Mətbəximiz / Quru yeməklər

Badımcan, Bibər və Pomidor Dolması

Shebi | 23-02-2011, 09:02
18 182 143

                        Badımcan, Bibər və Pomidor Dolması

 



4-6 porsiya üçün nəzərdə tutulub

 

 
Ərzaqlar
6 ədəd kiçik badımcan (təzminən 12 cm uzunluğu, 4 cm diametri olan)
6 ədəd yaşıl Bolqar bibəri
6 ədəd pomidor
duz
istiot
1-2 xörək qaşığı ərinmiş yağ və ya duru yağ


İçi Üçün:
 

4 xörək qaşığı ərinmiş yağ və ya duru yağ
700 g çəkilmiş qoyun və ya mal əti (və yaxud ikisinin qarışığı)
2 ədəd baş soğan - soyulub xırda -xırda doğranmış
1 ədəd yaşıl uzun bibər - xırda doğranmış
doğranmış pomidor içi * (reseptə bax)
1 stəkan xırda doğranmış reyhan
½ stəkan bişmiş ləpə (1/4 stəkan quru ləpəni bir az duz qatılmış suda qaynadıb, bişirin)
zövqə görə duz
zövgə görə istiot
 


1.Əvvəlcə tərəvəzləri hazırlayın.

Badımcan: Badımcanları aşağıda verilən iki üsuldan birini istifadə edərək hazırlayın.


Üsul 1: Badımcanın saplağını kəsin. Bıcaqla “qarnını” kəsin. İri qazanı suyla doldurun və qaynadın. Badımcanları qaynayan suya qoyub təxminən 2 dəqiqə ərzində pörtün. Sudan çıxardın və bir az soyudun. Soyuduğunda, əllərinizlə ovun ki, tumları çıxsın.

 

 

 


Üsul 2: Badımcanları suda pörtmək əvəzinə qızardın. Bunun üçün, əvvəlcə saplağını kəsin. Bıcaqla “qarnını” şəkildə gördüyünüz kimi kəsin. Badımcanları soyuq su və 2 xörək qaşığı duz olan ləyənə qoyub və üstlərini ağırlıqla örtüb 20 dəqiqəliyinə kənara qoyun. Bu, badımcanların acısı çıxması üçün edilir. Acısı çıxan badımcanları sudan çıxardıb, qurulayın. Tavada bol-bol yağ qızdırıb, bu yağda badımcanların hər tərəfini qızardın. Yağdan çıxardıb salfet və ya kağız dəsmal üzərinə qoyaraq yağını süzdürün.

Bibərlər: Bibərlərin saplağını şəkildə gördüyünüz kimi, yumruvari və saplağı bibərdən tamamilə ayırmamaq şərtiylə kəsin. İçinin tumlarını təmizləyin.

 


Pomidorlar: Pomidorların saplağını şəkildə gördüyünüz kimi, yumruvari və saplağı bibərdən tamamilə ayırmamaq şərtiylə kəsin. İçini bıcaq və ya qaşığla oyub çıxardın. Təmizlədiyiniz içi atmayın - bunu ətli iç üçün istifadə edəcəksiniz*

 

2. İndi isə içi hazırlayın. Bunun üçün tavada yağı qızdırın. Əti əlavə edib suyu çəkilənə və qızaranadək r bişirin. Soğanı ətə əlavə edib, birlikdə bir az da qızardın. Doğranmış pomidor* və bibəri əlavə edib, 5 qədidə də bişirin. Oddan kənara çəkin. Göyərtini əlavə edin. İstifadə edirsinizsə, ləpə də əlavə edin. Zövqə görə duz və istiot vurub qarışdırın.

3. Badımcan, bibər və pomidorların içini bir az duzlayıb-istiotlayın. Bİbər və pomidorların “qapaqlarını” örtün. Tərəzəvləri dərin tavaya yığın. Üstünə 2 qaşıq ərinmiş yağ və ya duru yağ tökün. Tavanın qapağını örtüb dolmaları vam odda təxminən 35-40 dəqiqə ərzində bişirin.  

Nuş Olsun!


ESMERRi | 25 mart 2016 13:26 | Status: Brilliant user | Şərh: 5 378
Sitat: dılay
Mende noxud qatiram icine
dılay | 29 fevral 2016 23:26 | Status: Brilliant user | Şərh: 8 183
Mende noxud qatiram icine
sadykhova ulker.... | 9 avqust 2014 11:24 | Status: Şərhçi | Şərh: 300
Nushhhhhhh
SABINA | 14 iyul 2014 14:28 | Status: Professional user | Şərh: 7 410
Sitat: N....N92
bu gun biwirmiwem biz cekilmiw lepe qatmiriq twk

CANIM YEQIN BU XANIM NAXCIVANLIDIR/ONLAR NOXUDA LEPE DEYIR/
N....N92 | 17 iyun 2014 15:33 | Status: Professional user | Şərh: 4 351
bu gun biwirmiwem biz cekilmiw lepe qatmiriq twk
2 kalp | 15 may 2014 11:58 | Status: VİP user | Şərh: 1 280
cox sevirem bu yemeyi indi bisirecem
HESENIM | 8 aprel 2014 23:01 | Status: Gümüş user | Şərh: 1 262
SEVDIYIM YEMEKLERDENDIR
SABINA | 1 aprel 2014 10:29 | Status: Professional user | Şərh: 7 410
men bu yemeyi dadli bisiriem
nuray2007 | 26 mart 2014 11:27 | Status: Şərhçi | Şərh: 420
men bu dolmani sevmirem hec
Sabahım. | 4 mart 2014 22:28 | Status: Professional user | Şərh: 3 359
 6  BADIMCAN  NƏDİR  30 DƏNƏSİNİ  BİŞİRİRƏM.  2  TAVA  BİŞİRİRƏM  ƏN  AZI.EVDƏKİLƏR  SEVİR.
Nara88 | 23 fevral 2014 13:40 | Status: Professional user | Şərh: 4 253
men basqa cure bisirirem,birde icine lepe yox biraz yumru duyu, kinzi ve birazda nane elave edirem lap seper olur
Gulshen. | 19 fevral 2014 12:38 | Status: Qonaq | Şərh: 0
Hamiya nus olsun
Nigar | 18 fevral 2014 17:26 | Status: Gümüş user | Şərh: 6 063
Sitat: Meryem_Duyqu
Sevirəm də bu dolmanı...Ürəyim lap dolma istədi...

Meryem_Duyqu | 16 fevral 2014 20:51 | Status: Yazar | Şərh: 4 130
Sevirəm də bu dolmanı...Ürəyim lap dolma istədi...
Ay_Sun | 12 fevral 2014 19:08 | Status: Brilliant user | Şərh: 13 408
En sevdiyim yemekdir tesekkur
Qanad | 25 dekabr 2013 19:51 | Status: Yazar | Şərh: 4 357
Tesekkurler
Röyamsan. | 23 noyabr 2013 15:16 | Status: Brilliant user | Şərh: 6 102
BELEDE COOX XOWLAMIRAM TEWEKKURLER RESEPT UCUN
ALSU AZERI | 21 noyabr 2013 00:11 | Status: VİP user | Şərh: 511
ET YEMIREM ONA GORE DE SEVMIREM.TSK

MEN ANCAQ ETINI CIXARIB BADIMCANLARINI YEYIREM CUNKI ET SEVMIREM.TSK
AYAN A-VA | 15 noyabr 2013 14:45 | Status: Gümüş user | Şərh: 1 722
TEWEKKURLERRRRRR
ALLEGRETTO | 27 oktyabr 2013 23:01 | Status: Gümüş user | Şərh: 2 218
3 BACI DOLMASI ..COX DADLI, SEVİRƏM YEYİRƏM)) KAFELƏRİN YEMƏKXANALARIN BƏZƏYİ ..AXŞAM VAXTI BU NƏYDİİ ÇIXDI QARŞIMA smile
yalniz arzu | 27 oktyabr 2013 22:55 | Status: Gümüş user | Şərh: 1 759
AZƏRİ XALQININ SEVDİYİ BİR DAD...
Damla A-va | 26 oktyabr 2013 12:42 | Status: VİP user | Şərh: 616
melumat ucun TWK
Nur | 24 oktyabr 2013 09:40 | Status: Professional user | Şərh: 3 988
balalarimin sevimli yemeyi.cox sagolun
Alice | 26 sentyabr 2013 14:22 | Status: Professional user | Şərh: 5 020
BƏYƏNDİYİM YEMƏKDİ.
su peerisi | 15 iyul 2013 19:38 | Status: Gümüş user | Şərh: 955
Beh-beh,bu gun bisirmisem,amma hele yememisem,Iftari gozleyirem.
Wirin20 | 10 iyul 2013 23:13 | Status: Qonaq | Şərh: 0
tewekkurler
Girl | 26 iyun 2013 15:05 | Status: Professional user | Şərh: 8 206
en cox xowladigim yemeklerden biridir.
Hande 18 | 13 iyun 2013 11:52 | Status: Professional user | Şərh: 3 302
Biz her yay edirik.Dadli olur...
Sehri. | 11 iyun 2013 12:57 | Status: Qonaq | Şərh: 0
Hm..Bəh-bəh,canım çekdi.Ən sevdiyim yeməklərdəndir.
nuray23 | 10 iyun 2013 13:50 | Status: Qonaq | Şərh: 0
super mende bele bisiriram ancaq lepe yerine yumru duyude vurmaq olar