Mətbəximiz / Konservləşdirilmiş məhsullar

Turşuya qoyulmuş bolqar bibəri

Dəniz qızı | 31-08-2016, 09:00
3 793 12
 

 
Tərkibi:
bolqar bibəri
baş soğan
sarımsaq
bitki yağı
alma sirkəsi
keşniş toxumları
şüyüd
keşniş
duz
istiot
 
 


Hazırlanması:
1. Ərzaqlar hazırlanır.

2. Turşu üçün bolqar bibəri alındıqda, daha qalın və ətli olanlar seçilməlidir. Bibər yuyulur, toxumlarından təmizlənir və iki yerə kəsilir. Soğan, sarımsaq və göyərti həmçinin yuyulub təmizlənir. Keşnişin həm toxumlarından həmdə göyərtisindən istifadə ediləcək.

3. Qaynadılmış qaynar duzlu suya bibərləri salıb 3 dəqiqə saxlayırıq.

4. Bibərləri qazandan çıxarıb boşqaba qoyuruq. Soyuyandan sonra bibərlər uzun dilimlərə kəsilir. Soğan, sarımsaq və göyərti həmçinin doğranılır.

5. Turşu saxlanılan boşqabın dibinə doğranmış soğan, sarımsaq, keşniş və şüyüd tökülür. Duz və istiot əlavə edilir, keşniş toxumları səpilir. Bunların üzərinə bibər düzülür.

6. Bibər duzlanır, istiot vurulur, keşniş toxumları ilə səpilir. Birdaha üzərinə soğan, sarımsaq və göyərti qatı əlavə edilir.

7. Eyni miqdarda alma sirkəsi və bitki yağı əlavə edilir.

8. Bibərlər bitməyənə qədər ardıcıl olaraq qatlar təkrarlarnır. Üst qatı turşu ilə azacıq örtülür.

9. Boşqab bağlanıb bir neçə saatlıq soyuducuya yerləşdirilir. Artıq bir neçə saatdan sonra bibərlər istifadəyə hazır olur.

Dəniz qızı | 1 sentyabr 2016 21:13 | Status: Brilliant user | Şərh: 8 017
Sitat: Dəniz qızı
Mən eləmişəm bolqar bibəri,əla olur.
B.Fereh | 31 avqust 2016 13:27 | Status: Nəzarətçi | Şərh: 6 975
Boyreklerime pis tesir etsede,butun nov turwulari sevirem.
Yagis_Negmesi | 25 noyabr 2015 23:26 | Status: Gümüş user | Şərh: 1 614
sevirem bu turwunu dadli hazirlayiram ozumde
Ay_Sun | 7 noyabr 2015 13:18 | Status: Brilliant user | Şərh: 13 408
Cox sevirem bu tursunu tesekkurler.
Əsmər1 | 22 oktyabr 2015 16:36 | Status: VİP user | Şərh: 1 584
Təşəkkürlər
esma inci | 21 oktyabr 2015 23:49 | Status: Gümüş user | Şərh: 1 096
Sitat: buxqalter
Dadli gorunur.tewekkurler
buxqalter | 21 oktyabr 2015 21:46 | Status: VİP user | Şərh: 1 212
Dadli gorunur.tewekkurler
SEVDA | 21 oktyabr 2015 16:01 | Status: Nəzarətçi | Şərh: 17 439
Bolqar bibərindən badımcan turşusu kimi etmişəm.bitki yağsız.bundan da gələn yay prob edərəm,tşk...
Meley... | 21 oktyabr 2015 14:08 | Status: VİP user | Şərh: 696
beh beh ne gozel
men toyugnan salatini cox edrem xosluyuram
gece-gunduz | 21 oktyabr 2015 12:15 | Status: Gümüş user | Şərh: 1 720
xoşlamıram
dılay | 21 oktyabr 2015 11:00 | Status: Brilliant user | Şərh: 8 183
Inwallah qaldi gelen yaya. Atdim secilmiwlere
Dəniz qızı | 21 oktyabr 2015 09:40 | Status: Brilliant user | Şərh: 8 017
Mən eləmişəm bolqar bibəri,əla olur.