Mətbəximiz / Konservləşdirilmiş məhsullar

Ən dadlı, ən gözəl mürəbbələrin sadə hazırlanması qaydaları

Banu. | 27-05-2020, 15:00
1 560 0

Mürəbbəni bişirməyi demək olar ki, hamı bacarır, lakin onun incəliklərini hamı bilmir. Bunu nəzərə alaraq, mürəbbə bişirən qadınlara bəzi məsləhətləri vermək istəyirik: 

• Mürəbbə üçün günəşli isti gündə yığılmış meyvələr götürmək daha yaxşıdır. Çünki yağışlı gündə yığılmış meyvə sulu olur, mürəbbə bişirərkən əriyir. 


• Fikir vermək lazımdır ki, mürəbbə bişiriləcək meyvələr eyni yetişkənlikdə olsun. Yetişməmiş meyvələr bişirilərkən büzüşür və bərkiyir. 


• Suyun tez buxarlanması üçün mürəbbə bişirilən qab alçaq və enli olmalıdır. 


• Mürəbbəni bişirmək üçün 2-4 kq-lıq ləyənlər daha sərfəlidir. Çiyələk və moruq kimi zərif mürəbbələr bundan böyük ləyənlərdə bişiriləndə əzilir və cemə oxşayır. 


• Mis ləyəndə mürəbbə bişirərkən diqqət etmək lazımdır ki, üstündə yaşıl oksidləşmə ləkələri olmasın. 

Mürəbbənin hazırlanma qaydası: 


Əvvəlcə şirə hazırlanır: ləyənə şəkər və su tökülür (şəkərin nisbəti və meyvə hər mürəbbə üçün aşağıda ayrıca göstəriləcəkdir) və tam əriyənə qədər qaynadılır. Sonra şirəni odun üstündən götürüb meyvələri ehmallıca ləyənə töküb, onu 30-40 dəqiqə qaynatmaq lazımdır. Mürəbbə ilk 5-10 dəqiqə ərzində zəif odda qaynadılmalıdır ki, meyvə çox köpük verməsin. Odu sonra yenə də artırmaq olar. 


Mürəbbə bişirilərkən əmələ gələn köpüyü tez-tez dərin boşqaba yığmaq lazımdır ki, köpüyün altında yığılan şirəni yenidən ləyənə boşaltmaq mümkün olsun. Əgər köpük qalarsa, mürəbbə sonradan qıcqıra bilər. 
Mürəbbə bişirərkən meyvələr büzüşməsin deyə, arada 8-10 saat fasilə verməklə və odun üzərində hər dəfə 5-7 dəqiqə bişirməklə, 2-3 dəfəyə hazır etmək olar. Belə etdikdə, qaynama azalar və meyvə şirəni özünə yaxşı çəkər. 
Heyva və armud mürəbbəsinə azca limon turşusu qatmaq yaxşıdır (1 kq şəkərə 1/4 çay qaşığı limon turşusu). Limon turşusunu qatmazdan əvvəl bir qədər suda əritmək lazımdır. 

Mürəbbənin bişdiyini aşağıdakı qaydada təyin etmək olar: 


• Meyvə və giləmeyvə bişərkən üzə çıxmır və şirənin içində eyni bərabərdə yayılır
• Barmaqlar arasında sıxılan bir damcı şirə barmaqları aralayarkən qopmur, sap kimi dartılır 
• Nəlbəkiyə tökülmüş bir damcı şirə yayılmır, formasını saxlayır;
• Bir çox meyvə və giləmeyvələr bişəndə (alma, heyva, ərik, gavalı) şəffaflaşır. 
Mürəbbə bişdikdən sonra aşağıdakı məsələlərə diqqət etmək lazımdır: