Mətbəximiz / Quru yeməklər

Naxçıvanın adı dillər əzbəri olan MÖHTƏŞƏM yaz yeməkləri

Banu. | 14-04-2019, 09:27
1 091 0
Ölkəmizin bütün guşələrində, o cümlədən Naxçıvanda baharın gəlişi ilə insanların mətbəxində, süfrəsində dağlarımızda, düzlərimizdə yetişən

bitkilərdən ibarət çoxçeşidli qidalar üstünlük təşkil edir.
AzadQadin.Az bildirir ki, azərtac-ın Naxçıvan bürosunun əməkdaşı ilə söhbətində bu barədə danışan tədqiqatçı-jurnalist Zaleh Novruzov deyib ki, Naxçıvan əhalisinin qidasında müxtəlif yeməklərin hazırlanmasında göyərti daha çox yer tutur. Diyarımızda erkən yazda çiy halda ən çox yeyilən bitkilərə müxtəlif növ yemlik (südlü, təkəsaqqalı), quşəppəyi, dağlarda bitən quzuqulağı aiddir. Bununla bağlı şeirlərimizin birində deyilir:
İlk baharda biz dağlara gedərdik,
Kəklik kimi qayalarda səkərdik.
Xına sürtər, quzuqulağı dərərdik,
Nübar bilib, hər kəsə pay verərdik.
Minbir dərdin dərmanı - quzuqulağı, topalaq...
Onun sözlərinə görə, quzuqulağı Naxçıvanda daşlı qayalarda bitdiyi üçün onu yığmağa uşaqlar və yeniyetmələr gedər, yığdıqlarından qohum-qonşuya pay verərdilər. Orta və yaşlı nəslin nümayəndələri yaxşı xatırlayırlar ki, əkin sahələrindən "topalaq" adlandırılan bitki də yığılıb yeyilərdi. Şum zamanı səthə çıxan bu kök yumrularının qabığı soyulduqdan sonra istifadə olunardı. Şirintamlı topalaqla yanaşı, əkin sahələrindən kələməkeşir də yığılıb yeyilirdi. Erkən yazda təpəliklərdə ən çox rast gəlinən murçalıq kökü, gicitkən, bağayarpağı kimi təbii bitki növlərinə də üstünlük verilirdi. Bu gün süfrələrimizin bol, insanların həyat səviyyəsinin yaxşı, ailələrdə hər cür təamların olması uşaqların belə bitki məhsullarını yeməyini maraqsız edib. Ancaq heç bir təam müxtəlif vitaminlərlə zəngin bu təbii qidaları əvəz edə bilməz. 
Zaleh Novruzov deyib: Yaz fəslində yemək çeşidlərinin içərisində yabanı və becərilən göyərtilər də üstünlük təşkil edir. Bu dövrdə göy soğana, tərxuna və digər göyərtilərə, soyutma yumurtaya, pendir-lavaşa üstünlük verənlər çox olur. Göyərtidən, əsasən, dovğa və kətə bişirilir. Əsl evdar qadınlar bu dövr üçün qovurma saxlayırlar. Çünki qovurma ilə qızardılan pencərin və yumurtanın dadı əvəzedilməz olur. Qızartmada ən çox xıncılovuz, qazayağı, çiriş, cacıq, şomu, gicitkən və mərəçöhrdən istifadə edilir. Göyərti az olduqda düyü, buğda, yarma əlavə edib "cılbırt" adlandırılan yemək bişirirlər. Bir çox göyərtilərdən çərəz kimi də istifadə edilir.
Naxçıvan kətəsinin, küküsünün dadından doymaq olmur
Kükü yemək növü də göyərtilərdən hazırlanır. Narın doğranmış pencərə yumurta əlavə edilərək qarışdırılır və tavada qızardılır. Göyərtidən kətə ilə yanaşı, göy qutab da bişirilir. Bunun üçün həyətyanı sahələrdə alaqotu kimi bitən qaratərə və sarmaşıqdan da istifadə edilir. Təndirdə bişirildikdə kətə daha dadlı olur. Onu isti-isti yemək məsləhətdir. Zövqə uyğun olaraq kətəyə sumax səpir, isti kətənin içərisinə eymə yağı qoyub yedikdə isə daha ləzzətli olur. Digər bir bitki növü - şomu qovurulsa da, kətəsinə daha çox üstünlük verilir. Şomunun becərilən, yəni mədəni növü olan ispanaqdan, yarpızdan da kükü bişirmək mümkündür. Bu mövsümdə göyərtidən qatıqaşı, dovğa da hazırlanır. Dovğa ən çox yarpız, nanə, ispanaq, keşniş, cəfəri, salmança ilə bişirilir.
 
Bu xəbərlər çox maraqlıdır:

Almaniyada vətəndaşlıq almağın – QAYDALARI

Hər gecə huşsuz qızlar gətirilir... - Həkimdən şok

Əgər, 7 gün acqarına sarımsaq və bal yesəniz görün orqanizmdə nə baş verəcək?! + VİDEO

Kişiyə kötəyinə dözən, söyüşünü udan “arvad” lazımdır...

Bir evdə həm əri, həm də onun məşuqəsi ilə yaşayan azərbaycanlı qadın: “Arada əsgər yoldaşları da bizdə qalırdı…” – FOTO

Qadın bu yolla kişiyə elə bir şey ötürür ki... - İNANILMAZ SİRR