Mətbəximiz / Salatlar və qəlyanaltılar

Gözəl tərtibatlı salat reseptləri

niwanli | 26-04-2012, 09:23
75 369 129

 


Kala salatı

 

 

 

 
 Tərkibi:

1 st. düyü
3 yumurta
200 q toyuq filesi (krab çöpləri)
50 q bərk pendir
1 orta ölçülü xiyar
1 banka qarğıdalı konservi
mayonez
ərinmiş pendir (lay-lay)
bəzək üçün pomidor və ya xiyar

Düyünü yuyub duzlu suda bişirin. Soyudun.
Yumurtaları qaynadın, soyudub sürtgəcin iri gözündən keçirin, düyüyə əlavə edin.
Bişmiş toyuq filesini (yaxud krab çöplərini) nazik laylar şəklində doğrayın.
Pendiri tərəfi 1 sm olan kubik doğrayın.
Xiyarı kubik doğrayın.
Qarğıdalı konservinin suyunu süzün.
Mayonez də əlavə etməklə bütün ərzaqları qarışdırın. Salatı buluda yığın.

Kala hazırlamaq üçün pomidordan nazik şərid kəsin. Əridilmiş pendir diliminin ortasına pomidordan kəsdiyiniz şəridi qoyun, pendirin iki qarşı ucunu ağız-ağıza birləşdirin. Beləliklə, kalaya bənzər görüntü alınacaq. Bir neçə belə «kala» düzəldib salatın üzərinə yerləşdirin. Tərxundan ona gövdə və yarpaq da düzəldə bilərsiniz.

 


 

 
"Qızıl balıq"

 

 

 
Tərkibi:

150-200 q suda bişmiş tıxsız balıq
1 yumurta
1 kartof
1 böyük yerkökü
mayonez
şüyüd
çuğundur
qara gavalı

Bu, lay-lay salatdır.
Bişmiş balıq ətini xırdalayıb buluda balıq formasında döşəyin. Yumurtanı sürtgəcin iri gözündən keçirib balığını üzərinə döşəyin. Azca mayonez vurun. Kartofu sürtgəcdən keçirin. Bu, üçüncü lay olacaq.
Üzərinə mayonez çəkin. Yerkökünü sürtgəcdən keçirin. Bu, axırıncı lay olacaq.
İstəyə görə, layların arasına duz və istiot da səpə bilərsiniz. Çalışın, layları döşədikcə əvvəlcədən hazırladığınız balıq konturundan kənara çıxmayasınız.
Balığın quyruğunu və üzgəcini şüyüddən, dilini və gözünü bişmiş çuğundurdan düzəldə bilərsiniz. Gözünü düzəldərkən çuğundur diliminin bir tərəfinə mayonez çəkib, bəbək yerinə də qara gavalı qoya bilərsiniz.

 

 

 
"Səbət"

 

 

 
Tərkibi:

istənilən salat
bulka
göy soğan, yaxud tərxun
kolbasa
duzlu çöp

Bu cür tərtibat üçün bir neçə salatdan, xüsusilə də tərkibində kolbasa, yaxud göy soğan olanlardan, istifadə etmək olar.

Bulkanın üstünü kəsib götürün.
Kolbasanı nazik doğrayın. Onun ölçüsü bulkadan azca balaca olmalıdır. Onu bulkanın ortasına yerləşdirin. Kənarlarına isə (bulkanın üstünə) 10-12 ədəd duzlu çöp basdırın. Kolbasa dilimi ortada qalacaq. Bu, ondan ötrüdür ki, «səbətin» içinə salat qoyanda bulka islanmasın. Kolbasa yerinə, lazım gələrsə, ərinmiş pendir dilimi də götürə bilərsiniz.

Göy soğan, yaxud tərxun yarpaqlarını duzlu çöplərin arasından səliqəylə keçirməklə «səbət» toxuyun. Hazır olandan sonra içinə salat doldurun. 


"Günəbaxan"

 

 

 

 
Tərkibi:

2 toyuq budu
400 q şampinyon
1 baş soğan
3 yumurta
150 q pendir
1 banka çərdəksiz zeytun
qarğıdalı konservi
mayonez,
şüyüd
çips (sadə)

Bu da lay-lay döşənən salatdır.

Toyuq budunu bişirib sümükdən ayırın, xırdalayın. Göbələyi xırda doğrayın, soğanla birlikdə yağda qovurun. Yumurtaları suda bişirin.

Sonra ərzaqları lay-lay döşəyin:
Əvvəlcə toyuq ətinə azca mayonez qatıb qarışdırın, buluda döşəyin.
Üstünə soğanla qovrulmuş göbələk döşəyin. Mayonez çəkin.
Yumurtanı sürtgəcdən keçirib döşəyin. Üstünə mayonez çəkin.
Pendiri sürtgəcin xırda gözündən keçirib salatın üstünə səpin.

Günəbaxan: salatın ortasına dairə şəklində çəngəllə əzilmiş bişmiş yumurtanın sarısını və bir az da qarğıdalı qoyun. Zeytunları 4 bölüb səliqə ilə bunların ətrafına düzün (bunlar günəbaxanın tumları olacaq). Hətta iki-üç sıra təkrarlaya bilərsiniz. Çipslərdən isə günəbaxanın ləçəklərini düzəldin.

"Zümrüd quşu"

 

  

 

  
 Tərkibi:

300 q toyuq əti
1 banka şampinyon konservi
1 təzə xiyar
1 bolqar bibəri
100 q pendir
5-6 ədəd qara gavalı
3 bişmiş yumurta
mayonez

bəzək üçün:
pendir
nar dənələri
qara gavalı
yerkökü
təzə xiyar
göyərti

Bütün ərzaqları ya saman kimi, ya da kubik doğrayın, qarışdırıb duzlayın, mayonez vurun, yenə qarışdırın. Buluda çəkin. Üzərini azca hamarlayın.

Zümrüd quşu: salatın ortasından bir qədər aşağıda ərinmiş pendirdən quş bədəninə bənzər dilim kəsib qoyun. Quyruğunu sürgəcdən keçirilmiş xiyardan düzəldin. Bəzək kimi halqa doğranmış qara gavalı və nar dənələrindən istifadə edə bilərsiniz. Quyruğun konturlarını yerkökündən nazik doğradığınız zolaqlardan düzəldin. Salatın ətrafı boyu isə nar dənələrini düzün.

Nuş olsun!


ESMERRi | 10 aprel 2016 19:43 | Status: Brilliant user | Şərh: 5 376
Sitat: B.Fereh
Eladir...esasda gunebaxan formasinda olan.
B.Fereh | 12 mart 2016 19:26 | Status: Nəzarətçi | Şərh: 6 971
Eladir...esasda gunebaxan formasinda olan.
dılay | 15 dekabr 2015 11:04 | Status: Brilliant user | Şərh: 8 182
Gornuwleri gozeldir
Sunay Elizade | 28 may 2015 17:15 | Status: Gümüş user | Şərh: 2 156
super salatlardi beyendim
Ag Gul | 21 aprel 2015 17:33 | Status: Professional user | Şərh: 4 333
Sitat: dream reality
gorunusleri gozeldir
zamil | 8 mart 2015 09:09 | Status: Qonaq | Şərh: 0
Sitat: Alice
hər biri zövq verir insana.
ada.. | 10 oktyabr 2014 08:33 | Status: Qonaq | Şərh: 0
Her biri maraqlidi
dream reality | 7 iyul 2014 14:12 | Status: Professional user | Şərh: 1 449
gorunusleri gozeldir
SABINA | 1 aprel 2014 10:06 | Status: Professional user | Şərh: 7 410
qizil eller var olsun
Nigar | 23 fevral 2014 20:48 | Status: Gümüş user | Şərh: 6 063
Sitat: Ulviyye
goruwu superdi dadi yeqin super olar

goruwu superdi dadi yeqin super ola

Nigar | 22 fevral 2014 23:33 | Status: Gümüş user | Şərh: 6 063
Sitat: Ulviyye
goruwu superdi dadi yeqin super olar

goruwu superdi dadi yeqin super ola

Meryem_Duyqu | 16 fevral 2014 21:06 | Status: Yazar | Şərh: 4 130
Görünüşləri əladır. Təşəkkürlər.
Gulshen. | 16 fevral 2014 18:43 | Status: Qonaq | Şərh: 0
Sebet xosuma geldi 
Ay_Sun | 12 fevral 2014 18:55 | Status: Brilliant user | Şərh: 13 407
Sitat: Ulviyye
goruwu superdi dadi yeqin super olar

goruwu superdi dadi yeqin super ola

Röyamsan. | 12 dekabr 2013 16:44 | Status: Brilliant user | Şərh: 6 102
Gozel Gornusu Var Tesekkurler
OLUM MELEYI | 2 dekabr 2013 19:59 | Status: VİP user | Şərh: 499
TEWEKKURLERRRRRRRRR
Ulviyye | 19 noyabr 2013 23:09 | Status: Gümüş user | Şərh: 2 839
goruwu superdi dadi yeqin super olar

goruwu superdi dadi yeqin super olar
AYAN A-VA | 15 noyabr 2013 14:40 | Status: Gümüş user | Şərh: 1 722
TEWEKKURLERRRRRR
ay gunes | 26 oktyabr 2013 21:31 | Status: VİP user | Şərh: 915
tewekkurler.
yalniz arzu | 25 oktyabr 2013 23:09 | Status: Gümüş user | Şərh: 1 759
SUPER ƏLLƏRİNİZƏ SAGLIG
ay gunes | 21 oktyabr 2013 22:40 | Status: VİP user | Şərh: 915
tewekkurler.
Just me | 19 oktyabr 2013 13:02 | Status: Professional user | Şərh: 1 296
Sitat: leyla meherremova
MARAQLI GORUNURLER TWK.
ay gunes | 19 oktyabr 2013 02:30 | Status: VİP user | Şərh: 915
tewekkurler
Alice | 2 oktyabr 2013 19:19 | Status: Professional user | Şərh: 5 020
hər biri zövq verir insana.
Girl | 27 iyun 2013 23:21 | Status: Professional user | Şərh: 8 206
hamisi cox qewengdir tewekkur edirem
Hande 18 | 13 iyun 2013 14:37 | Status: Professional user | Şərh: 3 302
birinci cox qesengdir
cucem. | 13 iyun 2013 12:18 | Status: Professional user | Şərh: 4 415
birinci cox qesengdir
yanina | 11 iyun 2013 23:34 | Status: Şərhçi | Şərh: 384
[/left][left]
cox gozel
Sehri. | 11 iyun 2013 18:50 | Status: Qonaq | Şərh: 0
"Günəbaxan"-la "Qızıl Balıq" salatını bəyəndim.Təşəkkürlər.
SHIRIN-SHIPSIRIN. | 6 iyun 2013 20:31 | Status: Gümüş user | Şərh: 1 347
qesengdiler,,,gorunusleri neye desen deyer