Mətbəximiz / Quru yeməklər

ƏN ASAN PİROJKİ: Xəmir yoğurmağa gərək yoxdur!

Banu. | 9-03-2019, 09:00
134 0

Pirojkiləri hər kəs sevir, xüsusilə də uşaqlarımız... AzadQadin.az bu dadlı təamı tez-tez bişirəsiniz deyə, sizə ən sadə reseptini təqdim edir.

Ərzaqlar:
Yumurta – 4 ədəd (2 çiy, 2 bişmiş)
Qatıq – 0,5 st.
Xama – 0,5 st.
Duz – istiot – zövqə görə
Un – 1-1,25 st.
Qabartma tozu
Yaşıl soğan – yarım dəstə

Hazırlanması:
Yumurtaları sındırırıq, üzərinə duz, xama, qatıq tökürük, çalırıq. Hissə-hissə ələnmiş unu tökürük, qabarta tozunu da əlavə edirik, yumurta çalanla qarışdırırıq. Oladi xəmiri kimi duru xəmir alınacaq.
Bişmiş yumurtaları təmizləyirik, xırda kub şəklində doğrayırıq, üzərinə xırdalanmış yaşıl soğan tökürük və qarışdırırıq. İçliyi xəmirə tökürük və yaxşıca qarışdırırıq.
Tavaya bitki yağı töküb isidirik. Sonra adi oladiləri qızartdığımız kimi – qaşıqla tavaya xəmir töküb, hər iki üzünü qızardırıq. Xama və ya ketçup ilə süfrəyə veririk.

 AzadQadin.az