Mətbəximiz / Duru yeməklər

"Kurtizanka"(fotolarla)

niwanli | 5-03-2012, 20:00
7 552 87

 

 




"Kurtizanka"

 

 

 

 

Tərkibi:

 

500 q toyuq qiyməsi

2 orta baş soğan

1 alma

1 yerkökü

1 st. düyü

yumurta

ananas dilimləri

mayonez (xama)

duz, ədviyyat (zövqə görə)

 

Düyünü duzlu suda hazır olanacan bişirin (zəfəran və ya sarıkök əlavə edə bilərsiniz).

Qiyməni doğranmış soğan, sürtgəcdən keçirilmiş yerkökü və alma ilə birlikdə blenderdən keçirin. 1 yumurtanın yarısını və ədviyyat əlavə edib qarışdırın.

 

Sinini kərə yağı ilə yağlayın. Əvvəlcə qiyməni, üstündən ananas dilimlərini, üstündən isə düyünü döşəyin. Bunu bir neçə qat təkrarlaya bilərsiniz. Çox yumşaq və yağlı istəyirsinizsə, hər layın arasına mayonez, yaxud xama vura bilərsiniz. Yumurtanın o biri yarısı və 2 x.q. mayonezi qarışdırıb hazırladığınız kütlənin üzərinə çəkin.

 

Sobada vam odda təxminən 35 dəqiqə bişirin.

 






 

 

Ətirli toyuq döşəməsi

 

 


 

 

Tərkibi:

 

1 kq toyuq filesi

2 baş soğan

3 turş alma

100-150 q pendir

mayonez

 

Toyuq filesi və soğanı ət maşınından keçirin. Duzlayıb-istiotlayın, ədviyyat vurun (zövqə görə), yağlanmış siniyə döşəyin. Üstündən sürtgəcin iri gözündən keçirilmiş alma döşəyin. Sonra isə pendiri sürtgəcdən keçirib üzərinə səpin, mayonezi bütün səthinə yaxın.

 

200 dərəcə qızdırılmış sobada təxminən 1 saat bişirin.

 





 

 

Tərəvəzli toyuq döşəməsi

 

 

 

 

Tərkibi:

 

300 q toyuq filesi

300 q badımcan

300 q bolqar bibəri

150 q soğan

100 q yerkökü

500 q kartof

2 x.q. kərə yağı

50 ml süd

100 q pendir

duz

istiot

bitki yağı

 

Kartofu təmizləyin, suda bişirin. Badımcanı kubik doğrayın. Əgər badımcanlar acıdırsa, üzərinə duz səpib 30 dəqiqə saxlayın, sonra soyuq su ilə yuyun.

Soğanı xırda doğrayın.

Yerkökünü sürtgəcin orta gözündən keçirin. Bolqar bibərinin toxumlarını təmizləyin, saman kimi doğrayın.

Fileni xırda doğrayın.

 

Bitki yağında soğanı qızardın. Yerkökü əlavə edib qovurun. Fileni əlavə edib 5 dəqiqə qızardın. Bibər əlavə edin. Badımcanları əlavə edib, duz-istiot vurun, 10 dəqiqə qovurun.

 

Kartofa yağ və süd, duz, istiot əlavə edib püre hazırlayın.

 

Pendiri sürtgəcin orta gözündən keçirin.

 

Siniyə ət və tərəvəz qarışığını döşəyin. Hamarlayın. Üzərinə kartof püresini döşəyin. Hamarlayın. Üzərinə pendir səpin.

180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə bişirin.

 


















 

 

 Nuş olsun!


B.Fereh | 19 aprel 2016 15:46 | Status: Nəzarətçi | Şərh: 6 975
Adi "Kurtizanka"olan yemeyin dadina wuphem var:)))
SEVDA | 20 mart 2016 22:31 | Status: Nəzarətçi | Şərh: 17 439
Sitat: Miraj
yemem.........

Men deeee
ESMERRi | 4 dekabr 2015 21:26 | Status: Brilliant user | Şərh: 5 378
Sitat: BaLaMiN DeCeLi
superdi tsk canim
dılay | 26 noyabr 2015 19:56 | Status: Brilliant user | Şərh: 8 183
TeweKkurler
Sunay Elizade | 1 iyun 2015 09:18 | Status: Gümüş user | Şərh: 2 156
superdi tsk canim
Miraj | 28 yanvar 2015 17:44 | Status: Professional user | Şərh: 2 625
yemem.........
SABINA | 10 may 2014 13:59 | Status: Professional user | Şərh: 7 410
Sitat: yalniz arzu
ALLLAHIIIM BU NEÇƏ MƏRHƏLƏLİ BİR YEMƏKDİİİİİ
Meryem_Duyqu | 23 fevral 2014 11:26 | Status: Yazar | Şərh: 4 130
Sınamağa dəyər.Əllərinizə sağlıq
yalniz arzu | 27 oktyabr 2013 23:30 | Status: Gümüş user | Şərh: 1 759
ALLLAHIIIM BU NEÇƏ MƏRHƏLƏLİ BİR YEMƏKDİİİİİ
Alice | 14 oktyabr 2013 16:14 | Status: Professional user | Şərh: 5 020
fərli bir şey nə gözəl hazırlamaq olar..
Girl | 27 iyun 2013 23:21 | Status: Professional user | Şərh: 8 206
qeweng gorunur.ferqlidir
tewekkur edirem
Sehri. | 12 iyun 2013 14:13 | Status: Qonaq | Şərh: 0
Maraqlıdır.Yəqin dadı da qəşəng olar.Təşəkkürlər.Əllərinizə sağlıq.
Mickey Mouse | 9 iyun 2013 19:53 | Status: Professional user | Şərh: 4 008
Altindakini beyenmedim nese xosum gelmedi.
Mickey Mouse | 30 may 2013 09:58 | Status: Professional user | Şərh: 4 008
Sitat: Əfşan
Allah medem qazindi bunu gordum

Mende de.
Billurə | 25 mart 2013 12:56 | Status: Professional user | Şərh: 4 892
twk..resepte gore)
Əfşan | 10 mart 2013 14:54 | Status: Professional user | Şərh: 1 714
Allah medem qazindi bunu gordum
cucem. | 30 sentyabr 2012 20:28 | Status: Professional user | Şərh: 4 415
DADINA BAXSAM XOWUMA GELSE YEYEREM
azeri_oglu | 30 sentyabr 2012 20:17 | Status: Gümüş user | Şərh: 2 243
beh beh olsa yeyerdik
niwanli | 5 avqust 2012 17:16 | Status: Gümüş user | Şərh: 264
Sitat: Nermine1
eline sagliqniwanli,halal olsun qaynanan dosab alib bal cixibki, yasadi. aferin sene

:n3:
life82 | 2 iyul 2012 20:16 | Status: Gümüş user | Şərh: 985
ELADI HAMISI