Mətbəximiz / Kompot, kokteyllər

Ətirli, faydalı və sərinləşdirici Çiyələk limanadını özünüz hazırlayın

ESMERRi | 13-06-2016, 09:00
1 980 1


 

Çiyələk limonadı


Tərkibi :


400 ml su

70-90 q şəkər tozu

150 q çiyələk

1 limonun qabığı

100 ml limon şirəsi 

nanə

bəzək üçün çiyələk və limon dilimləri 

buz

 

Hazırlanması:


Şəkər tozu, limon qabığı və suyu qazana tökün. Şəkər tozu əriyənədək bişirin. Soyudub süzün. 

Çiyələyi təmizləyib blenderdə xırdalayın. Limon şirəsi əlavə edib süzün. Soyumuş şərbəti əlavə edib qarışdırın, stəkanlara süzün, buz, nanə yarpaqları, çiyələk və limon dilimləri əlavə edin. 

(Limonla şəkər tozunu qədərini zövqə görə ayarlaya bilərsiniz)


Nuş olsun!