Mətbəximiz / Salatlar və qəlyanaltılar

Ananas salatı

Shebi | 30-04-2011, 23:03
8 105 35

Ananas salatı


 

Ərzaqlar

250-300 qram vetçina və ya toyuğun döş əti

2-3 ədəd kartof

4-5 ədəd yumurta

4-5 konservləşdirilmiş ananas halqası

1 ədəd soğan

1 ədəd alma

1 çay qaşığı limon şirəsi

Qoz ləpəsi

Mayonez

Duz, istiot

 

Hazırlanma qaydası

Kartofu, yumurtaları bişirib təmizləyin. Ərzaqları sürtkəcdən keçirib ayrı-ayrı qablara yığın, çalışın sürtkəcin iri gözündən istifadə edin. Vetçinanı (və ya toyuq ətini), soğanı xırda-xırda doğrayın. Sonra almanın qabığını soyub sürtkəcin iri gözündən keçirib, üzərinə limon şirəsi səpin. Ananasın şirəsini süzüb xırda-xırda doğrayın. Hazırlanmış ərzaqları formalı qabda aşağıdakı kimi qatlarla düzün:

1-ci qat: kartofun yarısı, duz, istiot, mayonez

2-ci qat: soğanın yarısı, duz, istiot

3-cü qat: vetçinanın yarısı (və ya toyuq), bir az mayonez

4-cü qat: almanın yarısı

5-ci qat: yumurtanın yarısı, duz, istiot, mayonez

6-cı qat: ananasın yarısı

7-ci qat: kartofun yarısı duz, isiot, mayonez

8-ci qat: vetçinanın yarısı (toyuq), bir az mayonez

9-cu qat: azca soğan, duz, istiot, mayonez

10-u qat: almanın yarısı

11-ci qat: ananasın yarısı

12-qat: yumurta, duz, istiot, mayonez

Salatın yuxarı qatını kəsilmiş qoz ləpəsi və göy soğan ilə bəzəyin.

Nuş olsun.


dılay | 29 fevral 2016 23:56 | Status: Brilliant user | Şərh: 8 183
beyendim...
Yagis_Negmesi | 4 dekabr 2015 00:44 | Status: Gümüş user | Şərh: 1 614
gorunusu superdi tesekkurler
Sunay Elizade | 6 iyun 2015 08:06 | Status: Gümüş user | Şərh: 2 156
resepte gore sk
HESENIM | 9 aprel 2014 00:51 | Status: Gümüş user | Şərh: 1 262
TESEKKUR EDIREM
yalniz arzu | 25 oktyabr 2013 23:24 | Status: Gümüş user | Şərh: 1 759
YAŞASIN SALATLAR....
Aytekin82 | 4 iyul 2013 09:18 | Status: Brilliant user | Şərh: 6 587
Bunu reseptini "qotovim doma"saytından götürqb eləmişəm. Çox nəfis salatdı
Hande 18 | 27 iyun 2013 15:58 | Status: Professional user | Şərh: 3 302
Tekrar xeberdir axi.
Mickey Mouse | 22 iyun 2013 19:13 | Status: Professional user | Şərh: 4 008
Tekrar xeberdir axi.
Sehri. | 12 iyun 2013 15:15 | Status: Qonaq | Şərh: 0
Təşəkkürlər.Əllərinizə sağlıq.
Akademik | 11 iyun 2013 01:21 | Status: Professional user | Şərh: 4 580
Sitat: gunes batarken
esl ananasa oxsayir tesekkurler maraqli idi

aha, əla görünür.
gunes batarken | 6 iyun 2013 20:51 | Status: Professional user | Şərh: 958
esl ananasa oxsayir tesekkurler maraqli idi
Girl | 22 may 2013 15:20 | Status: Professional user | Şərh: 8 206
edl ananasa oxwayir
Cennet ciceyi | 5 fevral 2013 11:41 | Status: Şərhçi | Şərh: 166
gorunushunu cox beyendim.
gulya20 | 28 noyabr 2012 13:30 | Status: Professional user | Şərh: 4 677
Gorunusune soz ola bilmez.Tesekkurler.
G-----16 | 22 noyabr 2012 23:56 | Status: Gümüş user | Şərh: 2 227
bu salati bilirdim twkler :n28:
cucem. | 30 sentyabr 2012 20:31 | Status: Professional user | Şərh: 4 415
ANANSIN YERI VAR SUPEEERRR
Sonik | 18 sentyabr 2012 09:23 | Status: VİP user | Şərh: 543
olurem de ananascun
sevinc keder | 18 sentyabr 2012 09:22 | Status: Professional user | Şərh: 3 818
tewekkurler.
Ayka21 | 22 iyul 2012 22:46 | Status: Yazar | Şərh: 2 770
gorunusu super tesekkurler