Mətbəximiz / Konservləşdirilmiş məhsullar

Limonlu-zəncəfilli konfitür resepti

Dəniz qızı | 3-09-2016, 09:00
1 463 1

 

Tərkibi:
3 iri limon 
6 sm orta qalınlıqda zəncəfil kökü
2 st. şəkər tozu

Hazırlanması:
Limonları tərtəmiz yuyun, uclarını kəsib uzunasına dörd bölün, sonra bunları da nazik dilimləyin. 

Zəncəfili fal-fal, sonra isə saman kimi doğrayın. 

Zəncəfilin üzərinə limonu və şəkər tozunu səpib bir gecə saxlayın. 

Sabahı gün ocağın üstə qoyun. Qaynara düşəndən sonra 5 dəqiqə bişirin. Soyudun. Prosesi 3-4 dəfə təkrarlayın. Limon dilimləri şəffaflaşıb, şirəsini boşqaba damladanda axmırsa, hazırdır. 

Bankalara yığın.