Mətbəximiz / Kompot, kokteyllər

Ev şəraitində limonadın hazırlanması

Aytekin82 | 22-08-2015, 13:30
2 605 8

 
 
Yayın dözülməz istilərində sərinləmək üçün sərinləşdirici içkilərsiz keçinmirik.  Düzdür marketlərdə müxtəlif çeşidlərdə sərinləşdirici içkilər satılır. Amma ev şəraitində ekoloji təmiz, qatqısız içki hazırlamaq hər qadının seçimi olmalıdır.
Sizlərlə tez hazırlanan və faydalı bir limonadın reseptini paylaşıram.

Lazım olan vəsaitlər:
3 ədəd portağal
1 ədəd limon
10 litr su
Şəkər zövqə görə
1 dəstə reyhan

Hazırlanması:


Portağal və limon təmiz yuyulur və dilimlənərək polietilen torbaya yığılır, ağzı bağlanır. Soyuducunun buzxanasında 5-6 saat saxlanır. Ən yaxşısı bunu gecədən edib səhərədək gözlətməkdir. Nəticədə donmuş meyvələrin qabığı acılığını itirir.
Buzxanadan çıxarılmış meyvələri donu azacıq açılan kimi ət çəkən maşından keçirilir.


Alınmış pürenin üstünə 10 litr qaynanmış otaq temperaturunda su tökülür və 1-1,5 saat saxlanır. 
Sonra 2qat tənzifdən süzülür. Butılkalara yığılır və soyuducuya qoyulur. 
Reyhan təmizlənir və yuyulur, bir şüşə çaynikə qoyulur və üstünə 1 ct. qaynar su tökülür.
Otaq temperaturunda soyudulur. 


Reyhan dəmləməsinin üzərinə 1-1,5 litr soyuq limonad tökülür və dadlı, ətirli limonadımız hazırdır.

Nuş olsun!
 
 

 

B.Fereh | 25 iyun 2016 23:14 | Status: Nəzarətçi | Şərh: 6 975
Tewekkurler,resepti beyendim.
Yagis_Negmesi | 28 noyabr 2015 13:52 | Status: Gümüş user | Şərh: 1 614
Bilirdim bunu tesekkurler
cesur kiz | 26 noyabr 2015 21:29 | Status: Şərhçi | Şərh: 115
men llimondan ist etmirem.alinma limon suyunu pesokla qarisdirib su elave edirem .oldu limonad.
Ay_Sun | 28 avqust 2015 12:46 | Status: Brilliant user | Şərh: 13 408
Bilirdim tesekkur bacim
Nergiz love | 23 avqust 2015 16:26 | Status: Professional user | Şərh: 7 871
Kimse hazirib verse yaxsi olar
Dəniz qızı | 23 avqust 2015 09:11 | Status: Brilliant user | Şərh: 8 017
Deyəsən dadlı içkiyə oxşayır ha.
SEVDA | 23 avqust 2015 01:09 | Status: Nəzarətçi | Şərh: 17 439
Resepte göre twk.... prob ederik...
BULUTUM | 22 avqust 2015 20:46 | Status: Professional user | Şərh: 7 387
Tewekkurler 0104 ela olar dadi