Mətbəximiz / Salatlar və qəlyanaltılar

Fincanda toyuq kolbasası resepti (fotoresept)

Banu. | 4-04-2019, 08:00
519 0


 
Bu dietik ev şəraitində hazırlanmış kolbasanı, hətta körpə uşağa belə yedizdirmək olar.
AzadQadin.az bildirir ki, toyuğun döş ətindən hazırlanır, çox asan və pratikdir.

Ərzaqlar:

500 qr. toyuq filesi
400 qr. süd
1 yumurta
2 x.q qida nişastası
5 diş sarmısaq
2 ç.q . duz
0, 5 ç.q. şəkər tozu
0, 3 ç.q. qara istiot
0, 3 ç.q. muskat qozu
0, 3 ç.q. kardamon
 
 
Hazırlanması:
 Fileni doğrayın, blendrdən keçırın.
Bu xəbərlər də ço maraqlıdır: 

"Evdə elə bilirlər çörək sexində işləyirəm" - Əxlaqsız qadının bir günü - Müsahibə

Tarif Şurasından qaz və işıq ilə bağlı MÜHÜM açıqlama

Boşanan qızının intiharına dözmədi, eyni gündə özünü öldürdü - Bakıda asılan qadınların sirri

Sabahdan “WhatsApp”da hamını sevindirəcək yeni funksiya tətbiq olunacaq

Boşanan qızının intiharına dözmədi, eyni gündə özünü öldürdü - Bakıda dəhşət

Kişiləri ən yaxşı həyəcanlandıran, "dərdinizdən dəli-divanə edən" böyük SİRR


 



 
 Tam yumşaq kütlə olanda, hissə-hissə süd əlavə edin.
 

 
Ədviyyatları, duzu, şəkər tozu, nişastanı əlavə edin. Daha sonra yumurta və xırdalanmış sarımsağı qatıb yaxşıca qarışdırın. ağ kütlə alınacaq.
 

 

Fincanları yağlayın,  4/5 hissəsini farşla doldurun və qida selofanı ilə sarıyın.

 


 

Böyük qazana su doldurun, altda dəsmal qoyun ki fincanlar odla çox da təmas etməsin (partlaya bilər), su bir az qızandan sonra farşla doldurulmuş fincanları yerləşdirin.
Elə etmək lazimdır ki, su fincanların yarısından olsun. 40 dəqiqə vam odda bişirin.
 

 
Ocaqdan götürün fincanlar soyuyandan sonra, kolbasanı çıxara bilərsiniz.
 

 

Ekperimentdən çəkinməyin farşa istədiyiniz ərzağı qata bilərsiniz: pendir, göyərti, göbələk, rəngli bibərlər, zeytun...

 


 

Qeyd: Süfrəyə verilməmişdən öncə yüngül qızarda da bilərsiniz.