Mətbəximiz / Salatlar və qəlyanaltılar

Çox ucuz, keyfiyyətli, dadlı və asan hazırlanan ev üsulu sosislər

Banu. | 22-11-2018, 09:00
340 0
 


 Uşaqlarla bərabər böyüklər də sosislərdən vaz keçə bilmir.
 
Ancaq marketlərdən aldığımız bu tip məhsullar sağlamlıq baxımında güvənli deyil. AzadQadın.az sizlərə evdə özünüzün hazırlaya biləcəyiniz sosiskanın reseptini və hazırlanma qaydasını təqdim edir:
 
Bu resept, çox ekonomikdir və ucuz başa gəlir, həm də qatqısız olduğu üçün uşaqlarınıza da ürək rahatlığı ilə verə bilərsiniz.

 
Ərzaqlar:

 
500qr file,

 
150ml süd,

 
2 yumurta ağı,

 
Duz,istiot

 
Zövqə görə ədvalar

 
Hazırlanması:

 
File ət maşınından keçirin, digər ərzaqlar da qatılıb mikserlə çalın. Sonra streclə sosiska formasında büküb, sapla bağlayın.Bükülü şəkildə 2-3 saat soyuducuda saxlamaq lazımdır ki, özünü yaxşıca tutsun. Daha sonra suya qoyub yarım saat qaynadın. Sudan çıxarandan sonda bir az gözləyin ,sonra üstündəki stereçi soyun.Sosislərimiz hazır. Hamınıza nuş olsun.




info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.