Mətbəximiz / Quru yeməklər

Ciyəri bu cür bişirsəniz, DADINDAN DOYMAYACAQSINIZ

Banu. | 6-10-2018, 07:33
1 022 0
Mal və qoyun ciyəri həm ləzzətli, həm də sağlamlığa faydalı olması baxımından çox yeyilən bir qidadır. Amma onu bişirmək elə də asan deyil. Ləzzətli ciyər bişirmək üçün bəzi nüanslara diqqət etmək lazımdır. Dadlı və asan ciyər hazırlamanın bəzi məqamlarını diqqətinizə çatdırırıq.
Təzəliyi əhəmiyyətlidir
 
İlk olaraq ciyəri güvəndiyiniz bir qəssabdan alın. Diqqət edin ki, ciyər ən çox bir günlük olsun.
 
Mal ciyərini südlə marinə edin
 
Südlə marinə edilmiş mal ciyəri yumşaq və dadlı olacaq. Bunun üçün ciyəri bişirməzdən 1 və ya 2 saat əvvəl süddə saxlayın.
 
Damarlarını təmizləyin 
 
Ciyərdə olan damarları təmizləməyiniz məsləhətdir. Bunun üçün əlinizlə yoxlayın, sərt olan qismlərin damar olduğunu anlayıb təmizləyə bilərsiniz.
 
Suda saxlamayın
 
Əgər quzu ciyəri almısınızsa, suda saxlamağınız məsləhət deyil. Hətta yuyarkən belə, sudan azca keçirin, çünki ciyər suda çox qalsa dadsız və sərt olar.

***"Toppuş" bacının əri axırki, sükutu pozdu, nələr yazdı nələr...

***Sosial şəbəkələrdə yayılan, xanım kimi rəqs edən Fərid elə sözlər dedi ki...VİDEO 18+

***24 illik arvadını gənc oğlanla yazışarkən tutdu, hamamda çılpaq yaxaladı və... - Azərbaycanda DƏHŞƏT


 
Keşniş toxumu qatın
 
Ciyəri bişirərkən ona bir az keşniş toxumu qatın. Belə olduqda ciyərin ağır qoxusu tamamilə itəcək.
 
Quyruq yağı 
 
Ciyəri quyruq yağı ilə bişirmək ayrı bir ləzzətə sahib olmasını təmin edəcək. Tavada bişirəcəyiniz ciyərin üzərinə bir sıra quyruq yağı düzsəniz, dadından doymayacaqsınıız.ailem.az



info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.