Təzə kartofdan 4 cür yüngül Yaz yeməyi
İndi hər yerdə qarşınıza təzə, qabığı nazik, zərif kartoflar çıxır. Bu kartofun heç qabığını soymağa ehtiyac yoxdur. Təzə-tər, əsl yaz kartoflarından bu vaxta kimi bişirmədiyiniz reseptləri sonraya saxlamayın. Bişirin, hamı sizə minnətdar olacaq.
Tezbazar salat
Ərzaqlar:
Hazırlanması:
Təzə kartof yuyulur, qabıqlı bişirilir, elə qabıqlı halda kub formasında doğranılır. Xiyar iri kub formasında, turp isə nazik halqavari kəsilir. Şüyüd narın-narın doğranılır. Ayrıca qabda zeytun yağı, xardal, duz, istiot qarışdırılır. Salat qabına tərəvəzlər yığılır, üzərindən bu yağ gəzdirilir, göyərti səpilir.
İtalyansayağı salat
Ərzaqlar:
Hazırlanması:
Kartoflar elə qabıqlı bişirilir, əgər qabıq nazikdirsə, soyulmur. Kub formasında doğranılır. Almanın qabığı soyulur, tumları çıxarılır, orta ölçüdə kub formasında doğranılır. Pomidorlar da orta ölçüdə bölünür, kartof və alma ilə qarışdırılır. Bura halqavari doğranmış banan da qatılır, qarışdırılır, üzərindən xama gəzdirilir. Bu salatı süfrəyə verməzdən əvvəl 2-3 saat soyuducuda saxlayın.
Suluquni pendiri ilə təzə kartof
Ərzaqlar:
Hazırlanması:
Təzə kartof şorbası
Ərzaqlar:
Hazırlanması:
Kartoflar təmizlənir, yuyulur, nazik, orta ölçüdə doğranılır. Tavada kərə yağı isidilir, doğranmış soğan əlavə olunur, 5 dəqiqə qızardılır. Bura kartof əlavə olunur, qapaq bağlanılır, 5 dəqiqə bişirilir. Bulyon qızdırılır, tavadakı kartof bulyona əlavə olunub, qaynar hala gətizdirilir, duz, istiot vurulur. Kartof bişənə kimi qaynadılır, hazır olana yaxın narın şüyüd və yaşıl soğan səpilir. Şorba masaya veriləndə üzərinə 1 qaşıq xama qoyulur.
Nuş olsun!