Mətbəximiz / Quru yeməklər

KFC dadını verəcək toyuq tikələri-Uşaq ların və böyüklərin sevimli yeməyi

Banu. | 3-01-2019, 09:39
800 0

Ərzaqlar:
Toyuq tikələri – 8 ədəd
Toyuq üçün ədviyyat (marketlərdə satılır) – 2 x.q.
Süd – 1 st.
Yumurta – 1 ədəd
Un – 1,5 st.
Qarğıdalı nişastası və ya unu – 0,5 st.
Bitki yağı – 500 ml.
Duz – zövqə görə

Hazırlanması: 
Südlə yumurtanı qarışdırıb, içinə 2 x.q. ədviyyat qarışığını (paket şəklində marketdə satılır – toyuq üçün ədviyyat) əlavə edirsiniz. Ətirli bir kütlə alınacaq.
Ədviyyatın qalan digər yarısını isə un və qarğıdalı unu/nişastası qarışığına əlavə edirsiniz. Rahat qarışsın deyə, bir sellofan paket götürüb həm unu, həm də ədviyyatları ora tökmək və ağzını bağlayıb, yaxşıca çalxalamaq olar.
Toyuq tikələrini əvvəlsə südlü qarışığa salıb çıxarırsınız, sonra isə unlu ədviyyatlı kütləyə batırırsınız. Hər tikəni 2 dəfə – həm südə, həm də una batırmaq lazımdır. İndi toyuqları 5 dəqiqə dinlənməsi üçün kənarda saxlayırsınız və hündür tavanı, ya da bir qazançanı odun üzərinə qoyursunuz. İçinə bol yağ tökürsünüz. Yağın qədəri qabın ölçüsündən asılı olaraq dəyişə bilər.
Onları bir-bir dağ olan yağın içinə tökürsüz və qızardırsınız. 

Bu xəbərləri də oxuyun:

TƏCİLİ! Əhaliyə VACİB XƏBƏR-Bu bahalaşmalar gözlənilməz oldu

Bu da Ədalət Şükürovun mediyadan gizlətdiyi gözəl xanımı-FOTO

Sən demə, bütün xəstəliklərin 3 SƏBƏBİ VARMIŞ

Cəmi 1 stəkan içki qaraciyəri təmizləyir, damarları açır