Mətbəximiz / Konservləşdirilmiş məhsullar

Kələm ilə doldurulmuş bibər

SEVDA | 6-09-2017, 09:00
701 16

 
Tərkibi:

35-40 ədəd şirin bibər 
3-3,5 kq kələm 
1 acı istiot
2 yerkökü 
13 diş sarımsaq
göyərti - şüyüd, cəfəri
 
Hazırlanması:

Şirin bibərin toxumlarını təmizləyib hissə-hissə qaynayan suya salaraq 5-7 dəqiqə saxlayın. Sonra çıxarıb soyudun.

Kələmi xırda doğrayın, xırdalanmış göyərti, sürtgəcdən keçirilmiş yerkökü, sarımsaq və acı istiotla (zövqə görə sonuncuların qədərini artıq etmək olar) qarışdırın. Azca duz vurub bibərlərin içini doldurun, bankalara yığın.

Marinad üçün olan ərzağı qarışdırıb qaynadın. Bibərlərin üstünə tökün.

Bankaların ağzına qapaq qoyub sterilizə edin: 2-litrlik bankaları 30, 1-litrlik bankaları isə 20 dəqiqə qaynatmaq lazımdır.

Sonra qapaqlarını bağlayın, tərs çevirib tam soyuyunca belə saxlayın. Sonra düz çevirib soyuq yerdə saxlayın.

Nuş olsun!



info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.

  1. Yagis_Negmesi | 25 noyabr 2015 23:32 | Status: Gümüş user | Şərh: 1 621
    cox xosum gelir bu turwudan tesekkurler
  2. Dəniz qızı | 4 avqust 2015 14:30 | Status: Brilliant user | Şərh: 8 054
    Çox sevirəm bunu,atdım seçilmişə.
  3. Ay_Sun | 2 avqust 2015 23:01 | Status: Brilliant user | Şərh: 13 432
    Sitat: SEVA
    beh beh seviremde bele seyler tesekkurler
  4. Guler_İsmayılova | 2 avqust 2015 18:37 | Status: Şərhçi | Şərh: 324
    Gozel ferqli fikirdi. Worabalari da cox sevirem
  5. BULUTUM | 2 avqust 2015 16:28 | Status: Professional user | Şərh: 7 412
    Tewekkurler
  6. SEVDA | 2 avqust 2015 01:22 | Status: Nəzarətçi | Şərh: 17 483
    Girl bacı marinadın resepti de vardı axı.....

    Marinad üçün:
    1 l su
    2 x.q. duz
    1 x.q. şəkər tozu
    0,5 st. bitki (günəbaxan)
    yağı 0,5 st. 9%-li sirkə
  7. Elcin sangu | 1 avqust 2015 17:46 | Status: Şərhçi | Şərh: 238
    Biz elemisik
  8. SEVA | 31 iyul 2015 23:34 | Status: Professional user | Şərh: 5 156
    beh beh seviremde bele seyler tesekkurler
  9. Nara88 | 31 iyul 2015 19:17 | Status: Professional user | Şərh: 4 257
    cox dadli olur ,tskler
  10. Elcin sangu | 31 iyul 2015 17:07 | Status: Şərhçi | Şərh: 238
    Tewekkurler
  11. MasumAşk | 31 iyul 2015 16:16 | Status: Şərhçi | Şərh: 244
    Marinad nədir xaiş edirəm necə hazırlanır yazın
  12. Sariwka1 | 31 iyul 2015 11:45 | Status: VİP user | Şərh: 1 778
    Sitat: Aytekin82
    Aaaaaa Biz bunun payızda şorabasın edirik. Bilmirdim, beləsini..
    Getdi seçilmişlere
  13. Meryem_Duyqu | 31 iyul 2015 10:34 | Status: Yazar | Şərh: 4 132
    Əllərinizə sağlıq.
    Bəs üzərinə əlavə edəcəyimiz marinad necə hazırlanır?
  14. gül həyat | 31 iyul 2015 09:53 | Status: VİP user | Şərh: 548
    Əla çox bəyəndim.Teşəkürlər.
  15. Real Madrid CF | 31 iyul 2015 09:28 | Status: Qonaq | Şərh: 0
    Hazir satillarda birde ozumuze niue eziyyet verek:)
  16. Aytekin82 | 31 iyul 2015 09:19 | Status: Brilliant user | Şərh: 6 593
    Aaaaaa Biz bunun payızda şorabasın edirik. Bilmirdim, beləsini..
    Getdi seçilmişlere