Mətbəximiz / Duru yeməklər

İsgəndər kababı

niwanli | 9-03-2012, 09:00
8 602 90

 

 

 

İsgəndər kababını bir neçə cür hazırlayırlar.

 

Tərkibi (4 nəfərlik):

 

2 böyük can əti

200 q yağlı qiymə

4 ədəd kiçik pide

duz

istiot

sous:

qatıq

1 qab əzilmiş pomidor konservi

2 x.q. kərə yağı

 

Əvvəlcə qiyməyə duz və istiot vuraraq qarışdırın. Can əti ilə eyni böyüklükdə yumrulayın. İki can ətinin arasına yerləşdirin. Sellofanla örtub buz dolabına qoyun. Bir gün saxlayın. Bişirməyə başlamazdan 45 dəqiqə qabaq soyuducudan çıxarın. Elektrik bıçağı, yaxud çox iti bir bıçaqla napnazik dilimlərə doğrayın. Geniş tavada qızardın. Dilimlər çox nazik olduqları üçün tez yana bilər, odur ki, diqqətli olun.

Pideləri sobada qızdırın. Xırda doğrayıb dörd boşqabın içinə düzün. Üzərinə qızartdığınız ətləri qoyun. Pomidor sousunu qızdırıb ətlərin üstünə tökün. Boşqabın bir kənarına bir neçə qaşıq qatıq qoyun. Kərə yağını əridin, köpüklənəndə ocaqdan götürüb pomidor sousunun üzərindən gəzdirin.

 

 

İkinci üsul

 

Tərkibi:

 

500 q mal əti (bifşteks üçün)

2 ədəd balaca pide

2 x.q. bibər pastası

1 baş soğan (sürtgəcdən keçirilib suyu sıxılmış)

pomidor

acı istiot

 

Əti buz dolabında təxminən yarım saat saxlayın. Çox nazik doğrayın (dönər əti qalınlıqda). Soğan suyunda 2-3 saat saxlayın. Sonra tefal tavada bitki yağında qarışdıraraq qızardın.

Pidelərin üzərinə azca kərə yağı çəkib sobada azca qızaranadək qızdırın.

Bibər pastasını azca bitki yağı ilə qarışdırın. Azca qaynar su tökün, çox sulu olmayacaq dərəcədə azca qaynadın. İstəsəniz, ədviyyat, göyərti qurusu vura bilərsiniz.

Qızdırılmış pideləri boşqaba qoyun. Üzərinə azacıq pastalı sousdan gəzdirin. Üzərinə ət düzüb yenə sous əlavə edin. Pomidor və acı istiotla, bibərlə bəzəyə bilərsiniz.

 

Pide

 

Tərkibi:

 

1 fincan ilıq su

1/4 fincan süd

1 ç.q. şəkər tozu

1,5 ç.q. duz

3 fincan un

1 x.q. quru maya

3-4 x.q. bitki yağı

qatıq (üstünə vurmağa)

 

İlıq suda mayanı və şəkər tozunu əridin. Bir az gözləyin, qabardıqdan sonra yağ, süd, duz və un əlavə edərək xəmir yoğurun. Üstünü örtüb isti yerə qoyun. İki dəfə şişməlidir.  Barmaq nazikliyində yayın. Üzərinə qatıq çəkib 230 dərəcə qızdırılmış sobada üzəri qızarana qədər bişirin.

 

 

Köfteli İsgəndər kababı

(bu, məşhur Oktay ustanın tərifidir)

 

Tərkibi:

 

500 q qiymə

1 soğan

1 yumurta

1 dəstə cəfəri

duz

istiot

kəklikotu

3 pide

1 x.q. bibər pastası

1 x.q. kərəyağı

2 pomidor

2 acı istiot

 

Qiymənin içinə sürtgəcdən keçirilmiş soğan, yumurta, doğranmış cəfəri, duz və ədviyyat vurub qarışdırın və uzun kotletlər (köfte) düzəldin. Yağda qızardın. Pideləri sobada qızdırıb kubik doğrayın. Boşqabların içinə düzün. Qırağına qatıq qoyun. Pidelərin üzərinə qızardılmış kotletləri düzün. Bibər pastası və kərəyağını bir tavada qovurun, ətin üzərinə gəzdirin. Pomidor və istiotları da kubik doğrayıb qızardın və bir kənarına qoyun. 

 

Nuş olsun!


ESMERRi | 9 aprel 2016 14:36 | Status: Brilliant user | Şərh: 5 378
Sitat: Sunay Elizade
super dadi var yemisem cudo peckada
SEVDA | 20 mart 2016 22:33 | Status: Nəzarətçi | Şərh: 17 439
Sitat: Girl
neyseeeeeeeeeeeeeeee
Sunay Elizade | 1 iyun 2015 09:17 | Status: Gümüş user | Şərh: 2 156
super dadi var yemisem cudo peckada
Səmka Səmashka | 24 mart 2015 15:28 | Status: Qonaq | Şərh: 0
Men birde restoranlarin birinde heyat yoldawimla yemiwdim.O vaxtlar biz niwanli idik.Beyenmiwdim.Amma ye ye qurtarmirdi.[right][/right]
SABINA | 10 may 2014 14:03 | Status: Professional user | Şərh: 7 410
Sitat: ay gunes
tewekkurler.
Meryem_Duyqu | 5 mart 2014 00:56 | Status: Yazar | Şərh: 4 130
Bir dəfə restoranların birində dadına baxdım...Ondan sonra mənim üçün"İsgəndər" mövzusu bağlandı...
Nigar | 23 fevral 2014 20:54 | Status: Gümüş user | Şərh: 6 063
Sitat: Girl
istedimeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee

Gulshen. | 19 fevral 2014 12:33 | Status: Qonaq | Şərh: 0
Mukemmekdi twk
OLUM MELEYI | 2 dekabr 2013 19:57 | Status: VİP user | Şərh: 499
TEWEKKURLERRRRRRRRR
Ulviyye | 4 noyabr 2013 09:23 | Status: Gümüş user | Şərh: 2 839
cox gozel istedimeeee
ay gunes | 26 oktyabr 2013 21:34 | Status: VİP user | Şərh: 916
tewekkurler.
Damla A-va | 23 oktyabr 2013 22:15 | Status: VİP user | Şərh: 616
Tewekkurler
ay gunes | 21 oktyabr 2013 22:33 | Status: VİP user | Şərh: 916
maraqlidi tewekkur.
Girl | 27 iyun 2013 23:37 | Status: Professional user | Şərh: 8 206
istedimeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee
Sehri. | 12 iyun 2013 17:03 | Status: Qonaq | Şərh: 0
Təşəkkürlər.Əllərinizə sağlıq.
Mickey Mouse | 30 may 2013 10:16 | Status: Professional user | Şərh: 4 008
Yemek isteyirem.
selenay | 26 mart 2013 19:34 | Status: Professional user | Şərh: 1 466
kababi cxo sevirem tsk
Girl | 26 mart 2013 16:27 | Status: Professional user | Şərh: 8 206
neyseeeeeeeeeeeeeeee
Nigar | 24 mart 2013 18:28 | Status: Gümüş user | Şərh: 6 063
n11 acidimmmmmmmmmm
Billurə | 21 mart 2013 12:35 | Status: Professional user | Şərh: 4 892
twk..
Əfşan | 10 mart 2013 15:16 | Status: Professional user | Şərh: 1 714
anam maaa bisir dana bunnan
sevgi haqinda | 23 yanvar 2013 21:00 | Status: Qonaq | Şərh: 0
lap agzim sulandi :n9:
AGAA | 22 yanvar 2013 23:12 | Status: VİP user | Şərh: 1 153
OOOOFFFFFFFFFFFFFFFFFF NE YEYERDIM
Aya:)) | 19 noyabr 2012 12:20 | Status: Gümüş user | Şərh: 2 239
coox xoşlayıram
ruzgargulum | 17 noyabr 2012 15:31 | Status: Brilliant user | Şərh: 2 493
hmmmmm
cucem. | 30 sentyabr 2012 16:59 | Status: Professional user | Şərh: 4 415
azeri_oglu,
GELENDE DESMAL GETIR OZUNLE AGLAYACAQSAN :n33: HEMIWE TOYDA
azeri_oglu | 30 sentyabr 2012 16:57 | Status: Gümüş user | Şərh: 2 243
bu werhide yazib gedecem toya, yeyecemeee polnu
cucem. | 30 sentyabr 2012 16:54 | Status: Professional user | Şərh: 4 415
KABABI SEVMEYEN YOXDUR MENCE ..