Mətbəximiz / Duru yeməklər

Sevgililər gününə özəl reseptlər...

SoFiYYa AnGeL | 30-06-2012, 08:00
10 468 98

                          


 

Maş şorbası
 
 
Vəsaitlər:
1 stəkan (230g) quru maş lobya, (gecədən soyuq suya qoyulmuş)
 
2 xörək qaşığı (30ml) ərinmiş kərə yağı
500q doğranmış sümüksüz qoyun və ya mal əti (sümüklü ətdən də istifadə edə bilərsiniz)
 
1 ədəd doğranmış orta boy baş soğan
2 xörək qaşığı tomat
8 stəkan su
zövqə görə duz
zövqə görə istiot
4 ədəd 2 və ya 4 yerə bölünmüş orta boy karfof
4 quru gavalı
1 xörək qaşığı quru nanə
 
 
Hazırlanması: 
 
Maş lobyanı süzün və su doldurulmuş qazanda 15 dəqiqə ərzində qaynadın. Bu proses quru maşın tünd rənginin çıxması üçün edilir. Maşı süzün və yuyun. Kənara qoyun.
Qazanda yağı qızdırın. Əti qazana əlavə edib yağda təxminən 15 dəqiqə qızardın. Arada qarışdırın.

Soğanı da qazana əlavə edib 5 dəqiqə və yaxud soğan yumuşalana qədər bişirin. Tomatı əlavə edib 1 dəqiqə taxta qaşıqla qarışdıra-qarışdıra bişirin. Zövqə görə duz, istiot vurun. Süzdüyünüz maş lobyanı əlavə edib üstünə 8 stəkan su töküb, qaynadın. Qaynayanda, odun altını azaldın. Qazanın qapağını örtün. Şorbanı vam odda təxminən 1 saat 15 dəqiqə ərzində və yaxud ət və maş lobya bişənə qədər bişirin. Kartof, quru gavalı və quru nanəni də əlavə edib, kartof bişənə qədər bişirin. Bu şorba nə çox sulu, nə də çox qatı olmalıdır.

Ürəyim yanar
 
 
 
 
Vəsaitlər:
 
0,5 kq qoyun ürəyi
 
1 ədəd qırmızı soğan
 
1 ədəd adi soğan
 
1 ədəd kök
 
Zəncəfil
 
Küncüt yağı
 
Duz, istiot
 
Soya sousu
 
 
 
 
 
Hazırlanması: 
 
Ürəyi yuyub qaynayan suya salın. Yarım saat ərzində tam bişənə qədər qaynadın. Kökü çox nazik və uzunsov doğrayın. Soğanları nazik yarımhalqa şəklində doğrayıb küncüt yağında qızardın, duz, istiot, soya sousu, bir az da sirkə əlavə edin. Boşqaba çəkin. Bişmiş ürəyi soyuduqdan sonra uzun-uzun doğrayın. Bir tavaya küncüt yağı tökərək zəncəfili qovurun, rəngini dəyişəndə tavadan götürün. Doğranmış ürəyi yüksək odda soya sousu və sirkə əlavə edərək qızardın. Kök və soğanın üstündən düzün. 
 
 
 
Yaqut salatı
 
 
 
 
 
Vəsaitlər:
 
3-4 yumurta
 
1 təzə və ya turşu xiyar
 
1 soğan
 
100 q ağ pendir
 
70 q qoz
 
1 narın dənələri
 
200 q döş əti
 
5-6 kahı yarpağı
 
150 q mayonez
 
Duz, istiot
 
 
 
 
 
Hazırlanması: 
 
Kahını yuyub, qurudub boşqaba düzün. İlk qat olaraq soyutma bişirilmiş və sürtgəcdən keçirilmiş yumurta vurun, duz, istiot əlavə edib mayonezləyin. Üstündən təzə xiyar qoyun. Üzərinə xırda doğranmış soğan əlavə edin, mayonezləyib üstündən də pendiri tökün. Pendiri mayonezləyib üyüdülmüş qoz səpin. Qozun üzərindən soyutma bişirilmiş və duzlanmış toyuğun döş ətini əlavə edin. Yaxşıca mayonezləyin. Sonuncu lay kimi nar dənələrini qoyun. Salatı soyuducuya qoyun. Ortasının boş alınması üçün boşqabın mərkəzinə stəkan qoyun. Salatı süfrəyə verəndə stəkanı ehmalca çıxarın.
 
 

 
 
 
 
 
 
 
 
Şokoladlı keks
 
 
 
 
 
Vəsaitlər:
 
4 stəkan un
 
1 yumurta
 
0,5 stəkan günəbaxan yağı
 
0,5 stəkan qatıq (susuz)
 
0,5 stəkan ilıq süd
 
1,5 stəkan şəkər tozu
 
1 paket xəmir mayası
 
Üzəri üçün:Pudra şəkər
 
İç vəsait üçün: 3 paket bitter şokolad
 
50 qr marqarin
 
 
 
 
 
Hazırlanması: 
 
Unu dərin bir qaba tökün. Maya və şəkər tozunu əlavə edib qarışdırın. İlıq süd, yumurta, günəbaxan yağı və qatığı əlavə edib yoğurun. İlıq bir mühitdə mayalanması üçün təxminən 45 dəqiqə saxlayın. Xəmiri üç yerə bölün. Dəzgaha un səpib oxlovla yarım barmaq qalınlığında düzbucaqlı şəkildə açın. Hər tərəfini yumşadılmış marqarin ilə yağlayın. Kiçik parçalara kəsdiyiniz şokoladları bir kənarına sərin və bu kənardan başlayaraq rulet şəklində sarıyın. İki barmaq qalınlığında kəsib yağlı kağız silsiləli soba nimçəsinə sərin. Qalan ikisini də eyni şəkildə hazırlayın. 20 dəqiqə də nimçədə qaldıqdan sonra əvvəldən istilətdiyiniz 170 dərəcəlik sobada çəhrayılaşana qədər təxminən 15- 20 dəqiqə bişirin. Soyuduqdan sonra üzərinə pudra şəkər səpib xidmət edin.
 
 
 
Nuş olsun!
 

 


nurashka | 30 iyul 2012 05:58 | Status: Qonaq | Şərh: 2 167
Hami resepti qoyur biriniz də hazirlayib veriin də nolar :n27:
Meryem22 | 18 iyul 2012 18:56 | Status: Qonaq | Şərh: 0
twk :n41:
Gunelka89 | 2 iyul 2012 22:05 | Status: VİP user | Şərh: 93
ela resptlerdir atdim secilmiwlere.Twk.
SoFiYYa AnGeL | 1 iyul 2012 19:25 | Status: Professional user | Şərh: 957
Serh yazan gozell elleriniz var olsun!
abdullayeva gunel | 1 iyul 2012 11:59 | Status: Qonaq | Şərh: 0
tesekkurler.
aynur.xuda | 30 iyun 2012 23:28 | Status: Gümüş user | Şərh: 1 289
teşekkur edirem men gec oxudugum ucun artiq başqa yemek hazirlsamişam
POWER | 30 iyun 2012 23:25 | Status: VİP user | Şərh: 372
calisaram tsk canim smile
gunelcik | 30 iyun 2012 22:27 | Status: Gümüş user | Şərh: 421
SAG OL SOFİŞİM.GƏLƏCƏKDƏ LAZIM OLAR
selvi86 | 30 iyun 2012 20:48 | Status: Qonaq | Şərh: 0
Tesekkurler....... :n50:
SoFiYYa AnGeL | 30 iyun 2012 20:17 | Status: Professional user | Şərh: 957
Sitat: VILVET
Qizlar sohbet olur e Sofiwin xeberine hormetsizlik kimi cixacaq.yazilari silek yaxwi

mene hormetsizli etdiniz hee=)
2012 | 30 iyun 2012 19:16 | Status: Şərhçi | Şərh: 7
:n35:
Solnuwka. | 30 iyun 2012 18:43 | Status: Həkim | Şərh: 974
tewkkur Sofi.inwallah sevgilim olanda hazirlayaram. smile
leylawka | 30 iyun 2012 17:39 | Status: Professional user | Şərh: 1 866
ATDIM SECILMISLERE TESEKKÜR SOFIS smile
BAYACAM | 30 iyun 2012 16:53 | Status: Professional user | Şərh: 1 042
TEWEKKURLER SOFIW CANIM.RESEPTER SUPERDI.
Melek_1 | 30 iyun 2012 16:53 | Status: VİP user | Şərh: 1 002
hele qoy sevgilim olsun sonra pisirerem sonra yaziq xestexanaliq olar ey menim pisirdiyim keksden :n33:
Sumeyye | 30 iyun 2012 16:05 | Status: Professional user | Şərh: 1 720
axrinci keksden xoşum geldi :)
TAHIRE | 30 iyun 2012 15:47 | Status: Şərhçi | Şərh: 134
Bu gun hazirlamaga calisaram Tesekkurler Haminizin sevgililer gununu tebrik edirem Haminiza qucaq qucaq sevgiler arzu edirem
Hande. | 30 iyun 2012 15:35 | Status: Professional user | Şərh: 1 357
Sitat: _Almira_
heeeeee...ele menim de...davay gedek...

Allahaqqi men deli weyem,dursamd adurub gederem wink
_Almira_ | 30 iyun 2012 15:32 | Status: Professional user | Şərh: 1 167
Sitat: Hande
Allahaqqi ne deli olasan ne agilli,durub gedesen Viligile...Bax beynim yavaw-yavaw siz tereflere gelir haa Vili

heeeeee...ele menim de...davay gedek... wink
Hande. | 30 iyun 2012 15:28 | Status: Professional user | Şərh: 1 357
Sitat: VILVET
burda ne verir baw zarafatsiz bir defe gelin size ele o keksden biwirim teki ureyiniz yerine qayitsin

Geliriy haaaaaaaaaaaaaa
_Almira_ | 30 iyun 2012 15:26 | Status: Professional user | Şərh: 1 167
Sitat: VILVET
Teki sen gel men hazir

Şoferi gonder gelib gotursun de meni wink
kehraba | 30 iyun 2012 15:22 | Status: Şərhçi | Şərh: 221
twk :n50:
Esmiralda N | 30 iyun 2012 15:21 | Status: VİP user | Şərh: 237
tewekkurler
Princess_93 | 30 iyun 2012 15:04 | Status: Brilliant user | Şərh: 5 877
sevgilim olsa eliyecem
_Almira_ | 30 iyun 2012 14:58 | Status: Professional user | Şərh: 1 167
Sitat: VILVET
burda ne verir baw zarafatsiz bir defe gelin size ele o keksden biwirim teki ureyiniz yerine qayitsin

Bax geleremaaaaaaaa,atma mene! O tortdan bişirmesen oldurecem seni,boşanaram senden wink Ozu de eyniyle ondan olsun,formasi,rengi,olcusu,dadi...eynisini istiyiremaaaaaaaaaaa wink
_Almira_ | 30 iyun 2012 14:26 | Status: Professional user | Şərh: 1 167
Sitat: Damla
buyurun gelin

Baş uste! Indiden gedim qeşeng bir paltar tapim wink ,hazirlaşmaga başlayim...gelib Danikimizi de gorerik... wink
Damla | 30 iyun 2012 14:23 | Status: Brilliant user | Şərh: 7 177
Sitat: _Almira_
)Axşam gel bize,bizden de Damla gile gederik,men bişirdiyimi de aparaeriq,Damla baci da bişirecek,gedib onun da dadina baxariq...

buyurun gelin. wink
_Almira_ | 30 iyun 2012 14:19 | Status: Professional user | Şərh: 1 167
Sitat: SoFiYYaВ AnGeLВ 
menede bisiyeysendne tort=)

Cannn,qurbandi sene!(ele deyirem ki,guya cox elimden gelir de :n3: ,neyse,oho oho,ozumu o yere qoymayim,guya men de bişire bilirem de wink ,caktirmayin,yalan satiyorum şurda wink )Axşam gel bize,bizden de Damla gile gederik,men bişirdiyimi de aparaeriq,Damla baci da bişirecek,gedib onun da dadina baxariq... :n3:
SoFiYYa AnGeL | 30 iyun 2012 14:15 | Status: Professional user | Şərh: 957
Sitat: Damla
Ahaaaaaaaaaaaa demali belaaaaaaa Vilinin iwleridir bu tort.Vili tortumuzu verrrrrrrrrrrr.

Vili Vili Vili !=)
Sitat: _Almira_
Nc...nc...nc...Demek bu Vilinin işi imiş,he??? Vili,duşersen de elime! Sen işden eve gel gorum hele,uşaqlara tort bişirecem,sene vermiyecem.Tez ol bize tort ver! Aaaaaaaaaaa!

wink wink menede bisiyeysendne tort=)
Sitat: hopeful-woman
Keks xosuma geldi.bunu sevgilime seve seve ederem.Twk

:n1: canim edersen bizede verersen de=))
_Almira_ | 30 iyun 2012 14:13 | Status: Professional user | Şərh: 1 167
Sitat: SoFiYYaВ AnGeLВ 
hahah=)) VILI BIZE TORT VER ! BU SEVGILIRER GUNUNDE SEVINDIRDE AXI=))! VILI BIZE TORT VER! menim isim deyil dedim de Viliye ki, qoyma etme kizz dedi nooo qoy biraz sisinler dee=)

Nc...nc...nc...Demek bu Vilinin işi imiş,he??? Vili,duşersen de elime! Sen işden eve gel gorum hele,uşaqlara tort bişirecem,sene vermiyecem.Tez ol bize tort ver! Aaaaaaaaaaa!