Mətbəximiz / Quru yeməklər

50 qəpiyə başa gələn, əti əvəz edən yemək - Şərqdə, eləcə də Avropada dəbdə olan küftəyə oxşar- FALAFEL

Banu. | 12-05-2019, 08:39
3 328 0

MİSİR "FASTFUDU": FALAFEL. Eti əvəz edən yemək - Yəqin ki, çoxunuz Şərqdə, eləcə də Avropada dəbdə olan küftəyə oxşar falafel barədə eşitmisiz. O Misir, Livan kimi ölkələrin küçədə satılan ayaqüstü yeməyidir. Kalorisi və dadına görə ətə bərabərdir. Amma ətdən deyil, noxud əzməsindəndir. FALAFEL eşidib yeməyənlər üçün resepti təqdim edirik.

Ərzaqlar:

 Noxud – 500 qr.
Keşniş toxumu – 5 qr.
Cəfəri – 30 qr.
Nanə – 20 qr.
Zirə – 1 ç.q.
Baş soğan – 2 ədəd
Sarımsaq – 2 diş
Bitki yağı – 300 ml.
Un – 2 x.q.
Qabartma tozu – 1 ç.q.
Duz – 2 ç.q.

Hazırlanması:

Falafel üçün iri noxud seçin. Noxud 1 sutka əvvəldən islağa qoyulur. Suyu süzülür, bir az yumşalana kimi bişirilir.
Soğan, sarımsaq doğranılır. Blenderdə noxud, soğan, sarımsaq, göyərtilər impulsiv rejimdə keçirilir. Əgər kütlə çox quru alınsa, bir az su qata bilərsiz. Bura üyüdülmüş zirə, 2 qaşıq un, qabartma tozu, duz qatıb, qarışdıraraq xəmir kimi yoğurun. Kütləni soyuducuda 1 saat saxlayın.
Tavada bolluca yağ dağ edilir. Kütlədən dairəvi, yastı küftə formasında kündələr hazırlayırsız, yağda tam qızarana kimi bişirirsiniz.
Falafel yanında sous, ketçup və tərəvəz salatı ilə verilə bilər. Lavaş arasına yığıla bilər. Çox dadlıdır, sanki ət yeyirsiz. 

Bu xəbərləri də oxumaq üçün yazıya tıklayın:    

Qayınanasını yataq otağına salıb zorladı, sonra... - Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ

Təqaüdlərin verilməsi haqda vacib XƏBƏR - Nazirlik AÇIQLADI

Estetik əməliyyatlar etdirən aparıcı Nanənin arxiv fotoları görənləri şok etdi

Evinizdə cadu olub, olmadığını bu üsulla yoxlayın- Falçıya getməyin!

Azərbaycanlı kişilərin dərdindən dəli-divanə olduqları rus qızları niyə bu qədər Cazibədar OLUR? - SİRLƏR AÇILDI - FOTO

“50 yaşında dəhşətli ağrılardan ölürdüm, məni bu resept xilas etdi” – Pasiyent hekayəsi