Mətbəximiz / Salatlar və qəlyanaltılar

Meyvə salatları

niwanli | 23-02-2012, 10:14
9 509 66

 

 

 

Son vaxtlar məclislərdə desert kimi müxtəlif dadlı və faydalı meyvə salatları verilir. Bəzi meyvə salatlarının reseptləri ilə sizi tanış etmək istərdik.

 

Qara gavalı ilə salat

 

Ərzaq:

 

300 q. qara gavalı 

 200 q. qoz (təmizlənmiş)

250 q. qaymaq.

 

Qara gavalı yuyulur, suda yumşalana qədər bişirilir, çərdəklərdən təmizlənir və doğranılır. Qoz xırda doğranır. Meyvə salatları üçün qablara lay-lay qara qavalı, qoz və qaymaq qoyulur, sonra yenə qara gavalı, qoz, qaymaq. Axırıncı lay qaymaq olmalıdır. Salatın üstünü qoz ilə bəzəmək olar.

 

Qoz ilə meyvə salatı

 

Ərzaq:

 

 banan – 2 ədəd

 portağal – 2 ədəd

 alma – 2 ədəd

dondurma (plombir) – 100 qr.

 təmizlənmiş qoz – ½  stəkan

 

Banan, alma və portağal təmizlənir və kubik şəklində doğranır, sonra don-durma ilə qoz əlavə olunur, qarışdırılır və 2 saata yaxın soyuducuda saxlanır.

 

Feyxoa ilə salat

 

Ərzaq:

 

 feyxoa – 200 q

 portağal – 200 q

 limon – 1 ədəd

 fındıq – 100 q

 üzüm – 50 q

 xama 

şəkər kirşanı.

 

Feyxoa hissəcik şəklində doğranır. Limon və portağal təmizlənir və hissəcik şəklində doğranır. Sonra doğranmış fındıq və üzüm əlavə olunur. Üstünə zövqə uyğun şəkər kirşanı səpilir və xama əlavə olunub qarışdırılır.

 

Ərik salatı

 

Ərzaq:

 

 ərik – 400 q

 limon – 1 ədəd

 təmizlənmiş qoz – stəkanın 1/3  hissəsi

 konyak – 2 xörək qaşığı 

şəkər kirşanı – zövqə görə.

 

Orta ölçüdə ərik dörd yerə bölünür, çərdəklər çıxarılır. Limon qabığı ilə birgə xırda doğranır (çərdəklər çıxarılır). Qoz xırda şəkildə doğranır. Hamısı qarışdırılır, konyak əlavə olunur, şəkər kirşanı səpilir və 1 saat soyuducuda saxlanır.

 

Armudla qavalı salatı

 

Ərzaq:

 

armud – 300 q

 albalı – 100 q 

qavalı – 100 q

 xama – stəkanın ½  hissəsi

şəkər kirşanı – zövqə görə.

 

Yumşaq, şirin armud təmizlənir və kubik şəklində doğranır. Albalı və gavalıdan çərdəklər çıxarılır. Qavalı dörd yerə bölünür. Şəkər kirşanı və xama əlavə olunur, qarışdırılır və 1 saat soyuducuda saxlanır. Salatın üstünü nar dənələri ilə bəzəmək olar.

 

Uşaqlar üçün salat

 

Ərzaq:

 

 portağal – 4 ədəd

 sarı gilas – 100 q

 çəhrayı gilas – 100 q

 albalı – 100 q

 çiyələk – 100 q

qoz – 4 ədəd.

 

Portağal iki yerə bölünür və içərisi çıxarılır ki, balaca səbətciklər alınsın. Səbətçiklər dilimlənmiş portağal, çərdəyi çıxarılmış gilas, çiyələk və doğranmış qoz ilə doldurulur.

 

“Rus” dondurması

 

Adi ağ plombir götürülür və dondurma üçün qablara qoyulur. Üstünə üzüm, sürtgəcdən keçirilmiş şokolad, xırda doğranmış qoz, fındıq, badam səpilir və dərhal masaya verilir.

 

Nuş olsun! 


dılay | 1 mart 2016 21:12 | Status: Brilliant user | Şərh: 8 182
xowlayiram meyve salatini
Sunay Elizade | 28 may 2015 17:21 | Status: Gümüş user | Şərh: 2 156
beyendim tsk canim
zamil | 7 mart 2015 23:06 | Status: Qonaq | Şərh: 0
Sitat: my life is music
AYYYYYYYYYYYY BU LEZZETLI OLAR
my life is music | 1 fevral 2015 15:32 | Status: Gümüş user | Şərh: 736
AYYYYYYYYYYYY BU LEZZETLI OLAR
SABINA | 26 may 2014 10:41 | Status: Professional user | Şərh: 7 410
SUPPPPER TESEKKUR XEBER UCUN
Nigar | 14 dekabr 2013 19:25 | Status: Gümüş user | Şərh: 6 063
Cox xowlayiram cox eladir
AYAN A-VA | 1 noyabr 2013 12:46 | Status: Gümüş user | Şərh: 1 722
tesekkurler ellernize sagliq
ay gunes | 26 oktyabr 2013 21:25 | Status: VİP user | Şərh: 915
tewekkurler.
Alice | 28 sentyabr 2013 18:05 | Status: Professional user | Şərh: 5 020
Təşəkkürlər.mən ayrı -ayrılıqda xoşlayıram.
Hande 18 | 14 iyun 2013 08:47 | Status: Professional user | Şərh: 3 302
Təşəkkür edirəm.Elə indi meyvə deserti yemişəm.
Sehri. | 13 iyun 2013 19:59 | Status: Qonaq | Şərh: 0
Təşəkkür edirəm.Elə indi meyvə deserti yemişəm.
SHIRIN-SHIPSIRIN. | 6 iyun 2013 20:37 | Status: Gümüş user | Şərh: 1 347
eladi ,tesekkurler
PAYIZ | 10 aprel 2013 22:06 | Status: Gümüş user | Şərh: 1 078

ELA,TEWEKKURLER♥

askimm | 25 mart 2013 20:58 | Status: VİP user | Şərh: 721
tesekkur meyveleri cox sevirem
Nigar | 24 mart 2013 17:39 | Status: Gümüş user | Şərh: 6 063
twk
Saida Kerimova | 18 mart 2013 14:28 | Status: Professional user | Şərh: 1 672
Tesekkurler
Seninle sevgi | 7 yanvar 2013 21:15 | Status: Şərhçi | Şərh: 155
twk ler
PrEnSeS_ | 7 dekabr 2012 09:25 | Status: VİP user | Şərh: 554
teserkkur
Nurus. | 22 noyabr 2012 23:47 | Status: Brilliant user | Şərh: 6 982
Atdim secilmislere
Ara Wish | 7 sentyabr 2012 19:24 | Status: Şərhçi | Şərh: 27
beh beh superdi
Ayka21 | 22 iyul 2012 22:19 | Status: Yazar | Şərh: 2 770
maraqlidir tesekkurler