Mətbəximiz / Konservləşdirilmiş məhsullar

Sterlizə olunmayan konservləşdirilmiş xiyar turşusu(fotoresept)

Aytekin82 | 2-10-2016, 09:00
4 581 1


 Yəqin ki, marketlərdə satılan "kornişon” xiyar turşusunu hamı sevə-sevə alır və istifadə edir. Amma bunu evdə hazırlamağın öz aləmi var. Öz zövqünə uyğun olanı kim istəməz ki...
Sizlərlə tez hazırlanan, sterlizə olunmayan konservləşdirilmiş xiyar turşusunun reseptini paylaşıram.
Resept 700-800 qramlıq bir banka üçün nəzərdə tutulmuşdur.

Vəsaitlər:
Xırda xiyarlar (təxminən 400qr)
2 diş sarımsaq
2-3 ədəd dəfnə yarpağı
1 ədəd qıtıqotu (xren) yarpağı
1 quru şüyüd "çətiri”
2-3 ədəd kərəviz
3-4 ədəd qara istiot 
1 x.q. duz
1 x.q. şəkər
1 x.q. sirkə cövhəri

Hazırlanması:


Əvvəlcə xiyarlar 5-6 saatlığa soyuq suda saxlanır. Sonra sudan çıxarılıb təmiz yuyulur və saplağı kəslib, suyu çəkilmək üçün qaba yığılır. 

 


Təmiz yuyulub qurulanmış bankanın dibinə ədviyyatlar yığılır. Saımsağı 2-3 yerə də bölmək olar.
 



Sonra xiyarlar cərgə ilə sıx olaraq bankaya yığılır.
Üstündən şəkər və duz tökülür və ağzına qədər qaynar su tökülərək qapağı qoyulur.


 
Təxminən 10-15 dəqiqədən sonra bankadakı su bir qazana tökülür və qaynayana qədər qızdırılır, yenə bankaya tökülür. Bu proses 3 dəfə təkrar olunur. 3-cü dəfə şoraba bankaya töküldükdə 1 x.q. sirkə cövhəri əlavə edilir və qapaq kip bağlanır. Bankalar başıaşağı çevrilərək soyumağa qoyulur.

 P.S. Bankanı dəmir qapaqla da başlamaq olar, "rezbalı” qapaqdan da istifadə etmək olar.