Mətbəximiz / Salatlar və qəlyanaltılar

Rəngli kartof salatı

xalide | 18-07-2011, 09:00
12 158 80

**  RƏNGLİ KARTOF SALATI **


 

ƏRZAQLAR:

 

10   ədəd iri kartof

2  ədəd pomidor

1  balaca qutu konserva qarğıdalı

5  ədəd  təzə  soğan , 5  yarpaq  kahı, yarım dəstə cəfəri , yarım dəstə şüyüd

4   ədəd  iri   kök

1 ədəd  kiçik bənövşəyi kələm

 

Əlavə olaraq: zeytun yağı ; limon  suyu ; duz ; qara istiot , qırmızı toz bibər.

 

Hazırlanması:

 

Kartofları qaynadıb, soyun.

4  dənə   ayrı-ayrı qab hazırlayın. Birinə  4   dənə kartofu , digər üçünə isə - hər birinə 2 kartofu püre kimi əzib və ya sürtkəcdən keçirib qoyun.

Qırmızı   rəng   üçün :  2  ədəd  pomidoru xırda kub şəklində doğrayıb  duzlayın.

 

Sarı   rəng  üçün  :  4   dənə   əzdiyiniz kartofa qarğıdalı, 2  qaşıq   zeytun yağı ,  2   qaşıq  limon   suyu , duz və istiotları əlavə edib qarışdırın.

 

Yaşıl rəng üçün :  bütün göyərtiləri yuyun, qurudun və xırda-xırda doğrayın. Əzilmiş  2  dənə kartofa  bu   göyərtiləri əlavə edin. Buna da 2  qaşıq   zeytun yağı ,  2   qaşıq  limon   suyu , duz və istiotları əlavə edib qarışdırın.

 

 

 

Narıncı rəng üçün :  4  ədəd kökü sürtkəcdən keçirib, 2 qaşıq zeytun yağında azca yumşalınca  bişiririk . Soyuduqdan sonra digər 2 əzilmiş kartofu bura əlavə edin. Digərlərində olduğu kimi yağ, limon, duz-istiotu qatıb qarışdırın.

 

Bənövşəyi rəng üçün:  bənövşəyi kələmi sürtkəcdən keçirin, ya da incə-incə kəsin. Əzilmiş kartofu və yağ, limon, duz-istiotu qatıb qarışdırın ( Mətbəx xırdalayıcısı varsa, ona kələm, duz, limon suyu və 2 qaşıq zeytun yağı qoyub  bir yerdə çəkmək də olar).

 

 

Sıra   gəldi  yerləşdirməyə : Bunun   üçün keks qəlibinə streç film  döşəyirik.

 

Əvvəlcə doğradığınız pomidorları döşəyin. Onun üzərinə qarğıdalılı kartofları , sonra göyərtili və köklü, sonda bənövşəyi kartofları döşəyin. Salatınız hazırdır.

Salatı  2   saat   soyuducuda saxlayın. Sonra çıxarıb salat qabına tərs çevirin. Bu gözəl, rəngli salatınızı   dilimləyib, süfrəyə verə bilərsiniz.

 


 

**  Nuş olsun!  **

 

Qeyd: Salatın qatlarının duz-istiot ölçüsünü öz zövqünüzə görə müəyyən edə bilərsiniz. Bu salatı ət və toyuq yeməklərinin yanında süfrəyə vermək daha ləzzətli olar.


guel | 7 aprel 2016 18:16 | Status: VİP user | Şərh: 475
Gorunusu superdi. Ama terkibini beyenmedim
ESMERRi | 6 aprel 2016 21:02 | Status: Brilliant user | Şərh: 5 376
Sitat: dılay
elaaaaaaaaaaaaaaaaa

Sitat: dılay
elaaaaaaaaaaaaaaaaa
dılay | 1 mart 2016 00:19 | Status: Brilliant user | Şərh: 8 182
elaaaaaaaaaaaaaaaaa
guldeniz | 9 dekabr 2015 21:33 | Status: Professional user | Şərh: 1 640
Sitat: Nagizade.Leyla
ela alinib....
Yagis_Negmesi | 4 dekabr 2015 01:01 | Status: Gümüş user | Şərh: 1 614
Sitat: SABINA
maraqli alinib
Nagizade.Leyla | 3 iyul 2015 13:17 | Status: VİP user | Şərh: 1 321
ela alinib....
ayka wirinka | 18 mart 2015 15:15 | Status: Şərhçi | Şərh: 233
ela alinibaaaa
SABINA | 19 yanvar 2015 14:11 | Status: Professional user | Şərh: 7 410
maraqli alinib
Meryem_Duyqu | 15 fevral 2014 19:34 | Status: Yazar | Şərh: 4 130
Belə də...Təşəkkürlər.
Mickey Mouse | 22 iyun 2013 19:44 | Status: Professional user | Şərh: 4 008
Nese seklin beyenmedim men....
Hande 18 | 14 iyun 2013 09:03 | Status: Professional user | Şərh: 3 302
Görünüş olaraq əla.Təşəkkürlər...
Sehri. | 13 iyun 2013 19:02 | Status: Qonaq | Şərh: 0
Görünüş olaraq əla.Təşəkkürlər...
sehrada Gul | 5 aprel 2013 15:55 | Status: Şərhçi | Şərh: 60

twk ellerinize sagliq

Billurə | 22 mart 2013 12:14 | Status: Professional user | Şərh: 4 892
men moyenez qatmagi duwunurem)
Əfşan | 15 mart 2013 16:41 | Status: Professional user | Şərh: 1 714
cox beyendim dadi lap gozel olar
Aya:)) | 20 dekabr 2012 13:22 | Status: Gümüş user | Şərh: 2 239
beyendim
PrEnSeS_ | 12 dekabr 2012 09:53 | Status: VİP user | Şərh: 554
atdim secilmislere
gulya20 | 28 noyabr 2012 13:37 | Status: Professional user | Şərh: 4 677
Maraqlidi,hazirlayib dadmaq lazimdi.
Decel | 20 noyabr 2012 23:15 | Status: Gümüş user | Şərh: 933
gozel gorunusu var :n27:
elnare terlan | 16 noyabr 2012 19:48 | Status: VİP user | Şərh: 1 407
qeseng gorunusu var
cucem. | 30 sentyabr 2012 20:43 | Status: Professional user | Şərh: 4 415
AGZIMIN SUYU AXDIYEEEE VAY BEEE
sevinc keder | 18 sentyabr 2012 09:20 | Status: Professional user | Şərh: 3 818
cox maraqli ve dadli gornuwu var.
TATLI GUZEL | 26 iyul 2012 12:40 | Status: Professional user | Şərh: 5 781
aaaaa ne qerbe.tesekkurler
Ayka21 | 22 iyul 2012 22:34 | Status: Yazar | Şərh: 2 770
maraqlidir tesekkurler