Mətbəximiz / Quru yeməklər

Toyuqla Döşəmə Plovun hazirlanmasi

gunes batarken | 26-09-2013, 09:00
54 673 49




Parça-döşəmə plov qoyun əti və toyuqla hazırlana bilər. Parça-döşəmənin altında qazmaq olmalıdır, və qazmağın ardından digər ərzaqlar qat-qat qazana yığılmalıdır. Burada gördüyünüz reseptdə isə qazmaq yoxdur - qazmağın yerinə qazanın dibinə toyuq əti döşənir, onun üstündən isə düyü və quru meyvələr. Tələsik Azərbaycan-sayağı bir plov bişirmək istəyirsinizsə, bir qədər asanlaşdırılmış bu parça-döşəmə plovunun resepti sizin lap ürəyinizcə olacaq.

TOYUQLA PARÇA-DÖŞƏMƏ PLOV

4-6 porsiya üçün nəzərdə tutulub

Ərzaqlar

3 stəkan uzun düyü
4 xörək qaşığı ərinmiş kərə yağı
1 stəkan təmizlənmiş şabalıd*
½ stəkan quru ərik
1 stəkan quru gavalı (çəkirdəyini çıxarda bilərsinizsə, məsləhətdir)
½ cup quru İran xurması (çəkirdəyini çıxarda bilərsinizsə, məsləhətdir)
½ stəkan ağ kişmiş
1 kilo kiçik parçalara bölünmüş sümüksüz toyuq əti (istəyə görə sümüklü də ola bilər)
1 ədəd baş soğan - nazik yarımhalqalar şəklində doğrayın
1/3 çay qaşığı zəfəran teli - döyülmüş və 3 xörək qaşığı qaynar suda həll olunmuş
duz istiot

Toyuqla Döşəmə Plovun hazirlanmasi


1. Düyünü təmizləyin, və ilıq suyun altında tez-tez süzə-süzə yaxşıca yuyun. Bu proses zəruridir, çünki su düyüdəkı nişastanı yuyub aparır və bu da düyünün bişdikdən sonra diri qalması və yapışmaması üçün vacibdir.

2. Düyünü ləyənə qoyub, üstünə örtəcək qədər ilıq su tökün. Suya 1 xörək qaşığı duz atın. Kənara qoyun.



3. Digər ərzaqları hazırlayın. Tavada 2 xörək qaşığı yağ qızdırın. Təmizlənmiş şabalıdı yağa əlavə edib təxminən 3 dəqiqə ərzində qızardın. Üstünə ərik, qavalı və xurmanı əlavə edin və 3 dəqiqə də qızardın. Kişmişi də buraya əlavə edib 1 dəqiqə qızardın. Tavanı kənara çəkin.

4. Xüsusi plov qazanına 10 stəkan su və 2 xörək qaşığı duz qoyun (məndə belə qazan olmadığından mən adi altı-yapışmayan - non-stick qazandan istifadə edirəm). Qaynadın. Düyünü süzün və bu suya əlavə edin. Təxminən 7-10 dəqiqə ərzində arada-bir qarışdıraraq bişirin. Düyünün dadına baxın -hazır düyü bir qədər yarımbişmiş qalmalıdır, yumuşaq olmamalıdır. Düyünü süzün və kənara qoyun.



5. Qazanda 1 xörək qaşığı kərə yağı əridin. Toyuq ətini qazanın dibinə bir lay düzün. Üstünə bir az duz və istiot səpin. Toyuğun üstünə bir lay halqavari doğradığınız soğanı düzün. Qazanın qapağını örtmədən, təxminən 5 dəqiqə ərzində orta odda bişirin. Bu müddət ərzində toyuq və soğanın dadı bir birinə qarışacaq, və ikisi də bir qədər yumuşalacaq.



6. Soğan layının üstünə düyünün yarısını tökün. Hazırladığınız quru meyvələri düyünün üstündən bir lay düzün. Qalan düyünü meyvələrin üstünə töküb, plova konusvari şəkil verin. Plovun üstünə 1-2 xörək qaşığı kərə yağə tökün.

7. Qazanın üstünü əvvəlcə çay dəsmalı ilə örtün, onun üstündən isə qapağını qoyun.



8 . Plovu vam odda təxminən 30 dəqiqə ərzində bişirin. Sonra qapağını açıb düyünün üstünə zəfəran-şirəsi tökün.



9. Yenidən qapağı örtərək, plovu 30 dəqiqə də vam odda bişirin. Bişmiş plov dənə-dənə olmalıdır, toyuğun altı qızarmalı, soğan isə əriməlidir.

10. İri qaba düyü, üstündən isə quru meyvə və toyuq ətini düzüb plovu süfrəyə verin.



NUŞ OLSUN!
Mənbə:AZ Cookbook

ESMERRi | 14 aprel 2016 11:10 | Status: Brilliant user | Şərh: 5 379
Sitat: B.Fereh
Resepti beyenmedim...

Men bawqa cur edirem,inanin yeyenler dadinnan doya bilmir)
B.Fereh | 24 yanvar 2016 12:09 | Status: Nəzarətçi | Şərh: 6 976
Resepti beyenmedim...

Men bawqa cur edirem,inanin yeyenler dadinnan doya bilmir)
dılay | 28 oktyabr 2015 09:30 | Status: Brilliant user | Şərh: 8 184
Sitat: ESMER
Anam həmşə hazırlıyir ölürəm bu aş üçün
ESMER | 24 oktyabr 2015 22:57 | Status: VİP user | Şərh: 817
Anam həmşə hazırlıyir ölürəm bu aş üçün
nuray2007 | 7 dekabr 2014 20:27 | Status: Şərhçi | Şərh: 420
Lezzetli milli xoreklerimize calehem de
Miraj | 6 noyabr 2014 14:23 | Status: Professional user | Şərh: 2 625
dadli..........
fea | 12 sentyabr 2014 16:28 | Status: Gümüş user | Şərh: 1 737
afiyet olsun
N....N92 | 20 iyul 2014 19:11 | Status: Professional user | Şərh: 4 351
qaynanam cox lezzetli demleyir plov twk
Narin-Ulker | 15 iyul 2014 11:54 | Status: Gümüş user | Şərh: 2 748
offfffffff wiwdim
Zulya | 8 iyul 2014 11:28 | Status: Gümüş user | Şərh: 1 640
Plovu sevirem canim
Nergiz love | 1 iyul 2014 14:19 | Status: Professional user | Şərh: 7 871
Sitat: cuci
PLOV-BIZIM TEREFLER BUNA AS DEYIR wink

BIZDEDE
SABINA | 14 may 2014 07:14 | Status: Professional user | Şərh: 7 410
PLOV-BIZIM TEREFLER BUNA AS DEYIR wink
nuray2007 | 9 mart 2014 20:24 | Status: Şərhçi | Şərh: 420
doseme plovu cox sevirem
Meryem_Duyqu | 23 fevral 2014 01:25 | Status: Yazar | Şərh: 4 130
Plovu çox sevirəm
Nigar | 22 fevral 2014 23:29 | Status: Gümüş user | Şərh: 6 063
Sitat: Nursan.
Çox sevdiyim plovdur.Deyilənə görə dadlı bişirirəm :good:

Girl | 1 noyabr 2013 16:10 | Status: Professional user | Şərh: 8 206
tesekkurler
MELEK_ | 2 oktyabr 2013 17:26 | Status: Professional user | Şərh: 3 949
men de hazirlayiram, amma asi o qeder de cox sevmirem
su peerisi | 1 oktyabr 2013 21:21 | Status: Gümüş user | Şərh: 955
Cox sevdiyim yemekdir,tsk.
SULTANIM | 28 sentyabr 2013 14:51 | Status: Ekspert | Şərh: 4 742
Doseme plovu toyuqla hazirlayiram. Super olur. yerivar
NURLU | 28 sentyabr 2013 08:55 | Status: Professional user | Şərh: 5 552
Sitat: ayniska
men de basqa cur bisirirem dadli olur ellerinize sagliq
Vuska.M | 27 sentyabr 2013 02:32 | Status: Qonaq | Şərh: 0
Baho bu ne gozellikdir bele)
indra | 27 sentyabr 2013 00:05 | Status: VİP user | Şərh: 908
Umimyetle plovlari sevirem
Nursan. | 26 sentyabr 2013 23:19 | Status: Gümüş user | Şərh: 1 020
Çox sevdiyim plovdur.Deyilənə görə dadlı bişirirəm good
ayruska | 26 sentyabr 2013 21:51 | Status: Professional user | Şərh: 3 978
eee istedim lap plov indi hardan tapim?
Nurus. | 26 sentyabr 2013 20:54 | Status: Brilliant user | Şərh: 6 982
Şisirdin məni yaaaaaaaaaaa en sevdiyim yeməkdi plov hər gun bisirsəler yeyerem cooooooooooxxxxxxxx sag ol 23_18 meleyim
ayniska | 26 sentyabr 2013 19:46 | Status: VİP user | Şərh: 590
men de basqa cur bisirirem dadli olur ellerinize sagliq
Nazlı_Kız | 26 sentyabr 2013 18:53 | Status: Brilliant user | Şərh: 6 473
ELLERINIZE SALIQ GOZEL GORUNUR
Gunel | 26 sentyabr 2013 17:58 | Status: Professional user | Şərh: 4 087
Her heftenin 4cu gunu evde hazirlanir bu plovdan.Allah haminin ruzisini yetirsin ki,evlerinde qazanlari qaynasin.
Lale | 26 sentyabr 2013 15:34 | Status: Yazar | Şərh: 3 264
plov istedim lap...xowlayiram plovu cox
Princess_93 | 26 sentyabr 2013 14:15 | Status: Brilliant user | Şərh: 5 877
immmmm beh beh beh