Mətbəximiz / Duru yeməklər

Soyuq borşun 4 resepti (fotolarla)

niwanli | 20-08-2012, 08:30
10 738 62

 


 


Sadə soyuq borş


 

Tərkibi: 

1,5 l qatıq
1 xiyar
5-6 yumurta
0,5 kq bişmiş çuğundur
təzə şüyüd
göy soğan

Xiyar və çuğunduru sürtgəcin iri gözündən keçirin. 

Şüyüd və soğanı xırda doğrayın.

Qatıq, xiyar, çuğundur, soğan və şüyüdü bir qaba qoyub duzlayın, qarışdırın. 
Bişmiş yumurtaları ya doğrayıb borşa əlavə edin, ya da hərəsini 2 yerə bölüb boşqablarda borşun üstünə qoyun. 
Həmçinin hər boşqaba 1 qaşıq xama əlavə edə bilərsiniz. 
Qaynar, suda bişmiş kartofla birlikdə süfrəyə verin. 


Yerkökülü soyuq borş



Tərkibi (1 pay):

500 q çuğundur
2 yerkökü
100 q göy soğan
3-4 xiyar
2 yumurta
0,5 st. xama
şəkər tozu - istəyə görə
duz - istəyə görə
göyərti - istəyə görə
2 x.q. sirkə

Təmizlənib yuyulmuş çuğunduru saman kimi doğrayın. Emallı qazana yığıb soyuq su və sirkə əlavə edin, ocağın üstə qoyun, qaynara düşəndən sonra 20 dəqiqə vam odda bişirin. Sonra otaq temperaturunadək soyudun, süzün. 

Alınan suyu şüşə bankaya, yaxud da emalla qazana yığıb isti yerdə 8-10 saat saxlayın. Turşumuş suyu 8-10 dərəcəyədək soyudun. 

Yuyulmuş çuğundur və yerkökünü iri doğrayın, suda hazır olanadək bişirin. Bu suyu atın. Çuğundur və yerkökünü isə xırda kubik və ya saman kimi doğrayın. 

Əvvəlcədən hazırladığınız çuğundur suyunu qazana tökün, doğranmış yerkökü və çuğunduru, göy soğanı, təzə xiyarı, duz, sirkə və şəkər əlavə edib qarışdırın. 

Süfrəyə verərkən boşqablara xırda doğranmış bişmiş yumurta səpin, 1 qaşıq xama qoyun və xırda doğranmış şüyüd və ya cəfəri ilə bəzəyin. 


Russayağı soyuq borş

Tərkibi: 

1 kq çuğundur
4-5 kartof
1 xiyar
3-4 yumurta
100-150 q xama
zirə
1 soğan
xardal
şüyüd

Çuğunduru təmizləyib yuyun, doğrayın, şəkər tozu və duz qatılmış suda bişirin. Alınan suyu soyudun. 
Kartofu yuyun, qabıqlı-qabıqlı zirə ilə birlikdə suda bişirin. Qabığını soyun, kubik doğrayın. Buraya xırda doğranmış xiyar, baş soğan, kubik doğranmış yumurta, xardal əlavə edib qarışdırın. Çuğundur suyunu və xama əlavə edin. Üstünə xırda doğranmış şüyüd səpin. Süfrəyə verənədək bir müddət soyuducuda saxlayın.


Şaltibarşay - Litva üsulu soyuq borş

Tərkibi:

0,5 l qatıq (1-7% yağlılıqlı)
1 iri, yaxud 2 orta çuğundur
100 q soyuq su
1-2 yumurta
2 kartof
göyərti - soğan, şüyüd, cəfəri
duz

Litvada soyuq borş üçün əsasən marinə edilmiş çuğundurdan istifadə edirlər. Ancaq beləsi yoxdursa, bişirmək gərəkdir.

Çuğunduru yuyun, qabığını soymadan qaynayan suya salın. Suyu duzlamayın, o zaman çuğundur daha sulu və zərif olacaq. Rəngini saxlaması üçün suya şəkər tozu əlavə edin (2 litrə 0,5 ç.q.). Qazanın qapağını örtülü saxlayın. Bir saat qaynadandan sonra qazanı ocaqdan götürün, suyunu süzün, yenə soyuq su əlavə edin. 10-15 dəqiqə saxlayandan sonra daha 20 dəqiqə bişirin. 

Soyudulmuş çuğundurun qabığını soyun, nazik saman kimi doğrayın. 

Kartofu yuyub, qabığını soyun, qaynayan, duzlu suda, vam odda bişirin. 

Yumurtaları yuyun, duzlanmış soyuq suda, orta itilikdə odda bişirin (təxminən 10-15 dəqiqə). Soyuq su altında saxlayın, qabığını soyun, dilim-dilim doğrayın. 

Göyərtini yuyub xırda doğrayın.

Qatığa duz əlavə edib azca çalın. Soyuq su əlavə edin, çalın. 

Qazançaya doğranmış çuğunduru yığın. Qatıqla su qarışığını, doğranmış göyərtinin yarısını əlavə edin, qarışdırın. 

Süfrəyə verərkən boşqablara şaltibarşay çəkin, içinə yumurta dilimləri qoyun, üstünə göyərti səpin. Qaynar kartofu isə ayrıca boşqabda verin.





 
Nuş olsun! 

ESMERRi | 9 aprel 2016 22:50 | Status: Brilliant user | Şərh: 5 378
Sitat: ESMERRi
Sitat: Sirli dunyam
tesekkurler
SEVDA | 20 mart 2016 23:27 | Status: Nəzarətçi | Şərh: 17 439
Sitat: Gulshen.
Maraqlidi twkler
dılay | 13 mart 2016 22:58 | Status: Brilliant user | Şərh: 8 183
menlik deyil xolamiram borwu..
ESMERRi | 5 yanvar 2016 19:43 | Status: Brilliant user | Şərh: 5 378
Sitat: Sirli dunyam
tesekkurler
Sirli dunyam | 19 avqust 2015 15:08 | Status: Qonaq | Şərh: 0
tesekkurler
Nagizade.Leyla | 14 iyun 2015 12:54 | Status: VİP user | Şərh: 1 321
Təşəkkür. ....
ada.. | 10 oktyabr 2014 08:27 | Status: Qonaq | Şərh: 0
Beyenmedim
Gulshen. | 24 fevral 2014 19:16 | Status: Qonaq | Şərh: 0
Maraqlidi twkler
Meryem_Duyqu | 23 fevral 2014 01:30 | Status: Yazar | Şərh: 4 130
Gözəl görünüşü var təşəkkürlər.
Nigar | 18 fevral 2014 16:51 | Status: Gümüş user | Şərh: 6 063
Sitat: shela
maraqli idi.

shela | 22 dekabr 2013 17:33 | Status: Gümüş user | Şərh: 2 910
maraqli idi.
OLUM MELEYI | 2 dekabr 2013 20:42 | Status: VİP user | Şərh: 499
TEWEKKURLERRRRRRRRR
ay gunes | 26 oktyabr 2013 21:36 | Status: VİP user | Şərh: 916
tewekkurler
NURLU | 4 iyul 2013 09:36 | Status: Professional user | Şərh: 5 552
isti hali daha yaxsi olar mence
Girl | 26 iyun 2013 15:03 | Status: Professional user | Şərh: 8 206
Borsu xowlamiram _define036
Sehri. | 12 iyun 2013 14:38 | Status: Qonaq | Şərh: 0
Maraqlıdır.Təşəkkürlər.Əllərinizə sağlıq.
Mickey Mouse | 7 iyun 2013 17:03 | Status: Professional user | Şərh: 4 008
Borsu sevmirem.
Akademik | 14 may 2013 23:03 | Status: Professional user | Şərh: 4 580
borşu heç sevmirəm angry
RaySum | 4 may 2013 17:56 | Status: Professional user | Şərh: 2 594
xoslamiram yenede twkler
Gozel Melek | 25 mart 2013 17:18 | Status: Gümüş user | Şərh: 1 531
beyendim
Əfşan | 10 mart 2013 15:10 | Status: Professional user | Şərh: 1 714
maraqli reseptlerdi,beyendim
RaySum | 9 yanvar 2013 14:24 | Status: Professional user | Şərh: 2 594
Bu yemekleri Sevmirem Twk.
nese | 3 yanvar 2013 23:00 | Status: Qonaq | Şərh: 0
dadli di isti borsu cox xoslayirem bu soyuq borsu da bisirecem.cox lezzetli gorunur wink
Meqa | 22 dekabr 2012 10:39 | Status: Professional user | Şərh: 2 077
borşuki isti sti mayanez töküb yemədinsə onun nə dadı ümumiliyyətə yeyilməsi isti olan yeməklərin soyuq yeyə bilmərəm
Princess_93 | 23 oktyabr 2012 13:21 | Status: Brilliant user | Şərh: 5 877
goresen dadi nece olar :n10:
azeri_oglu | 30 sentyabr 2012 19:58 | Status: Gümüş user | Şərh: 2 243
beh beh olsa yeyerdik
yarali-yurek | 9 sentyabr 2012 12:54 | Status: VİP user | Şərh: 444
ela xeberdi atdim secilmiwlere serfelidir
cucem. | 8 sentyabr 2012 15:07 | Status: Professional user | Şərh: 4 415
[center][/center]

BORW ELA YEMEKDIR :n9:
P.S | 30 avqust 2012 22:08 | Status: VİP user | Şərh: 995
ISTI BORWU XOWLUYURAM AMMA SOYUQUN DADI NECEDI BILMIREM
zoluwka | 23 avqust 2012 16:32 | Status: Professional user | Şərh: 3 172
qeribe borwlardi hamile vaxti gunde 5tarelka borw yeyirdim.ama yoldawimin xowu gelmir borwdan.borwun esl resepti dadli olur