Mətbəximiz / Quru yeməklər

Aytəkindən dadlı kotlet resepti(Fotoresept)

Aytekin82 | 5-10-2013, 09:00
254 145 54

Aytəkindən dadlı kotlet resepti(Fotoresept)

Bütün ailələrdə kotlet hamının sevimli yeməyidir. Xüsusən də kişilərin və uşaqların...)))
Hər əlin bir dadı,duzu var deyərlər. Birinin əlində kotlet yumşaq,şirəli,dadlı, digərinin əlində quru,dadsız alınır. Bu gün sizinlə bölüşəcəyim reseptdə kotlet çox dadlı,şirəli və yumşaq alınır. Özciyəzim sınamışam)))

  Lazım olan ərzaqlar aşağıdakılardır:

0,5 kq-yağsız mal əti
1 ədəd-orta irilikdə kartof
1 ədəd-baş soğan
Zövqə görə 1-2 diş-sarımsaq (xoşlamayan vurmasın)
100 qram-süd
1 dilim-çörək (qara daha yaxşıdı,olmasa da olar)
1-yumurta
İstiot və duz
Varsa,farş üçün ədviyyat (priprava dlya farşa)


Hazırlanması:

1. Əvvəlcə çörəyin üstünə ilıq süd tökülür və bir kənara qoyulur.


2. Kartof, soğan, sarımsağın qabığı soyulur. Ət doğranır.


3. Digər ərzaqlarla birgə ət maşınından keçirilir.


4. Alınmış farş bir dəfə də maşından keçirilir. Çox zərif farş alınır.


5. Farşa 1 yumurta, duz, istiot, ədviyyat əlavə edilir. Yaxşıca qarışdırılır. Kotlet üçün olan farşı heç vaxt çox saxlamayın. Dadı və ətri dəyişir.


6. Farş yumru kotlet formasına salınır.


7. Tavada duru yağ qızdırılır, kotletlər düzülür və iki tərəfli qızardılır.



Kotletlərimiz hazırdır.



P.S. Servis etməyi taa yazmıram))) Hərə öz zövqünə görə nimçədə bəzəyib stola verir. Mən kahı ilə süfrəyə verməyi xoşlayıram. Uşaqlar kotleti kahıya büküb yeyirlər.

Deyirəm elə hamımıza nuş olsun!


@Xəbər azadqadin.az saytına məxsusdur, istifadə edilərkən istinad mütləqdir.

Redaktə etdi: Gunewim


B.Fereh | 20 fevral 2016 12:02 | Status: Nəzarətçi | Şərh: 6 971
Mende bele edirem...en sevdiyim yemekdi katlet.
ESMERRi | 17 noyabr 2015 12:49 | Status: Brilliant user | Şərh: 5 376
Kateıt katletdidə hər kəs belə hazırlayir
dılay | 28 oktyabr 2015 10:09 | Status: Brilliant user | Şərh: 8 182
tewekkurler..
Nagizade.Leyla | 12 iyun 2015 14:01 | Status: VİP user | Şərh: 1 321
Olsa yeyərdim. .
Sunay Elizade | 5 iyun 2015 09:18 | Status: Gümüş user | Şərh: 2 156
eladi beyendim
boris arxan | 2 aprel 2015 01:42 | Status: Professional user | Şərh: 4 783
Sitat: melek 1
beyendim super edeceyem 0121
Miraj | 6 noyabr 2014 14:00 | Status: Professional user | Şərh: 2 624
yeyerdim eyyy onu 0110
SABINA | 10 oktyabr 2014 10:55 | Status: Professional user | Şərh: 7 410
Sitat: melek 1
beyendim super edeceyem
Narin-Ulker | 15 iyul 2014 10:42 | Status: Gümüş user | Şərh: 2 747
insan oruc olandabutun yemekler dadli gorsenir
melek 1 | 14 may 2014 11:17 | Status: Qonaq | Şərh: 0
beyendim super edeceyem 0121
Nergiz love | 26 aprel 2014 11:15 | Status: Professional user | Şərh: 7 871
beyendim..kotleti cooox sevirem..
zuzu86 | 3 yanvar 2014 12:04 | Status: Qonaq | Şərh: 0
mmende eynile bele edirem
gulyam | 9 dekabr 2013 19:59 | Status: Qonaq | Şərh: 0
eladiiiiiiiiiii.....
Aytekin82 | 7 oktyabr 2013 20:46 | Status: Brilliant user | Şərh: 6 586
Sitat: Vetenperver
Sitat: Aytekin82
Vallah, elə şərhdə də yazmışam ki, imkanım olsaydı qonaq eliyərdim

Sağol!Dadlı yemək bişirməyinə şübhə etmirəm.Məndə yemək dəlisiyəmdə,yəni qurman.


Onda bu reseptləri lütfən xanımla paylaş
request

Sitat: Nurus.
Canim menim ele asanliqla basa salmisanki bunu asagi sinif mektebli usagida bisirer.Bizde bele bisiririk amma sud qatmiriq.Gerek ozumde ve mamada bisirende sud qataq gorek nece alinacaq.Getdi secilmişlere.Bacariqli xanimsan.Allah ruzunuzu bol elesin.Sende dadli yemekler bisirib bizide oyredesen.


Çörəyi suda yox, süddə isladanda farş zərif və dadlı olur
Nurus. | 7 oktyabr 2013 10:47 | Status: Brilliant user | Şərh: 6 982
Canim menim ele asanliqla basa salmisanki bunu asagi sinif mektebli usagida bisirer.Bizde bele bisiririk amma sud qatmiriq.Gerek ozumde ve mamada bisirende sud qataq gorek nece alinacaq.Getdi secilmişlere.Bacariqli xanimsan.Allah ruzunuzu bol elesin.Sende dadli yemekler bisirib bizide oyredesen.
MELEK_ | 7 oktyabr 2013 00:35 | Status: Professional user | Şərh: 3 949
hamisi erzaq lar olmaq serti ile bele kotlet hazirlayiram, tekce sudu cixmaq serti ile
Alice | 6 oktyabr 2013 23:27 | Status: Professional user | Şərh: 5 020
təşəkkürlər.bəzi əlavələr var südü bilmirdim indi öyrəndim.
ayniska | 6 oktyabr 2013 21:13 | Status: VİP user | Şərh: 590
ela gorunur tesekkurler
Vetenperver | 6 oktyabr 2013 20:11 | Status: Professional user | Şərh: 6 699
Sitat: Aytekin82
Vallah, elə şərhdə də yazmışam ki, imkanım olsaydı qonaq eliyərdim

Sağol!Dadlı yemək bişirməyinə şübhə etmirəm.Məndə yemək dəlisiyəmdə,yəni qurman.
Sabahım. | 6 oktyabr 2013 19:31 | Status: Professional user | Şərh: 3 359
mən də eynilə belə bişirirəm südsüz.sarımsaq istəyirəm vurmaq xeyirdir.uşaqların xoşu gəlmir.amma dadlı olur.gözəl reseptəə görə sağ ol.bilməyənlərə gözəl məsləhətdir.cünki coxu kotleti təkcə ət və soğanla bişirir.
fira memmedova | 6 oktyabr 2013 17:03 | Status: Qonaq | Şərh: 0
cox seviremmmmmmmmmmmmmmmmm
ayka 51210 | 6 oktyabr 2013 15:27 | Status: Şərhçi | Şərh: 229
Tewekkurler kotlet novleri coxdur
Aytekin82 | 6 oktyabr 2013 14:23 | Status: Brilliant user | Şərh: 6 586
Sitat: Vetenperver
Aytəkin,sənin bu yemək xəbərlərini görəndə adamı acdırır)


Vallah, elə şərhdə də yazmışam ki, imkanım olsaydı qonaq eliyərdim



Sitat: sheh
kotlet bişirməyin bir sirri var-əvvəlcə hər iki üzünü açıq tavada qızardırıq.sora qapaq qoyuruq,çünki çəkilmiş ət deyib keçməyin gərək yaxşıca bişsin içi,belə eliyəndə həm yumşaq .həm qızarmış,həm də dadlı alınır.aşbaz Jalənin etirafları silsiləsindən )))


Bunu qeyd eləməyi sənin öhdene buraxdım daaa))))
sadəcə MƏN | 6 oktyabr 2013 13:15 | Status: Brilliant user | Şərh: 4 771
Oooo Aytekincim))))Amma heyif ki,ət yemirəm dəə))

Sitat: sheh
kotlet bişirməyin bir sirri var-əvvəlcə hər iki üzünü açıq tavada qızardırıq.sora qapaq qoyuruq,çünki çəkilmiş ət deyib keçməyin gərək yaxşıca bişsin içi,belə eliyəndə həm yumşaq .həm qızarmış,həm də dadlı alınır.aşbaz Jalənin etirafları silsiləsindən ))

Hə,mən də bişiriəndə belə edirəm.Mamam öyrədib)))
Ayka21 | 6 oktyabr 2013 10:53 | Status: Yazar | Şərh: 2 770
Çıx sağol üreyim bizde eyni ile bele bişiririk düzü men ele bilirdim etli qatlet ancaq bu reseptle olur
Leyla. | 6 oktyabr 2013 10:18 | Status: Professional user | Şərh: 2 597
Ellerinize sagliq .
sheh | 6 oktyabr 2013 09:26 | Status: Yazar | Şərh: 3 353
kotlet bişirməyin bir sirri var-əvvəlcə hər iki üzünü açıq tavada qızardırıq.sora qapaq qoyuruq,çünki çəkilmiş ət deyib keçməyin gərək yaxşıca bişsin içi,belə eliyəndə həm yumşaq .həm qızarmış,həm də dadlı alınır.aşbaz Jalənin etirafları silsiləsindən )))
Vetenperver | 6 oktyabr 2013 00:28 | Status: Professional user | Şərh: 6 699
Aytəkin,sənin bu yemək xəbərlərini görəndə adamı acdırır)
su peerisi | 5 oktyabr 2013 23:02 | Status: Gümüş user | Şərh: 955
Men de bele edirem,corek evezine ise suxari vururam,ela alinir.
K.AWK.S.LOVE | 5 oktyabr 2013 22:52 | Status: Gümüş user | Şərh: 1 236
beyendim cox sagol.