Mətbəximiz / Duru yeməklər

Müxtəlif omlet reseptləri

dark lady | 2-06-2012, 08:16
23 645 85

Göbələkli omlet


 

 

 

Ərzaqlar:

Göbələk  - 300 q

yumurta - 5 ədəd

un - 2 x. q.

istiot, duz zövqə görə

yağ

su- 1/4 stəkan

yaşıl soğan, cəfəri zövqə görə


 Hazırlanması:
 

Göbələyi xırda doğrayıb, duz, istiot vurub göyərti ilə qarışdırıb qızardın. Yumurtanın ağını sarısından ayırıb, ağına su və un əlavə edib qatı məhlul alın. Daha sonra onun üzərinə çalınmış sarısını əlavə edirik və göbələyin üstünə töküb yağlı tavada hər 2 üzünü də qızardırıq.


Almalı omlet

 

 

 

 

Ərzaqlar:

Alma – 3-4 ədəd

yumurta - 3 ədəd

yağ

qaymaq – 3 x.q.

duz, şəkər zövqə görə


 Hazırlanması:

Almaların qabığı soyulur və nazik dilimlərə bölünür. İsidilmiş tavaya yağı töküb almaları azca qovururuq. Daha sonra üzərinə qaymaq, duz və şəkərlə çalınmış yumurtanı əlavə edib 10 dəqiqə sobada bişiririk. Omlet şişməli və azca qızarmalıdır.


İtalyansayağı omlet

 

 

 

 

Ərzaqlar:

Sous üçün:

Qaymaq 2 stəkan

Yağ 2 x.q.

Un 2 x.q.

Şəkər 1 x.q.

Omlet üçün:

Yumurta 10 ədəd

Qaymaq 50q və ya süd 1/2 stəkan

Moruq və ya gavalı mürəbbəsi zövqə görə


Hazırlanması:

Sous üçün lazım olan ərzaqları qarışdırıb qazın üstünə qoyuruq. Bir az vanil də əlavə etmək olar. Sous qatılaşan kimi qazın  üstündən götürün.

Yumurtanı süd və ya qaymaqla qarışdırıb bir-neçə nazik blinlər bişiririk. İsti-isti üzərinə mürəbbə çəkib bükürük. Boşqaba yerləşdirdiyimiz cemli blinlərin üzərinə sousu əlavə edirirk.


Pendirli rulet

 

 

 


Ərzaqlar:

Yumurta 6 ədəd

Mayonez 250q

Pendir 200q

Sarımsaq 1 diş

Duz, istiot


Hazırlanması:

Yumurtanı mayonezin yarısı ilə çalın və yağlı tavaya töküb sobada bişirin. Sobanın içində soyuduruq. Pendiri sürtkəcdən keçirib əzilmiş sarımsaqla qarışdırırıq. Qalan mayonezi və istiotu da əlavə edirik. Məhlulu omletin üzırinə çəkib rulet şəklində bükürük. Paketə qoyub soyuducuda soyuduruq. Süfrəyə verəndə dilimlərə bölürük.


Smetanlı omlet

 

 

 

 

Ərzaqlar:

Yumurta 8 ədəd

smetan 120q

yağ

duz


Hazırlanması:

Yumurtanı smetan və duzla qarışdırıb yağlı tavada qarışdıra- qarışdıra bişiririk. Bərkiyən kimi tavada hər iki tərəfdən yumurtanı rulet kimi bükürük. İstərsəniz süfrəyə bütöv və ya dilimlərə bölüb verə bilərsiz.



ESMERRi | 9 aprel 2016 22:49 | Status: Brilliant user | Şərh: 5 378
Sitat: dılay
gobeleklini beyendimmmm
SEVDA | 20 mart 2016 23:01 | Status: Nəzarətçi | Şərh: 17 439
Sitat: Saida Kerimova
Təşəkkürlər.
dılay | 13 mart 2016 21:13 | Status: Brilliant user | Şərh: 8 183
gobeleklini beyendimmmm
Sunay Elizade | 1 iyun 2015 09:00 | Status: Gümüş user | Şərh: 2 156
resepte gore tsk
Gulumka | 9 sentyabr 2014 00:03 | Status: Şərhçi | Şərh: 904
Sade omlet axtariram men!
SABINA | 26 may 2014 10:56 | Status: Professional user | Şərh: 7 410
SINAMAQA DEYER
Gulshen. | 22 fevral 2014 17:43 | Status: Qonaq | Şərh: 0
Ela super twkler
Alice | 18 dekabr 2013 17:14 | Status: Professional user | Şərh: 5 020
Bəyəndim birini...
ay gunes | 26 oktyabr 2013 21:28 | Status: VİP user | Şərh: 916
tewekkurler.
Mickey Mouse | 16 iyun 2013 14:17 | Status: Professional user | Şərh: 4 008
Qeseng gorsenirler.
Sehri. | 11 iyun 2013 18:36 | Status: Qonaq | Şərh: 0
Əla.Təşəkkürlər.
Akademik | 24 may 2013 23:37 | Status: Professional user | Şərh: 4 580
səhərlər yemək ləzzət edər
Saida Kerimova | 22 mart 2013 21:37 | Status: Professional user | Şərh: 1 672
Təşəkkürlər.
Billurə | 19 mart 2013 20:56 | Status: Professional user | Şərh: 4 892
atdim secilmiwlere ) twk.
Əfşan | 10 mart 2013 14:59 | Status: Professional user | Şərh: 1 714
canim menim yumurtam senden istesen bisirmek olur e
Gozel Melek | 2 mart 2013 14:17 | Status: Gümüş user | Şərh: 1 531
ellerinize saliq cox gozel gorsenir
Sevinc.F | 28 fevral 2013 13:13 | Status: Gümüş user | Şərh: 951
Cox gozeldi
Nazi22 | 30 yanvar 2013 13:54 | Status: Qonaq | Şərh: 0
ela :n43:
elnare terlan | 16 dekabr 2012 10:50 | Status: VİP user | Şərh: 1 407
tesekkur
Sevinc_Bayramova | 27 noyabr 2012 11:59 | Status: Yazar | Şərh: 797
Men rus metbex programindan tam 10 cur omlet retsepti goturmusem burdakilarda var ve hetta mal eti donuz eti olanina qeder hercendki donuz eti istifade etmirik yenede bilmek maraqlidir
elnare terlan | 16 noyabr 2012 19:53 | Status: VİP user | Şərh: 1 407
tesekur
S24 | 7 oktyabr 2012 21:39 | Status: Gümüş user | Şərh: 797
yemisem cox dadlı olur
sevinc keder | 6 oktyabr 2012 14:23 | Status: Professional user | Şərh: 3 818
amuletleri seviremmmmmmmmmmmmmm
cucem. | 30 sentyabr 2012 20:58 | Status: Professional user | Şərh: 4 415
NYAM NYAM
sevinc keder | 17 sentyabr 2012 14:22 | Status: Professional user | Şərh: 3 818
MMMMMMMM TEWEKKURLER.
_Nazlim_ | 9 sentyabr 2012 16:00 | Status: Professional user | Şərh: 2 267
yeyerdim dadina baxardim onda deyerdim dadlidi yoxsa yox
HEYATIM | 9 sentyabr 2012 15:02 | Status: Professional user | Şərh: 2 110
BEH BEH LAP ACDIMEE HAMISI GOZELDII TEWEKKURLERR
NANICKA | 17 avqust 2012 15:02 | Status: Şərhçi | Şərh: 220
BEH BEH BEH YE DADINAN DOYMA TWK
TATLI GUZEL | 14 avqust 2012 13:40 | Status: Professional user | Şərh: 5 781
mmmmmmm lap mende istedim.
gunelcik | 10 iyul 2012 15:03 | Status: Gümüş user | Şərh: 421
superdilər