Mətbəximiz / Salatlar və qəlyanaltılar

Dadlı Yaz salatları

dılay | 26-05-2016, 09:00
4 584 1
Kartof salatı


Dadlı salatlar


Tərkibi:


Qaynadılmış kartof
Limon
Cəfəri
Təzə soğan
Çox az qırmızı kələm
Nanə
Zeytunyağı
Duz

 

 Hazırlanma qaydası: 

 

Əvvəcə qaynadılmış kartof küp şəkilində doğrayın. Daha sonra buruq cəfəri kələm və soğanı yaxşıca təmizləyin. Təmizlədiyiniz tərəvəzləri incə-incə doğrayın. Kartof və tərəvəzləri bir qabda birləşdirin və üzərinə zöqünüzə görə duz, zeytun yağı, limon, nanə, qatıb xidmət edin.


Soğan salatı


Dadlı salatlar


Tərkibi:


2 ədəd soğan
4-5 budaq cəfəri
(Zövqünüzə görə) istot, duz
pul bibər, sumax turşusu
Zeytunyağı, nar turşusu


Hazırlanma qaydası:


Soğanları təmizləyərək doğrayın. Cəfərini incə-incə qıyıb ədviyyatları əlavə edin.  Zeytun yağı və nar turşusu tökdükdən sonra əlinizlə bir az əzib qarışdırın. Ət yeməklərinin yanında xidmət edin.


Düyü salatı


Dadlı salatlar


Tərkibi:


2 kasa düyü 
1 kasa qarışıq yaşıl noxud
2 budaq təzə soğan
½ dəstə cəfəri
8-10 ədəd gavalı turşusu
1 kasa dənələnmiş qarğıdalı
2 st. limon suyu
Zeytun yağı, duz, pul bibər


Hazırlanma qaydası:


Təzə soğan və cəfəri incə incə doğrayın, sonrasında gavalı turşusunu kub-kub doğrayın. Yaşıl noxud və sonra dənələnmiş qarğıdalını da əlavə edib bütün vəsaitləri qarışdırın (arzuya görə) limon suyu əlavə edin. Plovu geniş bir xidmət qabına alın və ardından qarışdırdığınız vəsaitləri əlavə edin.


Nuş olsun!
 
 


Gülçin | 26 may 2016 14:59 | Status: Brilliant user | Şərh: 6 780
Əllərinə sağlıq, reseptlərə görə.