Mətbəximiz / Konservləşdirilmiş məhsullar

Sarımsaqlı Yaşıl pomidor bağlaması

Banu. | 24-09-2016, 09:00
3 416 2

 

Yaşıl pomidorlar qırmızıdan daha dadlı alınır.
İndi hər yerdə yaşıl, bərk pomidorlar adama gəl-gəl deyir. Siz də onlardan yan keçməyin.

 

Ərzaqlar:

Yaşıl pomidor – 3 kq.
Sarımsaq – 5 diş
Cəfəri -1 dəstə
Şüyüdün baş hissəsi
Qara istiot
Şəkər tozu – 3 x.q.
Duz – 2 x.q.
Dəfnə yarpağı
70%-li essensiya – 1 ç.q.

 

Hazırlanması:

Pomidorlar təmiz yuyulur, suzu süzülür. Sarımsaqlar təmizlənir. Pomidorlar ortadan bıçaqla xaç kimi çəpinə kəsilir. Sarımsaqlar 3 yerə bölünür. Göyərtilər yuyulur və doğranılmır. Sadəcə ucları gövdəsindən ayrılır. Pomidorların içi çərtilmiş yerinə sarımsaq və göyərtilər doldurulur. Təmiz sterilizə olunmuş bankalara şüyüd, 3 qara istiot dənəsi, dəfnə yarpağı atılır. Pomidorlar yığılır. Üzərinə qaynar su tökülür, qapağı bağlanır. 20 dəqiqə sonra su süzülür, təzə qaynar su əlavə olunur. Yenə süzülür.
Ayrıca qazana 1 litr su alınır, 2 xörək qaşığı duz, 3 xörək qaşığı şəkər, 1 çay qaşığı sirkə essensiyası qatılır və qaynadılır. Bankalara tökülüb, qapağı bağlanır. Odeyala bükülüb, 12 saat saxlanılıb soyudulur. Sonra sərin yerdə qışa saxlanılır.

 

 


Ətrabə | 24 sentyabr 2016 18:05 | Status: Şərhçi | Şərh: 29
menim mamam da qeweng worabalar bagliyir.
B.Fereh | 24 sentyabr 2016 17:21 | Status: Nəzarətçi | Şərh: 6 975
OLUREMDE BU WORABADAN OTRU, yum SECILMIWLERDE SAXLADIM.bIR AZDAN TAM VAXTIDI.