
    mmmmm en sevdiyim tortdu eee,tesekkurler
  27. Ayka21 | 18 iyul 2012 01:06 | Status: Yazar | Şərh: 2 771
    Men basqa cur edırem yenede tskler