Mətbəximiz / Salatlar və qəlyanaltılar

Gül fincanında «Zəriflik» salatı

Banu. | 26-04-2019, 08:43
210 0

Tərkibi və istifadə olunan ərzaqlar

  • 3 ədəd bolqar bibəri (fərqli rəngli)
  • 250 qr bişmiş toyuq filesi
  • 3 ədəd toyuq yumurtası
  • 1 ədəd xiyar
  • 50 qr mayonez
  • 1 ədəd orta ölçüdə baş soğan
  • zövqə görə duz
  • zövqə görə qara istiot

Hazırlanma qaydası

1 Salat üçün soğan xırda doğranılır, üzərinə qaynar su əlavə edilir. 10 dəqiqə saxlanılır. Suyu süzülür və soyuq su ilə yuyulur (acısını itirmək üçün).
2 Hər bir yumurta ayrı-ayrılıqda çalınır və ayrı-ayrılıqda bitki yağında qızardılır (qayğanaq şəklində). Alınan qayğanaqlar saxlanılır.
3 Bişmiş toyuq filesi kubik formasında doğranılır.
4 Yumurta qayğanaqları uzunsov dilimlərə doğranılır.
5 Xiyar həmçinin nazik dilimlərə doğranılır. Xiyar dilimləri, toyuq filesi, soğan, doğranmış yumurtalar qarışdırılır, duzlanır və mayonez əlavə edilərək bir daha qarışdırılır.
6 Bolqar bibərindən gül hazırlamaq üçün, onun ucunda ulduzvari kəsiklər edilir. Kəsiklər bibərin dibinə qədər edilmir, təqribən 2-2,5 sm uzunluğunda. Zövqə görə yarpaqları nazik və ya enli kəsmək olar. Sonra ehtiyyatla bıçaqla bibər azmaz aralanır və soyuq su ilə dolu dərin boşqaba yerləşdirilir. Bu halda kəsilən yarpaqlar özləri aralanacaq.
7 Belə halda bibər bir-iki saat qalmalıdır. Bibərli boşqabı soyuducuya da yerləşdirmək olar - su nə qədər soyuq olsa, o qədər kəsilən yarpaqlar daha tez aralanar.
8 Fincanın alınması üçün bibərin özəyi və daxili ehtiyyatla yarpaqları kəsilməlidir.
9 Fincanlar salatla doldurulub, zövqə görə bəzədilir. Nuş olsun!

Bu xəbərləri MÜTLƏQ oxuyun:

“Nişanlısına hadisəni deməmişik…” – 22 yaşlı qızın intiharının yeni təfərrüatları

AĞIR İTKİ ÜZ VERDİ-Məşhur xanım müğənni 35 yaşında dünyasını dəyişdi - FOTO

Dəhşətli ADƏTLƏR: hamilə vaxtı çoxlu kişi ilə sevişirdilər ki... - FOTOLAR

Bir evdə həm əri, həm də onun məşuqəsi ilə yaşayan azərbaycanlı qadın: “Arada əsgər yoldaşları da bizdə qalırdı…” – FOTO

23 yaşlı boşanmış xanımın sinif yoldaşı tərəfindən aldadılaraq yaşadığı dəhşətlər - mütləq oxuyun!