Salatlar və qəlyanaltılar / Manşet

Günün təamı - Şəfəqdən "Koreya" salatı

Aynur_Qurbanqizi | 27-10-2018, 04:48
628 0



Xoşbəxt qadınlar klubunun üzvü Şəfəq Əmirova Azadqadin.az saytına özünün hazırladığı günün təamını təqdim edir.  

Bu salat üçün lazımdır

Kök
Toyuğun döş əti
Soğan
Xiyar
Sarımsaq
Və bütün marketlərdə satılan "kök pripravası"


Hazırlanması:

İlk öncə kök yüyulur, Əl və yaxud da öz aparatı ilə incə doğranır. Bir çimdik duz atıb 10 dəqiqə saxlayırıq. Daha sonra bol yağda soğanı qızardırıq və soğanı bir kənara qoyub, ona dadı çıxmış yağı tökürük kökün üstünə. Bir x.q alma sirkəsi və 1 x.q. priprava, 2-3 diş sarımsaq da əlavə edib 3 saat saxlayırsan. Zövqə görə döş əti və xiyar da əlavə edirsən. Mən əlavə etdim. Artıq hazırdır.

Qeyd edək ki, hər sabah azadqadin.az-da müxtəlif sadə xanımların hazırladığı təamlar sizə təqdim ediləcək.

Qeyd: Dadlı və gözəl yüzlərlə digər salatlar burada!




info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.