Mətbəximiz / Quru yeməklər

Kartof dolması - FƏRQLİ DAD

Banu. | 25-02-2019, 08:18
2 498 0

Dolmanı yəqin ki, hər birimiz xoşlayırıq. Yarpaq, kələm, "3 bacı" dolmaları milli mətbəximizin ən sevilən təamlarıdı. Bəs heç kartof dolması yemisiniz?
Bu dəfə sizə fərqli kartof dolmasının reseptini veririk.

Ərzaqlar:

6 ədəd kartof
Qızartmaq üçün duru yağ
200 qram az yağlı qıyma
2 xörək qaşığı zeytun yağı 
1 ədəd soğan 
2 diş sarımsaq 
1 çay qaşığı pomidor tomatı
1 çay qaşığı istiot
Duz

Servis üçün:
 
Nanə qurusu
Qırmızı istiot

Hazırlanması:

Kartofların içini oyun və duru yağda qızardın. Qıymanı, soğanı, sarımsağı və zeytun yağını bir tavanın içində qovurun. Hazırladığınız içliyi kartofların içinə yığın. İçi doldurulmuş kartofları qazana yığaraq üstünə tomat və suyu qarışdıraraq tökün və vam odda bişirin. Hazır olandan sonra üstünə nanə qurusu, azca qırmızı istiot töküb servis edin.

AzadQadin.az

Bu xəbərləri MÜTLƏQ oxuyun:

“Gəlinlikli tabutunu qadınlar daşıdı”-Qan donduran ölüm-Fotolar

TƏCİLİ! Vanqanın illərlə gizlədilmiş əl yazısı: Evinizin uğurlu olması üçün, yaxşı iş tapmaq üçün...

Qandonduran OLAY: 20 yaşlı ana uşaqlarını tək qoyub sevgilisilə görüşə getdi, qayıtdıqda... - FOTO

Qan qrupuna görə ən seksual cütlüklər... - ARAŞDIRMA

Qadınlar niyə ayaqlarının arasına yastıq qoyaraq yatır? - ARAŞDIRMA