Mətbəximiz / Duru yeməklər

Gürcü xəngəli(fotolarla)

niwanli | 3-03-2012, 09:20
13 212 84

 

 

 

 

 

Tərkibi:

 

iç üçün:

800 q can (mal) əti

600 q qoyun əti

5 diş sarımsaq

2 baş soğan

1 dəstə keşniş

1 dəstə cəfəri

200-350 ml ət suyu (bulyon)

nanə (təzə olmasa, qurusu da olar)

qara, qırmızı istiot, zirə (hərəsindən 1 ç.q.), keşniş toxumu (2 ç.q.)

duz (təxminən 2 ç.q.)

 

xəmir üçün:

1 kq un

2 yumurta

200-300 ml süd

50 ml bitki yağı

duz


Hazırlanması:

 

Unu ləyənə ələyib içinə 2 yumurta qırın. 1 ç.q. (üstsüz) duz, 1 st. süd (200 ml), 50 ml bitki yağı əlavə edib xəmir yoğurun. Əgər un artıq gəlibsə, süd, əksinə, xəmir çox sıyıq alınırsa, un əlavə edin. Bərk olmayan, elastik xəmir alınmalıdır. Masanın üstünə un səpin, iri kündə tutub xəmiri yoğurduğunuz ləyəni həmin kündənin üstünə çevirin. 40 dəqiqə saxlayın.

 

Qiyməni hazırlamaq üçün əti ət maşınından keçirə, yaxud da iti bıçaqla çox xırda doğraya bilərsiniz. Doğranmış əti qazana yığın. Soğanı çox xırda doğrayın. Ətlə qarışdırın.

Ədviyyatları və duzu qarışdırıb ətə əlavə edin. 5 diş sarımsağı xırda doğrayıb ətə əlavə edin. Göyərtiləri də (keşniş, nanə, cəfəri) doğrayıb buraya qatın, əlinizlə əti yoğurun. 20 dəqiqə saxlayın. Sonra qiyməyə təxminən 200 ml bulyon əlavə edin. Unutmayın: ət suyundan sui-istifadə etmək olmaz, bulyon qiymənin içində qalmalıdır, ondan axıb getməməlidir, bu onunçün lazımdır ki, qiymə yumşaq olsun. Həmçinin, az bulyon əti quru edir.

 

Xəmirdən bərabər ölçüdə kündələr tutun. Bunları yayın. Amma çox nazik olmasın. Axı qiymənin tərkibində ət suyu var, nazik olarsa, xəngəl bişən zaman yuxa cırıla bilər. Hər dairənin ortasına 1 x.q. qiymə qoyun. Sonra isə dairənin kənarından başlayaraq qatlaya-qatlaya büzün. Boğça alınmalıdır. Onun “boğaz”ını barmaqlarınızla yaxşı sıxın. Əgər «boğazı» çox uzun alınırsa, onu kəsmək də olar.

 

Masanın, yaxud sininin üstünə un səpib hazırladığınız xəngəlləri oraya düzün.

 

Suya duz töküb qaynamağa qoyun. Ət suyundan da istifadə edə bilərsiniz. Su qaynara düşən kimi xəngəllərin «boğaz»ından yapışıb bir-bir suya salın. Gürcü xəngəlinin qazanı böyük olmalıdır ki, suyu çox, xəngəli az olsun (rahat bişməsi üçün). Ehtiyatla taxta qaşıqla qarışdırın, xəngəllər cırılmasın. Xəngəllər suyun üzünə çıxandan sonra onları daha 15 dəqiqə qaynadın (əgər qiyməni doğramayıb, ət maşınından keçirmisinizsə, o zaman bu müddət 10 dəqiqə olacaq). Bişmiş xəngəlləri yastı boşqablara çəkin.

 

Xəngəl üçün sous da hazırlaya bilərsiniz. Ən yaxşı sous - əridilmiş kərə yağı ilə qara istiotun qarışığıdır. Bu zaman təzəcə döyülmüş dənəvər istiotdan istifadə etsəniz, daha ləzzətli olar. 

 

Başqa bir sous xama və doğranmış göyərtinin qarışığıdır. Keşniş və reyhandan istifadə edə bilərsiniz. Bunun da üzərinə döyülmüş qara istiot səpin.

 

Həmçinin xəngəlləri iri buluda çəkə, ortasına kərə yağı qoya, cəfəri və reyhan doğrayıb səpə və mütləq qara istiot vura bilərsiniz.

 

Nuş olsun!

 









































 

 


B.Fereh | 19 aprel 2016 19:20 | Status: Nəzarətçi | Şərh: 6 975
Cox sevirem gurcu xengelin,ozum de hazirlayiram.Tewekkurler.
ESMERRi | 11 aprel 2016 11:33 | Status: Brilliant user | Şərh: 5 378
Sitat: ESMERRi
Sitat: Narin-Ulker
Hec xoşdamiram bu gurcu xinqəlini manti daha dadli olur
SEVDA | 20 mart 2016 22:29 | Status: Nəzarətçi | Şərh: 17 439
Xoşlamıram tşk...
ESMERRi | 17 fevral 2016 20:14 | Status: Brilliant user | Şərh: 5 378
Sitat: Narin-Ulker
Hec xoşdamiram bu gurcu xinqəlini manti daha dadli olur
Narin-Ulker | 3 fevral 2016 04:28 | Status: Gümüş user | Şərh: 2 748
Hec xoşdamiram bu gurcu xinqəlini manti daha dadli olur
dılay | 6 yanvar 2016 16:01 | Status: Brilliant user | Şərh: 8 183
Men bir az yagda qIZardIram
Sunay Elizade | 1 iyun 2015 09:19 | Status: Gümüş user | Şərh: 2 156
superdi beyendim canim
nurlana nurlana | 12 fevral 2015 13:54 | Status: Gümüş user | Şərh: 1 950
Yemisem bunnan tesekkürler
Miraj | 3 noyabr 2014 12:49 | Status: Professional user | Şərh: 2 625
superrrrrrrrrrrr

superrrrrrrrrrrr

superrrrrrrrrrrr
Tesekkurler
NURLU | 29 noyabr 2013 09:11 | Status: Professional user | Şərh: 5 552
cox asant yemekdi
azeri_oglu | 9 sentyabr 2012 18:02 | Status: Gümüş user | Şərh: 2 243
qax rayonunda gurcu ailesinde yemiwem, cox dadli idi
cucem. | 8 sentyabr 2012 22:30 | Status: Professional user | Şərh: 4 415
atdim secilmiwlere superdireee fotolarda istedimeeee mende :n9:
OMARKAMIL | 13 avqust 2012 14:00 | Status: Qonaq | Şərh: 0
COX SAGOL CANIM MAN DA GURCUSTANLIYAM MAN OZUM DA TEZ-TEZ EDIRAM ALLARIN AGRIMASIN
_Mamedova_ | 5 avqust 2012 17:36 | Status: Gümüş user | Şərh: 1 837
tez-tez edirem xengeli,demek olarki her hefte sonu,hami eyni vaxtda evde olur deye..bu arada ozumde gurcustanliyam,gurcu metbexinden cox yemekler edirem,menim ucun en gozel metbex ele gurculerindi ,edviyyatlari superdismile
niwanli | 5 avqust 2012 17:18 | Status: Gümüş user | Şərh: 264
Sitat: GulВ Cicek
super yemekdi, biz ou basqa cur bukuruk, tesekkurler.

he bizde bawqa cur bukuruk amma ele dadli olurki vallah indi yay olmagina baxmiyaraq durub ederemee
Sitat: Milay
CANIM BIZ DE BU XENGELDEN ARABIR EDIRIK DADINNAN DOYMURUQ,SUPER OLUR,DUZUNU DESEM HER GUN YESAM BEZMEREM (KOKELTMESE YEYERDIM HERGUN)CANIM WEKILLERDE COX GOZEL AYDIN GOSTERIBSEN HER WEYI,BAX HER DEFE YEMAK TARIFI VERENDE BIZLERCUN HAMISINI BELA GOZEL ACIQ AYDIN WEKILLERDE GOSTER ,EZIZIM SEN BITANESIN

baw usde reis
G-----16 | 13 iyul 2012 16:52 | Status: Gümüş user | Şərh: 2 227
mama bundan edib super olur atdim secilmislere :n28: