Mətbəximiz / Salatlar və qəlyanaltılar

"Yeni İl " süfrəsinin vazkeçilməzi "Şuba" salatı- Bu dəfə fərqli

Banu. | 21-12-2018, 09:00
1 070 0

Azadqadin.az Yeni ildə hazırlaya biləcəyiniz salatlar üçün alternativlər təqdim edir. Bu gümki salatımız "Şuba"-dır.

Lazım olan  ərzaqlar:

Çuğundur
Yumurta
Siyənək balığı (balıq isteməyən duzlu xiyarla əvəz edə bilər)
Mayonez
Kartof
Kök
Duz
İstiot

Hazırlanması:
 Balığın sümüklərin çıxardıb xırda doğrayın. Bişmiş kartofu, çuğunduru, yerkökü və yumurtanı isə sürtgəcin iri gözündən keçirdin.
Dayaz qabda, hər layın arasına mayonez çəkməklə lay-lay düzün. Kartof + siyənək balığı + yumurta + çuğundur və digər. Üst üçün isə çuğunduru edin. Mayonez vurun. Üzərin yumurta ağı, sarısı, göyərti və s. ilə bəzəyə bilərsiz.

Qeyd: Şuba salatında balığı duzliu xiyarla əvəz etmək olar, bu dəyişim salata fərqli dad verir. Beləliklə, balıq seməyənlərin də sevimli salatına çevriləcək.