Mətbəximiz / Quru yeməklər

Kotleti bu dəfə ətdən yox, sarı mərcidən hazırla! -Daha çox faydalı, dadlı, ucuz

Banu. | 7-04-2019, 08:30
2 817 0

Ərzaqlar:
Sarı mərcimək – 200 qr.
Orta ölçüdə soğan – 2 ədəd
Təzə pomidor – 3 ədəd
Badımcan – 1 ədəd
Çili istiot – 1 ədəd
Bolqar bibəri – 1 ədəd
Un – 100 qr.
Sarımsaq – 3 diş
Bitki yağı – 2-3 x.q
Cəfəri – 20 qr.
Duz, istiot

Hazırlanması:
Mərcimək yuyulur, suda 15 dəqiqə bişirilir, sonra suyu süzülür. 
Tavada xırda doğranmış soğan və 1 diş sarımsaq qızardılır. Badımcanın qabığı soyulur, xırda kub formasında doğranılıb, soğana qatıb, 5 dəqiqə bişirilir. 
1 ədəd pomidoru kub formasında doğrayıb, badımcana qatır, qarışdırır, daha 5 dəqiqə bişirirsiz. 
Tavadakı tərəvəzlər bir az soyudulur, mərciyə qatılır, duz-istiot vurulub, narın doğranmış göyərti səpilir və qarışdırılır. 
Əlləri tez-tez bir qab suda islatmaqla, bu qarışıqdan kotlet formaları hazırlanır, una batırılır və isti tavada yağda qızardılır. Hazır kotletləri salfet üzərinə qoyub yağını süzürsüz. 
Salsa hazırlayırsız: tavada ayrıca 1 ədəd soğan və 3 diş sarımsağı doğrayıb yağda qızardırsız. Bura xırda doğranmış bibər, çili qatıb, 5 dəqiqə bişirirsiniz. Sonda 2 ədəd pomidoru kub şəklində doğrayıb, 7 dəqiqə daha bişirin. Duz, istiot vurun. 
Mərci kotletləri boşqaba qoyulur, Salsa yanında verilir. 
Çox dadlı, doyumlu kotletlərdir. 

AzadQadin.az

Bu xəbərləri də oxuyun:

Kredit götürmək istəyənlərə ŞAD xəbər


İntihar edən məktəbli rəfiqəsinin fəryadı: Mənin sevgilim, mənim həyatım... - FOTO

Məktəbli qızın intiharının dəhşətli təfərrüatı - Oğlanlar təpikləyib, müəllimlər gizlədib

ŞOK! Həmidə Ömərova Polad Bülbüoğlu ilə ailə qurub?

Havayı olduğu üçün, reklam olunmur və heç kim bilmir - Tərkibində isə süddən 25 dəfə çox kalsium, spanaqdan 15 dəfə çox dəmir var

Gördüklərinizə inanmayacaqsınız!!.İnsan əti satılan restoran açıldı.Dünyanı sirkələyən hadisə.

“Gəlinlikli tabutunu qadınlar daşıdı”-Qan donduran ölüm-Fotolar