Quru yeməklər / Dünya mətbəxi

Hünkar bəyəndi kababı

mamasinin ureyi | 28-04-2015, 09:00
3 350 18

 

Tərkibi:

300 qr quzu ya da dana əti (mən quzu istifadə etdim)
1 ədəd qırmızı kapya bibər
1 orta boy soğan
2 ədəd orta boy pomidor
2 yemək qaşığı əlavə zeytun yağı
1 çay qaşığı bibər tomatı
duz.


Bəyəndi üçün:
1 kilo badımcan
2 yemək qaşığı un
2 yemək qaşığı duru və ya kərə yağı
3 su stəkanı süd
1 çay stəkanı dolusu təzə holland pendiri rəndəsi
Bir çimdik duz
Kiçik bir diş sarımsaq (istəyə görə)


Hazırlanması:
1.İlk əvvəl badımcanlarımızı arzu etdiyimiz şəkildə közlüyürük.
2.Közlənən badımcanları bir paket içərisində ağzı bağlı olaraq gözlədirik (paketə qoyulan közlənmiş badımcan buxarlanma təsiri ilə daha asan soyulur)
3.Ətimizi və yağımızı bir tavaya alıb suyunu  çəkənə qədər bişiririk.
4.Soğanlarımızı və qırmızı bibərimizi kiçik-kiçik doğrayıb, əlavə edirik.
5.Pomidorlarımızı da küp - küp doğrayıb, qarışığa əlavə edirik.
6.Tomatımızı əlavə edib pomidorlar suyunu çəkənə qədər bişirməyə davam edirik.
7.Duzunu da əlavə edib ocaqdan alıb, dincəlməyə buraxırıq.
8.bəyəndi üçün unu və yağı bir tavaya alıb, unun çiy qoxusu çıxana qədər qovururuq.
9.Südünü əlavə edərkən püre qatılığında olmasına diqqət edərək, əlavə edirik.
10.Təmizlədiyimiz badımcanlarımıza kiçik bir diş sarımsağımızı əlavə edib, incəcik əzərək və ya doğrayaraq bəyəndimizə əlavə edirik.
11.Rəndələnmiş holland pendirimizi və duzunu da əlavə edirik.
12.Qabın altına bəyəndi üstünə kababımızı sousuyla birlikdə qoyub süfrəyə təqdim edirik.

 

Nuş olsun!


dılay | 27 fevral 2016 23:20 | Status: Brilliant user | Şərh: 8 183
Beyenirem ve edirem twk..
Nagizade.Leyla | 27 iyun 2015 10:40 | Status: VİP user | Şərh: 1 321
Təşəkkürler..
Sunay Elizade | 20 may 2015 17:31 | Status: Gümüş user | Şərh: 2 156
yemisem ela dadi var twk beyendim
kristal | 30 aprel 2015 07:59 | Status: VİP user | Şərh: 1 184
Sitat: Billurə
Evdəkilərin ağız dadına uyğun deyil)) Ancaq özüm yeyərəm bişirsəm əgər)
boris arxan | 29 aprel 2015 01:53 | Status: Professional user | Şərh: 4 784
Sitat: Ay_Sun
Maraqli ve dadli resept ucun tesekkurler.
R.M.va | 29 aprel 2015 00:57 | Status: Qonaq | Şərh: 0
Hee inşAllah sen çağır biz gelerik 0110
mamasinin ureyi | 29 aprel 2015 00:47 | Status: Professional user | Şərh: 1 112
nus olsun caninlarim .sevindimki beyendiz bu xeberi...
men edim sizide qonaq caqirim??????? hamiz dadina baxaqda gorek nece cixir0109 0110
lady sweet | 28 aprel 2015 23:44 | Status: Gümüş user | Şərh: 1 880
Ela gorunusu var tesekkurler
SEVDA | 28 aprel 2015 20:56 | Status: Nəzarətçi | Şərh: 17 439
TErkibinde pendir olduğu üçün menlik deyil.twk...
Ay_Sun | 28 aprel 2015 17:43 | Status: Brilliant user | Şərh: 13 408
Maraqli ve dadli resept ucun tesekkurler.
Sariwka1 | 28 aprel 2015 13:43 | Status: VİP user | Şərh: 1 774
Sitat: Gülçin-70
Maraqlı reseptdir, təşəkkürlər, Aygün. love
Nara88 | 28 aprel 2015 13:24 | Status: Professional user | Şərh: 4 253
tesekkurler
Gülçin | 28 aprel 2015 12:12 | Status: Brilliant user | Şərh: 6 780
Maraqlı reseptdir, təşəkkürlər, Aygün. love
KARAGULUM | 28 aprel 2015 11:51 | Status: Gümüş user | Şərh: 1 433
Gozel dadli gorunur..tewekkur
Billurə | 28 aprel 2015 11:07 | Status: Professional user | Şərh: 4 892
Evdəkilərin ağız dadına uyğun deyil)) Ancaq özüm yeyərəm bişirsəm əgər)
Real Madrid CF | 28 aprel 2015 10:25 | Status: Qonaq | Şərh: 0
Tesekkurler caniko amma kabablari hec sevmirem.
ELİSA | 28 aprel 2015 10:03 | Status: Gümüş user | Şərh: 1 047
Cox gozel gorunur,eminem ki dadi da cox gozel olar.Tesekkurler bacinin ureyi 0109
Dəniz qızı | 28 aprel 2015 09:04 | Status: Brilliant user | Şərh: 8 017
Bu nəydi səhər-səhər ağzımın suyu axdı. 0101