Mətbəximiz / Konservləşdirilmiş məhsullar

İçi doldurulmuş bolqar bibərinin duza qoyulması

Aytekin82 | 5-10-2016, 09:00
10 928 31

 
Saytdan xahiş etmişdilər ki,  bibərin turşuya qoyulması qaydasını yazım. Bizdə bu turşu yeyilmədiyindən mən qoymuram... :feel:
Bunun reseptini bibimdən öyrəndim və qərara aldım ki, bunu xəbər şəklində yazım...  :winked:
 
Təxminən 1 balon bibər turşusu qoymaqçın
 2 kq yaşıl bolqar bibəri
0,5 kq kələm
100 qr acı istiot
100-150 qr sarımsaq (3-4 baş)
2 dəstə cəfəri
2 dəstə nanə
duz və sirkə cövhəri 
götürülür.

Hazırlanması:
Bibərlər təmiz yuyulur və saplağı kəsilir, içi təmizlənir. İri qazanda qaynar duzlu suda 3-4 dəqiqə pörtlədilir və aşsüzənə tökülür.
Bibərlər soyuyunca içlik hazırlanır. Kələm və acı istiot çox nazik doğranır. Sarımsaq təmizlənib əzilir və göyərti də doğranıb bir qabda qarışdırılır. Bu içliyə təxminən 1 xörək qaşığı duz əlavə edilir.
Sonra pörtlənmiş bibərlərin içi qarışıqla doldurulur və səliqə ilə balona yığılır. Üstünə duzlu sirkəli su tökülür və kapron qapaqla bağlanıb sərin yerə qoyulur.
Duzlu-sirkəli suyu hazırlamaq üçün 3 litr qaynadılmış və soyudulmuş suya 3 dolu xörək qaşığı duz və 2 x.q. sirkə cövhəri tökülür və qarışdırılır.
Bibərin içini doldurmaq istəməyənlər isə sadəcə pörtlədilmiş bibərləri səliqə ilə balona yığmalı, aralarına 2-3 ədəd bir neçə yerə bölünmüş acı istiot, dilimlənmiş sarımsaq, iri doğranmış cəfəri, kərəviz və nanə qoyaraq, üstünə duzlu -sirkəli su töküb ağzını kapron qapaqla bağlayıb sərin yerə qoymalı...


qeribler | 5 oktyabr 2016 11:51 | Status: Qonaq | Şərh: 0
cox sevdiym turwu
ESMERRi | 14 aprel 2016 20:04 | Status: Brilliant user | Şərh: 5 378
[quote=Yagis_Negmesi][quote=ŞehZam]Of ən çox sevdiyim turşu....şişdim lap. mende hazirladim bu il bele[/quote]
Yagis_Negmesi | 25 noyabr 2015 23:37 | Status: Gümüş user | Şərh: 1 614
[quote=ŞehZam]Of ən çox sevdiyim turşu....şişdim lap. mende hazirladim bu il bele
Sunay Elizade | 22 may 2015 09:00 | Status: Gümüş user | Şərh: 2 156
sevmirem amma tsk
ayka wirinka | 18 mart 2015 13:22 | Status: Şərhçi | Şərh: 233
sevmirem biber icliyin
my life is music | 2 fevral 2015 15:27 | Status: Gümüş user | Şərh: 736
nese gozum su icmir love love
SABINA | 6 oktyabr 2014 11:12 | Status: Professional user | Şərh: 7 410
bu icliyi sadece sevirem.ne bibere ne badimcana yigilanda yemirem icini yeyirem qabi qalir 0116
dream reality | 12 sentyabr 2014 14:55 | Status: Professional user | Şərh: 1 449
Tewekkurler...
sadykhova ulker.... | 11 sentyabr 2014 23:57 | Status: Şərhçi | Şərh: 300
Beh beh istedim lap gerey mamaya deyim gondersin teshekurrler
Aytekin82 | 11 sentyabr 2014 15:50 | Status: Brilliant user | Şərh: 6 587
Sitat: GUN 22

derdimnen olenin dalinca qacmirame baci kohne pesem meni sevene yox deyirem sevmeyene he /amma saimsaq kisi adamdi /sebeb kisi kimi hec kimi beyenmirde amma hami onu yeyir hetta sevenlerde var 0122

oda cox dedi bas sarimsaq geldiki ogluma qiyma dedim sen get kecen defe pomidorun yanininda sonra basqa yerde indi mene sevirem deyir lazim doyu/faydasini versun sevgilisine men kusem onunla artiq nece iildi 0116


Canın yanmasın, güldürdün məni... Öpdüm əvəzində 0109 0109 0109
SEVDA | 11 sentyabr 2014 10:44 | Status: Nəzarətçi | Şərh: 17 439
Men de prob edim gerek.....twk
2 kalp | 11 sentyabr 2014 10:37 | Status: VİP user | Şərh: 1 280
TESEKKURLER AYTEKIN XANIM
Ag Gul | 11 sentyabr 2014 10:00 | Status: Professional user | Şərh: 4 333
Təşəkkürlər
ŞehZam | 11 sentyabr 2014 01:43 | Status: Professional user | Şərh: 2 577
Of ən çox sevdiyim turşu....şişdim lap. Mama bu il edə bilmədi(((
fea | 10 sentyabr 2014 23:40 | Status: Gümüş user | Şərh: 1 737
bunnan mamam uje eleyib
ehtibar | 10 sentyabr 2014 21:52 | Status: Gümüş user | Şərh: 2 547
maraqlidir xanimlar yadda saxliyin
Röyamsan. | 10 sentyabr 2014 20:03 | Status: Brilliant user | Şərh: 6 102
Bizdə Mamam bu turşudan hazırlıya bilmir. Amma qaynanam hazırlamışdı. Həm Sevgi gilə vermişdi həmdə bizə göndərmişdi. winked
Ay_Sun | 10 sentyabr 2014 15:23 | Status: Brilliant user | Şərh: 13 408
Men cox sevirem bu tursunu.Her il hazirlayiram.2gundurki,badimcanla etmisem tursunu.Paylasdigin ucun cox tesekkur Aytekin baci.
Girl | 10 sentyabr 2014 14:35 | Status: Professional user | Şərh: 8 206
Tesekkurler Aytekin baci biz ici doldurulmus badimcan qoymuwuq tesekkur resepte gore))
Aytekin82 | 10 sentyabr 2014 13:48 | Status: Brilliant user | Şərh: 6 587
Sitat: birdane
Aytekin xala minnetdaram resepti yazdiginiza gore qonaq getdiyimiz evde yemisdim dadli olurdu bilmirdim nece hazirlayirlar sayenizde oyrendim tesekkurler


Canım Birdanem, bu xəbəri məhz senin isteyinle hazırladım. öyrendiyinə məmnun oldum.
0109

Canlarım mənim, kim eliyibsə ağız şirinliyiynən yeyəsiz. Qaldı ki, pörtdətməyə bibim dedi ki, pörtdədəndə bankaya çox yığılır, yumşaq olduğuyçun... Yoxsa elə də fərq eləmir love

Sitat: GUN 22
biz uje yeyirike bu turwunu /amma zehlem geidrde bu nedi sarimsaga nifret edirem/duzdu kecen defe sarimsaq dediki ollem senincun amma men nifret edirem/yeni sarimsaq qarsiliqsiz esq yasayir 0122


Can, səni qınamıram ki... Zatən bizim xasiyyətimizdi elə bizimçin ölənlərə "otval" verməy... wink
Kız necə kıyarsan o cür sevgiyə və sevgiliye...
həə indi noolsun ki, bir azca qoxusuna dözmək olmur, amma gör nə qədər faydası var... 0110 0120
Billurə | 10 sentyabr 2014 13:29 | Status: Professional user | Şərh: 4 892
En xowladigim turwulardan biridir) Anam iki banka qoyub bu il insallah qisda yeyecem) Tesekkurler xebere gore)
birdane | 10 sentyabr 2014 12:50 | Status: Professional user | Şərh: 3 726
Aytekin xala minnetdaram resepti yazdiginiza gore qonaq getdiyimiz evde yemisdim dadli olurdu bilmirdim nece hazirlayirlar sayenizde oyrendim tesekkurler
SEVA | 10 sentyabr 2014 12:49 | Status: Professional user | Şərh: 5 150
cox sevirem mende etmisdim ama portdetmirem ve gorunusu cox gozel olur dadina da soz ola bilmez ellerinize sagliq tesekkurler
Mmmm cox dadli olur.qaynanam hazirlayir mende orgenmisem.cox lezzetlidi.TEWEKKURLER
NURLU | 10 sentyabr 2014 11:34 | Status: Professional user | Şərh: 5 552
Aytekin baci mende dediyin kimi edirem her seyi amma portdetmirem bunun ferqi var??portdetmediyim ucun sekildeki i kimi buzusmur.olduqu kimi durur.
SULTANIM | 10 sentyabr 2014 11:19 | Status: Ekspert | Şərh: 4 742
Bizde bele edirik. Tesekkur Aytekin.
Gülçin | 10 sentyabr 2014 11:00 | Status: Brilliant user | Şərh: 6 780
Aykam, aqiz sirinliyi ile yeyin. Ele men de bele qoymusam.
azerin f. | 10 sentyabr 2014 10:56 | Status: VİP user | Şərh: 1 068
Men de gerek hazirlayam.Tesekkurler smile
Gulshen. | 10 sentyabr 2014 09:31 | Status: Qonaq | Şərh: 0
men hazirlamisam coxdan indi yeyirik,ama men kok,qurumus suyud,sirkesiz hazirlayiram twk
BULUTUM | 10 sentyabr 2014 09:11 | Status: Professional user | Şərh: 7 387
Twk.bilirdim yenede sag ol.