Mətbəximiz / Salatlar və qəlyanaltılar

Bayram süfrənizi bəzəyəcək çox dadlı salatlar

Banu. | 29-12-2014, 14:46
14 354 26

 

Yeni il yaxınlaşır və bu o deməkdir ki, hər evin bayram süfrəsində müxtəlif salatlar olacaq.

Lakin adətən bayram süfrəsinə verilən salatlar heç də xeyirli olmur - çox sayda  və bir-biri ilə uyğun olmayan inqrediyentlər və üstəlik ən ziyanlı souslardan biri sayılan mayonez.

Biz sizə həm dadlı, həm də xeyirli salatların reseptlərini təqdim edirik. Bu salatlar ağırlıq yaratmır, kökəltmir, çox asan mənimsənilir. Bütün salatlar həm çox gözəl və rəngarəngdirlər.


1. "Vineqret"

b_400_280_16777215_0___images_stories_METBEX_salat1.jpeg

İnqrediyentlər:

- kartof - 2 dənə

- çuğundur - 2 dənə

- kök - 2 dənə

- duza qoyulmuş kələm ("molokan" kələmi) - 150 qr

- duza qoyulmuş xiyar - 3 dənə

- lobya - 1/2 stəkan

- qırmızı soğan - 1 dənə

- bitki yağı, duz, istiot (zövqə görə).

Hazırlama:

1. Kartof, kök, çuğundur bişirilir və soyulur. (Çuğundur ayrı bişirilir.)

2. Lobya axşamdan suda isladılır və yumşaq olana kimi bişirilir.

3. Kartof, kök, çuğundur kub şəklində doğranılır. Soğan və xiyar xırda doğranılır.

4. Duzlu kələm doğranılır.

5. Bütün ingrediyentlər qarışdırılır. Duz və istiot vurulur və yenə də yaxşı qarışdırılır.

6. Bitki yağı qabda bir qədər qızdırılır və salata əlavə olunur. Salat yenə də yaxşı qarışdırılır.

 


 

2. Göbələk salatı

b_400_280_16777215_0___images_stories_METBEX_salat2.jpeg

İnqrediyentlər:

- kələm - 200 qr,

- təzə xiyar - 2 dənə,

- duzlu xiyar - 2 dənə

- qırmızı bibər - 2 dənə

- qırmızı soğan - 1 dənə,

- sarımsaq - 2 diş,

- duzlu göbələk ("opyata" və ya "qruzdi", supermarketlərdə satılır) - 200 qr

- limon şirəsi - 2 xörək qaşığı,

- zeytun yağı,

- duz, istiot (zövqə görə),

- çəfəri, göy soğan.

Hazırlanma:

1. Tərəvəzlər yuyulur, təmizlənir, xırda saman çöpləri şəkildə doğranılır.

2. Soğan və sarımsaq xırda doğranılır və salata əlavə olunur.

3. Duz, istiot, limon şirəsi, xırda doğranmış cəfəri əlavə olunur və salat yaxşı qarışdırılır.

4. Zeytun yağı bir qədər qızdırılır və salata əlavə olunur. Salat yenə qarışdırılır.

Salat çox rəngarəngi və dadlı alınır.

 


 

3. Yunan salatı

b_400_255_16777215_0___images_stories_METBEX_salat3.jpeg

İnqrediyentlər:

- təzə pomidor - 2 dənə,

- təzə xiyar - 2 dənə,

- "brınza" pendiri - 100 qr

- zeytun - 50 qr

- qırmızı soğan - 1 dənə,

- kahı,

- zeytun yağı.

Hazırlanma:

1. Pomidor, xiyar və pendir 1 sm ölçüsündə kublar şəklində doğranılır.

2. Zeytun (daha iri) və soğan (çox nazik) halqalar şəklində doğranılır.

3. Salat qarışdırılır və zeytun yağı əlavə olunur.

Nuş olsun!



B.Fereh | 12 mart 2016 19:28 | Status: Nəzarətçi | Şərh: 6 971
Vineqreti hec sevmirem.
dılay | 15 dekabr 2015 10:59 | Status: Brilliant user | Şərh: 8 182
Gobelekli salatr superrrrr
Yagis_Negmesi | 4 dekabr 2015 08:34 | Status: Gümüş user | Şərh: 1 614
Sitat: boris arxan
salatlari cox sevirem amma burdakilari cixmaq wertile
esma inci | 14 may 2015 15:13 | Status: Gümüş user | Şərh: 1 096
Sitat: Vusale.Gulhane
SUPERRRRRRRRRRRRRRRR
Vusale.Gulhane | 17 fevral 2015 19:20 | Status: Qonaq | Şərh: 0
SUPERRRRRRRRRRRRRRRR
my life is music | 4 fevral 2015 16:54 | Status: Gümüş user | Şərh: 736
dadli olarrrrrrrrrrrrrrrrrrr
Nergiz33 | 30 yanvar 2015 15:53 | Status: VİP user | Şərh: 1 079
tesekurler axrinci salati edirik bizde
Ay_Sun | 30 dekabr 2014 10:22 | Status: Brilliant user | Şərh: 13 407
Tesekkurler.
boris arxan | 30 dekabr 2014 01:06 | Status: Professional user | Şərh: 4 783
salatlari cox sevirem amma burdakilari cixmaq wertile
Girl | 29 dekabr 2014 23:45 | Status: Professional user | Şərh: 8 206
saytımızdan dovşan salatı resepti götürmüşem bayramda ondan hazırlayacam))
Hande 18 | 29 dekabr 2014 23:10 | Status: Professional user | Şərh: 3 302
Sitat: Röyamsan.
Salatları çox sevirəm. Resept üçün təşəkkürlər Banu xanım.
sonsuz ucurum | 29 dekabr 2014 23:01 | Status: Gümüş user | Şərh: 786
men salatlari cox xoslayiram.tesekkurler
Aynur_Mezahirli | 29 dekabr 2014 20:49 | Status: Qonaq | Şərh: 0
Sitat: Nazlı-Kız
Salatları çox sevirəm təşəkkürlər məlumat üçün!

Məndə...bircə vineqrad salatın xoşlamıram.
təşəkkür.
ada.. | 29 dekabr 2014 18:20 | Status: Qonaq | Şərh: 0
Edecem bunu təşəkkürlər
SEVDA | 29 dekabr 2014 18:17 | Status: Nəzarətçi | Şərh: 17 437
Terkibinde pendir olmayan salatları xoşlayıram,tez-tez de hazırlayıram.twk...
Dəniz qızı | 29 dekabr 2014 17:05 | Status: Brilliant user | Şərh: 8 015
Sitat: Nazlı-Kız
Salatları çox sevirəm təşəkkürlər məlumat üçün!

Mən də.
Nazlı_Kız | 29 dekabr 2014 16:59 | Status: Brilliant user | Şərh: 6 472
Salatları çox sevirəm təşəkkürlər məlumat üçün!
Ag Gul | 29 dekabr 2014 16:13 | Status: Professional user | Şərh: 4 333
Sitat: Röyamsan.
Salatları çox sevirəm. Resept üçün təşəkkürlər Banu xanım.
Gülçin | 29 dekabr 2014 16:09 | Status: Brilliant user | Şərh: 6 778
Sitat: Aytekin82
Həəə qadası.... Deyilene görə sabahatan düzəlecey... İnşallah..
Çox sağol, cavaba görə, Ayka. Nə Sualım var işləmir, nə də smayliklər.
Aytekin82 | 29 dekabr 2014 15:52 | Status: Brilliant user | Şərh: 6 586
Sitat: gulcin70
Xanımlar, sizdə də Sualım var-a girmək olmur?


Həəə qadası.... Deyilene görə sabahatan düzəlecey... İnşallah..

Vineqreti mən çox xoşlayıram, amma uşaqlar yemir... Göbələk salatına da elə də girişmirlər...
Bax o yunan salatın çox bəyəndim, əsil yüngül salatydı...
Yəqin ki eliyərəm...
Gülçin | 29 dekabr 2014 15:46 | Status: Brilliant user | Şərh: 6 778
Xanımlar, sizdə də Sualım var-a girmək olmur?
azerin f. | 29 dekabr 2014 15:34 | Status: VİP user | Şərh: 1 068
Yoldasim cox sevir salatlari.Tez-tez hazirlayira.Tesekkurler
Röyamsan. | 29 dekabr 2014 15:16 | Status: Brilliant user | Şərh: 6 102
Salatları çox sevirəm. Resept üçün təşəkkürlər Banu xanım.
Gülçin | 29 dekabr 2014 15:14 | Status: Brilliant user | Şərh: 6 778
Bilirdim, ancaq, yenidən yadıma saldım. Çox təşəkkürlər.
SEVA | 29 dekabr 2014 15:06 | Status: Professional user | Şərh: 5 150
salatlari sevirem cox tesekkurler
SARAXATUN | 29 dekabr 2014 15:01 | Status: Professional user | Şərh: 1 528
Yunan salatini edirem tez tez cox da dadli olur