Mətbəximiz / Konservləşdirilmiş məhsullar

Ev şəraitində narşərabın hazırlanması

Banu. | 8-11-2015, 09:00
11 157 12
 

 
Narşərab Azərbaycan mətbəxinin milli kulinariya markası hesab edilir. Narşərab sözü iki sözdən ibarətdir: "nar” və "şarab”. Bu sous nar şirəsindən hazırlanır və əksər hallarda balıq və ət yeməkləri ilə ədviyyat kimi istifadə olunur, xüsusən isə kabab ilə əla dad verir. Narşərabın sayəsində yeməklər yüngül turşməzə tam əldə edirlər.

Bir çox dükanlarda hazır qablaşdırılmış maddələr "narşərab” adı ilə satılsalar da, əslində ev şəraitində hazırlanmış narşərab ilə onların heç bir əlaqəsi yoxdur. Onlar nə rəngi, nə tamı, nə konsistensiyası ilə bir-birlərinə oxşar deyillər
 
Narşərabın hazırlanma qaydaları

Əvvəlcə narı təmizləyib dənlərini iri qazana yığmaq lazımdır. Qazanı oda qoyub, vaxtaşırı qarışdıraraq nar dənələrini əzmək lazımdır. Bu zaman taxta qaşıqlardan istifadə etməyiniz məsləhətdir, çünki narın turşusu metal cihazlarla reaksiyaya daxil olacaq. Dənlərdən ayrılmış tumlar ağaranda artıq odu söndürə bilərsiniz. Şirəni süzüb təkrar atəşə qoymaq və onun yanmaması üçün vaxtaşırı onu qarışdırmaq lazımdır. Qarışıq tam qatılaşana kimi narşərabı qaynatmaq lazımdır. Hazır olana yaxın odu söndürüb qarışığın üzərinə bir az duz əlavə edin.

Hazır narşərabı soyuq yerdə saxlamaq lazımdır. Bir kiloqram nar dənlərindən təxminən 250-300 ml narşərab hazırlamaq olur.

Nuş olsun!.


Yagis_Negmesi | 25 noyabr 2015 23:25 | Status: Gümüş user | Şərh: 1 614
cox dadli olur cox sevirem
Ay_Sun | 13 noyabr 2015 19:08 | Status: Brilliant user | Şərh: 13 408
Sitat: Elcin sangu........
tez tez hazirliyiram tewekkur

Mende
SEVDA | 9 noyabr 2015 20:45 | Status: Nəzarətçi | Şərh: 17 439
Hazırını alıram marketlərdən.özüm heç xoşlamıram.
Elcin sangu........ | 9 noyabr 2015 17:46 | Status: VİP user | Şərh: 631
tez tez hazirliyiram tewekkur
milashka_167 | 9 noyabr 2015 14:55 | Status: VİP user | Şərh: 1 452
Bunu baldizim yaxsi edir.mende hazirlamamişam.bizimcunde o edir
gece-gunduz | 9 noyabr 2015 14:34 | Status: Gümüş user | Şərh: 1 720
baliqla yaxşı olur
Mister Elyana | 8 noyabr 2015 17:40 | Status: Şərhçi | Şərh: 378
Tez tez hazirlayiram.twk.
buxqalter | 8 noyabr 2015 14:11 | Status: VİP user | Şərh: 1 212
Maraglidi hazirlayacam gorum alinacag.....tewekkurler
B.Fereh | 8 noyabr 2015 13:16 | Status: Nəzarətçi | Şərh: 6 975
Goycaylilara ewq olsun! Menim qaynanam bele weylerin ustasidi)
dılay | 8 noyabr 2015 11:43 | Status: Brilliant user | Şərh: 8 183
Eziyyetli iwdi
Əsmər1 | 8 noyabr 2015 10:38 | Status: VİP user | Şərh: 1 584
Mən əvəl narı qaydadıram aşsüzənən keçirirəm bir buğum qaynadıb şüşə qablara doldururam dadlı olur
ESMERRi | 8 noyabr 2015 09:49 | Status: Brilliant user | Şərh: 5 378
Biz həmşə evdə hazırlayıriq .təşəkkür