Quru yeməklər / Dünya mətbəxi

Tavada pizzanın hazırlanması

ESMERRi | 26-06-2016, 09:00
5 351 4

 




Bugün sizlərə tavada pizzanın hazırlaması qaydasını təqdim edirik. Əgər nəzərə alsaq ki, kişilər pizzaya qarşı soyuqqanlı deyildilər, bu məqalə sizdə maraq oyadacaq.

Lazım olanlar.

1 yumurta
3 qaşıq qatıq
2 qaşıq maye yağ
1 stəkan un
0,5 paket qabartma tozu
duz

Üstü üçün lazım olanlar.

1 qaşıq zeytun yağı
2 ədəd bibər
bir neçə dilim kolbasa, sosiksa və ya qovrulmuş qiymə
yaşıl və ya qara zeytun
istiot, bibər,
holland pendiri

Sous üçün lazım olanlar.

1 çay qaşığı pomidor püresi
2-3 qaşıq su
1 qaşıq zeytun yağı
kəkotu,
bibəriyə
Bişirmək üçün 1-2 qaşıq maye yağ

Hazırlanma qaydası.

Pizzanı hazırlamaq üçün kiçik doğranmış bibərləri zeytun yağında yüngül qızardın. Sosiska, kolbasa və s. onları da əlavə edib qarışdırın. Buna doğranmış zeytunları da əlavə edin və qarışdırdıqdan sonra qazı söndürün. Pizza sousu üçün olan məhsulları bir qabda qarışdırıb bişirin. Bir başqa qabda pizzanın xəmirini hazırlamaq üçün yumurta, qatıq və maye yağı qarışdırıb çalın. Buna un, duz və qabartma tozunu əlavə edin, qarışdırın. Qaşıqla qoyula biləcək qədər yumşaq bir xəmir əldə etməlisiniz. Pizza bişirmək üçün tavanı yağlayın. Xəmiri tavaya yayın. Üstünə hazırladığınız sousu, sonra bişirdiyimiz bibərli qarışığı pizza xəmirinin üzərinə yayın. Tavanın qapağını bağlayın. Pizzanı 2 dəqiqə güclü odda, 10 dəqiqə isə vam odda bişirin. Pizza bişərkən qapağı çox açmayın. Bu zaman ocağın temperaturu çox aşağı olmalıdır ki, pizzanın üst hissəsinin bişməsini gözləyərkən pizzanın altı yanmasın. Pizzanın altını yoxlayın. Pizzanın alt hissəsi qızarıb və üst xəmiri bişibsə pizzanız hazır olub. Nuş olsun!
Tavada pizzanın hazırlanması 
 
 
 
 
 
 
 
 


SEVDA | 27 iyun 2016 01:28 | Status: Nəzarətçi | Şərh: 17 439
Pizzanı duxovkada bişirirem.
Twk....
B.Fereh | 26 iyun 2016 17:41 | Status: Nəzarətçi | Şərh: 6 975
Men piccani her zaman duxovkada edirem.Biber de qatiram amma daha kenarda qovurmuram,birce sousun qovurub hazir edirem vessalam.Bu bir az cetin geldi mene.
Əsmər1 | 26 iyun 2016 10:00 | Status: VİP user | Şərh: 1 584
heart_eyes vaouuu nə yiyərdim
Dəniz qızı | 26 iyun 2016 09:14 | Status: Brilliant user | Şərh: 8 017
Pizza vazgeçilməzimdi.