Mətbəximiz / Duru yeməklər

MİSİR "FASTFUDU": FALAFEL-Əti əvəz edən yemək

Banu. | 8-01-2019, 11:02
1 810 0

Yəqin ki, çoxunuz Şərqdə, eləcə də Avropada dəbdə olan küftəyə oxşar falafel barədə eşitmisiz. O Misir, Livan kimi ölkələrin küçədə satılan ayaqüstü yeməyidir. Kalorisi və dadına görə ətə bərabərdir. Amma ətdən deyil, noxud əzməsindəndir. FALAFEL eşidib yeməyənlər üçün resepti təqdim edirik.

Ərzaqlar:
Noxud – 500 qr.
Keşniş toxumu – 5 qr.
Cəfəri – 30 qr.
Nanə – 20 qr.
Zirə – 1 ç.q.
Baş soğan – 2 ədəd
Sarımsaq – 2 diş
Bitki yağı – 300 ml.
Un – 2 x.q.
Qabartma tozu – 1 ç.q.
Duz – 2 ç.q.

Hazırlanması:
 Falafel üçün iri noxud seçin. Noxud 1 sutka əvvəldən islağa qoyulur. Suyu süzülür, bir az yumşalana kimi bişirilir.
Soğan, sarımsaq doğranılır. Blenderdə noxud, soğan, sarımsaq, göyərtilər impulsiv rejimdə keçirilir. Əgər kütlə çox quru alınsa, bir az su qata bilərsiz. Bura üyüdülmüş zirə, 2 qaşıq un, qabartma tozu, duz qatıb, qarışdıraraq xəmir kimi yoğurun. Kütləni soyuducuda 1 saat saxlayın.
Tavada bolluca yağ dağ edilir. Kütlədən dairəvi, yastı küftə formasında kündələr hazırlayırsız, yağda tam qızarana kimi bişirirsiniz.
Falafel yanında sous, ketçup və tərəvəz salatı ilə verilə bilər. Lavaş arasına yığıla bilər. Çox dadlıdır, sanki ət yeyirsiz.

Bu xəbərləri də oxuyun:

Diqqət! Pensiya ilə bağlı ƏHALİYƏ MÜHÜM XƏBƏR

Barmaqlarınızı 60 saniyə masaj edin, orqanizmdə nə baş verdiyini görün

Pul inciyə və həmişəlik sizdən gedə bilər-Vanqadan qızıldan da qiymətli tövsiyyələr

7 gün içdi: Qarında olan piy qatı yox oldu-MÖCÜZƏ RESEPT