Mətbəximiz / Quru yeməklər

Sovet kulinarlarının sirri: BANKADA öz suyunda TOYUQ

Banu. | 26-03-2019, 09:00
3 643 0

 

Deyirlər, bu toyuğun dadı adamı məst edir. Çox sadə, asan, həddən artıq dadlı, sağlam resept! Nə yağ gedir, nə tavada qızartmaq lazımdır. Toyuq elə yavaş-yavaş öz suyunda hazır olur. Düşünüb, icad edənə əhsən!

Ərzaqlar:


Toyuq bütün hissələrindən ola bilər – 1,5 kq.
Sarımsaq – 4 diş
Dəfnə – 2 yarpaq
Duz, istiot
Keşniş toxumu – yarım çay qaşığı
 
Bu xəbərləri də MÜTLƏQ oxuyun:

Üç uşaq atası biləndə ki, o əvvəldən dölsüzdür, arvadını...

Dəfnə yarpağı pulu özünə çəkən ən güclü “Maqnitdir”

SON DƏQİQƏ: İlham Əliyev xalqın xeyrinə çox vacib sərəncam imzaladı, sabahdan...-RƏSMİ

Ölünü belə dirildən resept. Bütün dərdlərin dərmanı cəmi 1 dəqiqədə hazırlanır.

Həkimlər şokda: Sabun və süd vasitəsilə, dərmansız, həkimsiz varikozdan xilas ol

Qadınlar üçün: ən təhlükəli və zəhlətökən kişi bürcləri bunlardır – SİYAHI



 

Hazırlanması:

 

Toyuq hissələrə bölünür, elə ölçüdə ki, 2 litrlik bankanın ağzından keçsin. Duz, istiot, keşniş toxumu səpilir. Toyuqları bankaya yığdıqca arasına doğranmış sarımsaq düzülür. Banka ağzına kimi dolmamalıdır, çünki toyuğun şirəsi çıxacaq. Üstdən dəfnə yarpağı qoyulur. Banka falqa ilə bir neçə dəfə bərk sarınıb sıxılır. O isidilmiş yox, soyuq sobaya qoyulur, sonra 180 dərəcəyə kimi isidilir və bu temperaturda 2 saat ərzində toyuq öz şirəsini buraxaraq, aramla bişəcək. Səbr edib gözləyəcəksiz. Deyirlər, belə bişən toyuğun ətri elə sobadan insanı valeh edir. Bu cür toyuğu düyü üstündə, qarnirlə, püre ilə də verə bilərsiz. Super dadı olur. Nuş olsun!