Mətbəximiz / Konservləşdirilmiş məhsullar

Qarışıq kələm turşusu

Banu. | 12-09-2017, 09:00
12 415 1
Qarışıq kələm turşusu

Tərkibi:

-1 baş kələm
-1 kilo turşuluq xiyar
-1 kilo göy pomidor
-1 kilo yer kökü
-yarım kilo yaşıl bibər
-200 qram sarımsaq
-1 dəstə cəfəri
-1 dəstə kərəviz (myanxur) yarpağı
-1 stəkan sirkə
– acı bibər, duz
-1 litr suya 1 çay qaşığı şəkər tozu

Hazırlanması:

Bütün bu tərəvəzləri yuduqdan sonra, istədiyiniz böyüklükdə doğrayın. Böyük bir qabın içində qarışdırın. Sonra bu tərəvəzləri sıra ilə bankaya yığın. Ayrı bir qabda su ilə duzu qarışdırın( 1 litr suya 5 xörək qaşığı duz).
Hazırladığınız suyu tərəvəzlərin üstünə tökün. Sirkəni və şəkər tozunu əlavə edin. Ağzını möhkəm bağlayın. Turşu hazır olana qədər ağzını açmayın. Təxminən bir həftə sonra turşunu yoxlayın.

Nuş olsun!