Mətbəximiz / Kompot, kokteyllər

Ev şəraitində asanlıqla əsil Çiyələkli Dondurmanın hazırlanma qaydası

FLOVERandGİRL | 31-05-2016, 09:00
3 409 4

 


 


 

Asan Çiyələkli Dondurma

Təqribən 6 porsiya

Ərzaqlar:

 

3 stəkan təzə çiyələk 
1 stəkan şəkər tozu
2 stəkan soyuq yağlı qaymaq
2 stəkan soyuq tam yağlı süd

 

Hazırlanma Qaydası:

Çiyələkləri yuyun və təmizləyin. Çiyələkdən 2 stəkan götürüb  blenderdə pure halına salın. Qalan çiyələkləri isə xırda-xırda doğrayın. (Əgər çiyələklər çox yetişibsə və yumşaqdırsa siz sadəcə olaraq onların hamısını ya çəngəllə, ya da kartof əzənlə əzib həm şirə, həm də kiçik yumşaq parçalar əldə edə bilərsiniz.)

İri dərin qabda çiyələk püresini şəkərlə qarışdırıb əllə çalın. Suyu ilə birlikdə doğranmış çiyələkləri, yağlı qaymağı və südü əlavə edin. Qarışdırın.

Qarışığı dondrmadüzəldəninizin buzxana qabına töküb istehsalçının verdiyi təlimata görə hərəkət edin.

Əgər dondurma maşınınız yoxdursa qarışığı qapaqlı möhkəm qaba töküb buzxanaya qoyun. Bir saatdan sonra buzxanadan çıxarıb bir neçə dəqiqə yumurtaçalanla, yaxud elektrik əl mikseri ilə kənarlarındakı buzu qırmaqla çalın. Qapağını örtüb yenidən buzxanaya qoyun. Bunu daha 2-3 dəfə təkrar edin və dondurmanı tamamilə donmaq üçün buzxanada saxlayın. Bu proses krem teksturalı dondurma əldə etməyə imkan verəcək.

Nuş Olsun!

 

 


 


guldeniz | 31 may 2016 21:26 | Status: Professional user | Şərh: 1 641
tewekurler dadli gorunur
SEVDA | 31 may 2016 14:05 | Status: Nəzarətçi | Şərh: 17 439
Evde hazırlamağa adam tenbellik edir.hazır satılanlar da ziyanlıdır.terkibi konservantlardan ibaretdir.
Bunu gerek prob edim.twk reseptcun...
dılay | 31 may 2016 10:07 | Status: Brilliant user | Şərh: 8 183
Beh,beh......
Dəniz qızı | 31 may 2016 09:13 | Status: Brilliant user | Şərh: 8 017
Elə hazırın alaramda...