Mətbəximiz / Quru yeməklər

Kələm dolması

Aynur_Qurbanqizi | 7-02-2011, 19:13
11 973 65

Kələm Dolması

 


 

 Qeyd: Dolmalıq kələm seçəndə eləsini seçin ki, yarpaqları bir-birinə sıx olmasın. Bu cür kələmin yarpaqlarını zədələmədən bir-birindən ayırmaq asan olur.

4-5 pay üçün

 

Içi Üçün:
yarim kilo çəkilmiş qoyun və ya mal əti, və ya ikisinin qarışığı (çox yağsız olmasın)
1 ədəd orta baş soğan - xırda-xırda doğrayın (2 stəkan alınacaq)
2 xörək qaşığı pomidor məti (tomat)
yarım stəkan yumru düyü - yaxşıca yuyub suyunu süzün

yarım stəkan xırda doğranmış keşniş
yarım stəkan xırda doğranmış şüyüd
2-3 qaşıq kərə yağı
1 çay qaşığı duz
¼ çay qaşığı istiot

1 baş kələm (təxminən bir kilo yarımlıq)
2 xörək qaşığı pomidor məti (tomat) Qeyd: yay vaxtı tomatla bərabər bir ədəd iri yetişmiş pomidor da əlavə edə bilərsiniz. Bunun üçün pomidoru soyun, xırda-xırda doğrayın. Tomatın miqdarını bir qədər azalda bilərsiniz.
1  stəkan yarım qaynar su
2 xörək qaşığı kərə yağı

Əvvəlc ə içi hazırlayın. Bunun üçün içə lazım olan bütün ərzaqları iri qabda yaxçıca qarışdırın. Kənara qoyun.

Kələm yarpaqlarını  hazırlayın. Bunun üçün yarpaqları zədələmədən kələmdən ayırın. İri qazanda su qaynadın. İçinə iri çimdik duz atın. Kələm yarpaqlarını iki-iki və ya üç-üç qaynayan suya atın. Kəfkirlə üstündən basın ki, yarpaqlar suyun içində qalsın. Yarpaqları bu suda 2-3 dəqiqə pörtlədin (bir az yumuşalsın, amma bişməsin).  Sonra isə kəfkirlə sudan çıxardın və aşsuzəndə süzün. Bütün yarpaqları bu qaydada hazırlayın.

 

 

Yarpaqların ortadan keçən iri, sərt damarlarını kəsin. Kəsintikəri qazanın dibinə yığın (beləliklə dolmanın altı yanmaz). Yarpaqlar iridirsə, ikiyə bölün. Hər yarpağın ortasına təxminən 2 xörək qaşığı dolu iç qoyun. Yarpağın kənarlarını içəriyə doğru qatlayın, sonra dolma şəklində bükün.

Zədələnmiş yarpaqları da qazanın dibinə düzə bilərsiniz. Dolmaları sıra ilə qazana yığın. Əgər təzə pomidordan istifadə edirsinizsə, hər layın arasına bir az pomidor əlavə edin.

 

 

Tomatı 1 stəkan yarım qaynar suda həll edin və dolmaların üstünə tökün. Qazandakı su dolmaların yarısına qədər gəlməlidir. Əgər kifayət qədər su yoxdursa, onda bir az da su əlavə edin. Dolmaların üstünə ya ərinmiş yağ tökün ya da tikələrə bölünmüş kərə yağı qoyun. Dolmaların üstünə ya qab, ya da balaca qapaq qoyun ki, dolmalar bişdikləri müddət açılmasın, kip qalsınlar. Qazanın qapağını örtün. Dolmanı orta odda təxminən bir saat ərzinə bişirin. Çörəklə süfrəyə verin.

 

 

Müəllif: Fəridə

 


ESMERRi | 25 mart 2016 13:27 | Status: Brilliant user | Şərh: 5 376
Sitat: dılay
xowlayiramm kelem dolmasini

Sitat: dılay
xowlayiramm kelem dolmasini
dılay | 29 fevral 2016 23:39 | Status: Brilliant user | Şərh: 8 182
xowlayiramm kelem dolmasini
Meqa | 20 noyabr 2014 19:56 | Status: Professional user | Şərh: 2 077
sevmirəm kələm dolmasını
SABINA | 6 oktyabr 2014 09:59 | Status: Professional user | Şərh: 7 410
Sitat: leyla meherremova
ŞİRİNLİSİNİ HEÇ DİLİMƏ DƏ VURMARAM.
HESENIM | 8 aprel 2014 19:22 | Status: Gümüş user | Şərh: 1 262
BUNU BILMEYENLERDE VAR?????
Ay_Sun | 12 fevral 2014 19:25 | Status: Brilliant user | Şərh: 13 407
Sitat: Sehri.
Ən sevdiyim yeməklərdəndir.Təşəkkürlər.Əllərinizə sağlıq.

Alice | 28 sentyabr 2013 15:28 | Status: Professional user | Şərh: 5 020
bunu hazırlaya bilməyənlər var ki.
K.AWK.S.LOVE | 22 sentyabr 2013 20:33 | Status: Gümüş user | Şərh: 1 236
dolmaya suyud vuranda pis olur
su peerisi | 15 iyul 2013 19:29 | Status: Gümüş user | Şərh: 955
Qisda lezzey verir de bu yemek
Gozel Melek | 13 iyul 2013 10:29 | Status: Gümüş user | Şərh: 1 531
Təşəkkürlər Əllərinizə sağlıq.
Sehri. | 13 iyun 2013 17:12 | Status: Qonaq | Şərh: 0
Ən sevdiyim yeməklərdəndir.Təşəkkürlər.Əllərinizə sağlıq.
Hande 18 | 10 aprel 2013 22:33 | Status: Professional user | Şərh: 3 302

kelem dolmasin xoslamiram

arzular | 10 aprel 2013 18:19 | Status: Şərhçi | Şərh: 145

eladi,tesekuler

Billurə | 28 mart 2013 14:55 | Status: Professional user | Şərh: 4 892
Azerbaycan metbexinin mewhur yemeyi)
Saida Kerimova | 18 mart 2013 13:54 | Status: Professional user | Şərh: 1 672
Cox sevirem dolmani amma sonuncu sekilde kas ustune tomat tokeydiz daha gozel gorunur onda
nara73 | 12 mart 2013 20:32 | Status: Şərhçi | Şərh: 309
SEVDIYIM YEMEKLERDEN BIRIDI AMMA TEZE KELEMLE LAAAP XOWLAYIRAM
Gul_Cicek | 28 yanvar 2013 21:31 | Status: Şərhçi | Şərh: 98
cox xowlayiram bu yemeyi
Mickey Mouse | 30 dekabr 2012 14:19 | Status: Professional user | Şərh: 4 008
coxxx sevirem bu yemeyi ureyim istredi ee lap
Nurus. | 10 dekabr 2012 20:48 | Status: Brilliant user | Şərh: 6 982
Bizim evdede bu yemeyi hamimiz cox sevdiyimize gore tez-tez bisiririk
_Nazlim_ | 30 noyabr 2012 14:27 | Status: Professional user | Şərh: 2 267
sevirem bu yemeyi
gulya20 | 28 noyabr 2012 00:26 | Status: Professional user | Şərh: 4 677
Ele dunen bisirmisdim.Tesekkurler.
Nurus. | 13 noyabr 2012 20:43 | Status: Brilliant user | Şərh: 6 982
Olurem yarpaqdolmasi ucun
Torpaq | 13 noyabr 2012 16:13 | Status: Professional user | Şərh: 3 570
sevmirem yeyende de 1 2,yerpagi daha cox smile
elnare terlan | 8 noyabr 2012 21:53 | Status: VİP user | Şərh: 1 407
bugun bisirmisdim
sevinc keder | 3 oktyabr 2012 17:18 | Status: Professional user | Şərh: 3 818
olurem eee olurem kelem dolmasi ucun mayanezde virdun lap elaaa olur
Lale | 17 sentyabr 2012 10:18 | Status: Yazar | Şərh: 3 264
elede xowlamiram kelem dolmasini,ancaq qizim xowlayandi ona gore arda biwirirem.
Sonik | 17 sentyabr 2012 10:16 | Status: VİP user | Şərh: 543
bele de nese aram yozdu yeee bu dolma ile
sevinc keder | 3 sentyabr 2012 13:17 | Status: Professional user | Şərh: 3 818
OLUREMDE KELEM DOLMASI UCUN.
TEWEKKUR EDIREM.
MELAYKA | 13 avqust 2012 21:01 | Status: VİP user | Şərh: 600
life82,
camnim bizdede eksinede yoldasim cox sevir biwirirem ama ozum yemirem xosdamiram kelem dolmasin.menimki yarpagdi
life82 | 13 avqust 2012 14:26 | Status: Gümüş user | Şərh: 985
coooooooooooooooooooooooooooox sevirem kelem dolmasin.amma yoldaşim imkan vermirki ,bişirim. :n49: heeec sevmir.deyirem kimse bişireeeeeee,meni iftara caxiraaaaaaaaaaa.beh-beh ne gozel olar