Mətbəximiz / Quru yeməklər

Toyuqlu badımcanlı plov

Dəniz qızı | 3-11-2015, 09:00
2 863 11
 

 
Tərkibi:
3 toyuq budu
4 yaşıl bibər
3 pomidor
2 diş sarımsaq
Duz
İstiot
Duru yağ

Plov üçün:
3 stəkan Düyü
2 badımcan
2 qırmızı bibər
2 xörək qaşığı Kərə yağı
Duz
Su

Hazırlanması:
Toyuq budunun ətini sümüklərindən ayırırıq və  doğrayırıq. Tavaya duru yağ tökürük və incə doğranmış sarımsaqla toyuq ətlərini qoyuruq. Pomidorları və bibərləri doğrayırıq. Toyuq əti suyunu çəkəndə bibərləri əlavə edirik. Bibərlər yumşalan kimi pomidorları əlavə edirik. Duzunu və istiotunu vururuq və bişiririk. Plov üçün, düyünü yaxşıca yuyub süzürük. Badımcanları alabəzək soyuruq Badımcan və qırmızı bibərləri xırda kub şəklində doğrayırıq.

Tavaya duru yağ töküb qızdırırıq. Badımcanları, sonra da bibərləri qızardırıq. Plov qazanına az duru yağ töküb düyü qovurmaya başlayırıq. Kərə yağını əlavə edirik və qovurmaya davam edirik. Duzunu atırıq. İsti suyunu əlavə edirik və qapağını örtərək zəif odda bişiririk. Plov bişəndə dəmə qoyuruq. Sonra qapağını açıb, İçinə qızarmış badımcan və biberləri qarışdırırıq. Plovu boşqaba çəkirik. Üstünə də toyuq ətlərini, qoyub serviz edirik.

ESMERRi | 11 dekabr 2015 10:19 | Status: Brilliant user | Şərh: 5 376
Sitat: Əsmər1
Badımcanı çox sevirəm ama badımcanı plovu yeməmişəm.Təşəkkürlər
Ay_Sun | 9 noyabr 2015 16:42 | Status: Brilliant user | Şərh: 13 407
Gerek sinaqdan kecirem.
Əsmər1 | 5 noyabr 2015 09:49 | Status: VİP user | Şərh: 1 583
Badımcanı çox sevirəm ama badımcanı plovu yeməmişəm.Təşəkkürlər
Cicim İncim | 5 noyabr 2015 01:55 | Status: Gümüş user | Şərh: 2 456
Qazmaq kimi plovun altına badımcan düzmüşəm, çox dadlı olub...Amma bu dadı təsəvvür edə bilmirəm necə olar...Yenə də təşəkkürlər..
Elcin sangu........ | 4 noyabr 2015 15:23 | Status: VİP user | Şərh: 631
men coxda xoslamiram toyuqlu badimcanli plovunu
milashka_167 | 4 noyabr 2015 10:32 | Status: VİP user | Şərh: 1 452
Sitat: SEVDA
Mənim uşaqlarım düyünü boş yeyirlər.üstündə heç nə xoşlamırlar...bunu çətin yesinlər...

Menimkilerde
gece-gunduz | 3 noyabr 2015 20:37 | Status: Gümüş user | Şərh: 1 720
badimcan nedi düyü nedi
SEVDA | 3 noyabr 2015 16:39 | Status: Nəzarətçi | Şərh: 17 437
Mənim uşaqlarım düyünü boş yeyirlər.üstündə heç nə xoşlamırlar...bunu çətin yesinlər...
buxqalter | 3 noyabr 2015 12:32 | Status: VİP user | Şərh: 1 212
Sitat: ESMERRi
Mən hazırlayanda kök vururam badımcan yox .Məncə belədə dadlı olar
ESMERRi | 3 noyabr 2015 09:54 | Status: Brilliant user | Şərh: 5 376
Mən hazırlayanda kök vururam badımcan yox .Məncə belədə dadlı olar
dılay | 3 noyabr 2015 09:17 | Status: Brilliant user | Şərh: 8 182
Tewekkurler. Mende bele edirem amma badimca yox kokle biber vururam. ilk like menden