Mətbəximiz / Quru yeməklər

Vaxtınızın az olduğu günlərdə və ya vaxtınıza qənaət etmək istədiyiniz zaman doyumlu bir yemək-"Kartof küküsü"

Banu. | 10-04-2019, 07:50
419 0

Vaxtınızın az olduğu günlərdə və ya vaxtınıza qənaət etmək istədiyiniz zaman doyumlu bir yemək axtarışındasınızsa, reseptimiz sizin bütün istəklərinizi qarşılayacaq.
♦Tərkibi
8 ədəd kartof
3 ədəd baş soğan
8 ədəd yumurta
Bitki yağı
Duz
İstiot

Necə hazırlanır?
1. Kartofları və soğanları soyun. Soyulmuş kartof və soğanları yuduqdan sonra ət maşınından keçirin.
2. İkiqat tənzifdən suyunu sıxıb çıxarın. Sonra kütlənin üzərinə yumurta, duz və istiot əlavə edib çalın.
3.Tavaya yağ tökün və hazırlanmış kütləni onun üstünə əlavə edib bərabər qalınlıqda yayın. Qapağı örtün. Hər iki tərəfi qızarana kimi bişirin.

Əgər siz də bu reseptdən faydalanaraq "Kartof küküsü" yeməyini hazırladınızsa, yeməyin şəklini və yemək haqqında təəsüratlarınızı bizimlə paylaşmağı unutmayın!

Nuş olsun!

AzadQadin.az

Bu xəbərləri də oxuyun:

Tələbə ikən oğlanla tanış oldu, yatağa girdi, hamilə qaldı, atıldı - Səidənin dəhşətli həyat hekayəsi

Ailəli kişinin evinə gedən gənc qız: Oyananda gördüm ki, artıq gecdir

Qadın əri ilə yaşadığı cinsi əlaqəni başqa qadınlara danışa bilər?

Qan qrupuna görə ən seksual cütlüklər... - ARAŞDIRMA

ÖLÜM HÖKMÜ VERƏN MİQRENƏ ŞAH Və MAT! Baş-beyin damarlarının təmizlənməsi üçün unikal metod