Mətbəximiz / Quru yeməklər

Badımcan, Bibər və Pomidor Dolması

Shebi | 23-02-2011, 09:02
18 822 143

                        Badımcan, Bibər və Pomidor Dolması

 



4-6 porsiya üçün nəzərdə tutulub

 

 
Ərzaqlar
6 ədəd kiçik badımcan (təzminən 12 cm uzunluğu, 4 cm diametri olan)
6 ədəd yaşıl Bolqar bibəri
6 ədəd pomidor
duz
istiot
1-2 xörək qaşığı ərinmiş yağ və ya duru yağ


İçi Üçün:
 

4 xörək qaşığı ərinmiş yağ və ya duru yağ
700 g çəkilmiş qoyun və ya mal əti (və yaxud ikisinin qarışığı)
2 ədəd baş soğan - soyulub xırda -xırda doğranmış
1 ədəd yaşıl uzun bibər - xırda doğranmış
doğranmış pomidor içi * (reseptə bax)
1 stəkan xırda doğranmış reyhan
½ stəkan bişmiş ləpə (1/4 stəkan quru ləpəni bir az duz qatılmış suda qaynadıb, bişirin)
zövqə görə duz
zövgə görə istiot
 


1.Əvvəlcə tərəvəzləri hazırlayın.

Badımcan: Badımcanları aşağıda verilən iki üsuldan birini istifadə edərək hazırlayın.


Üsul 1: Badımcanın saplağını kəsin. Bıcaqla “qarnını” kəsin. İri qazanı suyla doldurun və qaynadın. Badımcanları qaynayan suya qoyub təxminən 2 dəqiqə ərzində pörtün. Sudan çıxardın və bir az soyudun. Soyuduğunda, əllərinizlə ovun ki, tumları çıxsın.

 

 

 


Üsul 2: Badımcanları suda pörtmək əvəzinə qızardın. Bunun üçün, əvvəlcə saplağını kəsin. Bıcaqla “qarnını” şəkildə gördüyünüz kimi kəsin. Badımcanları soyuq su və 2 xörək qaşığı duz olan ləyənə qoyub və üstlərini ağırlıqla örtüb 20 dəqiqəliyinə kənara qoyun. Bu, badımcanların acısı çıxması üçün edilir. Acısı çıxan badımcanları sudan çıxardıb, qurulayın. Tavada bol-bol yağ qızdırıb, bu yağda badımcanların hər tərəfini qızardın. Yağdan çıxardıb salfet və ya kağız dəsmal üzərinə qoyaraq yağını süzdürün.

Bibərlər: Bibərlərin saplağını şəkildə gördüyünüz kimi, yumruvari və saplağı bibərdən tamamilə ayırmamaq şərtiylə kəsin. İçinin tumlarını təmizləyin.

 


Pomidorlar: Pomidorların saplağını şəkildə gördüyünüz kimi, yumruvari və saplağı bibərdən tamamilə ayırmamaq şərtiylə kəsin. İçini bıcaq və ya qaşığla oyub çıxardın. Təmizlədiyiniz içi atmayın - bunu ətli iç üçün istifadə edəcəksiniz*

 

2. İndi isə içi hazırlayın. Bunun üçün tavada yağı qızdırın. Əti əlavə edib suyu çəkilənə və qızaranadək r bişirin. Soğanı ətə əlavə edib, birlikdə bir az da qızardın. Doğranmış pomidor* və bibəri əlavə edib, 5 qədidə də bişirin. Oddan kənara çəkin. Göyərtini əlavə edin. İstifadə edirsinizsə, ləpə də əlavə edin. Zövqə görə duz və istiot vurub qarışdırın.

3. Badımcan, bibər və pomidorların içini bir az duzlayıb-istiotlayın. Bİbər və pomidorların “qapaqlarını” örtün. Tərəzəvləri dərin tavaya yığın. Üstünə 2 qaşıq ərinmiş yağ və ya duru yağ tökün. Tavanın qapağını örtüb dolmaları vam odda təxminən 35-40 dəqiqə ərzində bişirin.  

Nuş Olsun!


Mickey Mouse | 9 iyun 2013 20:01 | Status: Professional user | Şərh: 4 008
Biz her yay edirik.Dadli olur...
SHIRIN-SHIPSIRIN. | 6 iyun 2013 20:19 | Status: Gümüş user | Şərh: 1 347
coox xoslayiram,,badimcan dolmasini tezelikce elemisdim,,
FLOVERandGİRL | 30 may 2013 16:10 | Status: Professional user | Şərh: 3 251
denan da uc baci da yemisem hemde o qedeee
NURLU | 15 may 2013 10:50 | Status: Professional user | Şərh: 5 552
olsa yeyerdim.ancaq oz etdiyimi cox xoslayiram))))))
Akademik | 14 may 2013 23:12 | Status: Professional user | Şərh: 4 580
bə-bəh, xoşlayıram))
RaySum | 12 aprel 2013 20:09 | Status: Professional user | Şərh: 2 594

et yemeyini xowlamiram men

Hande 18 | 10 aprel 2013 22:35 | Status: Professional user | Şərh: 3 302

helede beyenmirem

selenay | 26 mart 2013 19:25 | Status: Professional user | Şərh: 1 466
tərifləmək kimimolmasin men gozəl bisisirirem tsk
Milaska. | 26 mart 2013 17:04 | Status: Gümüş user | Şərh: 1 486
en sevdiyimmmmmmmmmmmmm ama men bele etmirem qzardiram icinde ayica biwirrem sora doldurram qoyuram biwirrr
Gozel Melek | 25 mart 2013 18:34 | Status: Gümüş user | Şərh: 1 531
En sewdiyim yemekdi
Girl | 21 mart 2013 17:01 | Status: Professional user | Şərh: 8 206
buna 3 baci deyirler coxxxxx xoslayiram
Nigar | 20 mart 2013 19:01 | Status: Gümüş user | Şərh: 6 063
cox xoslayiram
Saida Kerimova | 18 mart 2013 14:07 | Status: Professional user | Şərh: 1 672
En sevdiyim yemekdi :n44:
harmony | 13 mart 2013 15:18 | Status: Gümüş user | Şərh: 648
belede n10 n10
Əfşan | 10 mart 2013 15:06 | Status: Professional user | Şərh: 1 714
xalam bunu noxudla qovrulmus iclikle bisirir inanin mene dadindan doymaq olmur ki
Sabahım. | 28 fevral 2013 22:04 | Status: Professional user | Şərh: 3 359
Mən badimcanlari kərə yağinda qizardiram.iclik ətə bibəri sürtkəcdən kecirib qatəəəiram.Yayda bişirəndə iki tava biiirdən bişirirəm cünki bizimkilər cox sevir.
Meqa | 30 yanvar 2013 19:51 | Status: Professional user | Şərh: 2 077
çox sevirem bu yemeyi qaynanam super bişirir hamısını qızardır bol yağda sonra içini doldurub bişirir
Gul_Cicek | 28 yanvar 2013 21:34 | Status: Şərhçi | Şərh: 98
:n38:
RA | 10 dekabr 2012 21:05 | Status: Qonaq | Şərh: 501
biz tərəflərdə 3 bacı dolmasıı ) deyirlər ...amma mən kafedə zakaz verəndə 3 BACANAQ deyirəm ofsiant çaşıb qalır ...3 bacanaq elə 3 bacı yada bəzi yerlərdə 3 qardaş )) deməkk sadəcə cüt-cüt verirlər yani hərəsindən 2-2)))))
Nurus. | 10 dekabr 2012 20:50 | Status: Brilliant user | Şərh: 6 982
Bizde bele hazirlanir,hemde buna biztereflerde 3 qardas deyirler
PrEnSeS_ | 7 dekabr 2012 09:11 | Status: VİP user | Şərh: 554
tesekkurler yemisem vox dadli olur :n32:
Decel | 17 noyabr 2012 03:14 | Status: Gümüş user | Şərh: 933
bu yaya men bundan bir defe yedim oda ALLAH canin saq elesin anam bisirmisdi
ALEV | 15 noyabr 2012 16:57 | Status: Şərhçi | Şərh: 325
LEZETTTTTTTTTTTTTTTTTTTTTTTTTTTTTTTT BEYENDIM
Nurus. | 13 noyabr 2012 20:44 | Status: Brilliant user | Şərh: 6 982
Bizim zonada buyemeye 3qardas deyirler.cox sevirem
Torpaq | 13 noyabr 2012 16:15 | Status: Professional user | Şərh: 3 570
cox beyenirem smile
sanel | 11 noyabr 2012 17:01 | Status: Professional user | Şərh: 3 647
biz bunu cox eleyirik qaynanamda dadlialinir
leylawka | 7 oktyabr 2012 15:19 | Status: Professional user | Şərh: 1 866
BU MENDE COX GÖZEL ALINIR TERIFLRMRK OLMASIN smile smile
sevinc keder | 7 oktyabr 2012 13:03 | Status: Professional user | Şərh: 3 818
men hemiwe pamidor dolmasini cooox yeyirem twk
gulya20 | 2 oktyabr 2012 16:15 | Status: Professional user | Şərh: 4 677
Butun dolmalari xoslayiram,ele bunuda.Bu yay yaman cox bisirib yedim
cucem. | 30 sentyabr 2012 12:45 | Status: Professional user | Şərh: 4 415
EN COX SEVDIYIM YEMEKDIR TWK.LER