Mətbəximiz / Duru yeməklər

Solyanka resepti (hazırlanması fotolarla)

Nikita | 15-04-2012, 08:35
26 870 76

Tərkibi (4-litrlik qazan üçün): 

700 q mal əti
təxminən 1 kq bir neçə növ kolbasa, yaxud hisə verilmiş ət məhsulu (delikates)
150 q yerkökü
150 q soğan 
200 q duzlu xiyar (və ya marinad)
5 x.q. tomat pastası
3 x.q. kapers 
qara istiot 
3-4 dəfnə yarpağı
bitki yağı
limon
göyərti
zeytun (zövqə görə)

Mal ətini kəfini yığmaqla iti olmayan odda, qazanın qapağını örtərək 1,5 saat qaynadın. Çıxarıb soyudun, doğrayın. Soğanı xırdalayın. Yerkökünü sürtgəcin orta gözündən keçirin. Xiyarı kubik, yaxud saman kimi doğrayın. 
Delikatesi (məsələn, servelat, ovçu kolbasası, sosiska və s.) ya kubik, ya da saman kimi doğrayın. Bitki yağında azacıq qızardın. Ayrı tavada soğanı bitki yağında qızardın. Kökü əlavə edin, bir az qızartdıqdan sonra duzlu xiyarı əlavə edib 2-3 dəqiqə qızardın. Tomat pastası əlavə edib tavanın qapağını örtün, 5-7 dəqiqə vam odda bişirin. Əgər pasta çox qatıdırsa, azacıq su əlavə edə bilərsiniz. 
Bulyonu ocağa qoyun, qaynara düşəndə doğrayıb qızartdığınız delikatesi, sonra isə mal ətini əlavə edib 5-7 dəqiqə qaynadın. Kapersləri (ənginara oxşayan bitkidir, çox zaman duzlu suda konservləşdirilir), sonra isə qızardılmış soğan, kök və xiyarı əlavə edin. 
0,5 stəkan duzlu xiyarın, yaxud da zeytunun suyunu qazana tökün. Daha 5-7 dəqiqə qaynadın. Dəfnə yarpağı, istiot, göyərti tökün. Lazım gələrsə, duzlayın. Qazanın qapağını örtüb 15-20 dəqiqə dəm almasını gözləyin. Sonra dəfnə yarpağını çıxarın. 
Boşqaba çəkəndə hər boşqaba bir limon dilimi və doğranmış zeytun əlavə edin. 

Nuş olsun! 













Nergiz33 | 10 may 2016 07:36 | Status: VİP user | Şərh: 1 079
mama demis alkas yemeyidi)))))))) cox dadlidi qizlar menim mamam qisda tez tez bisrir birde evveler ata mohkem icende seheri mutleq ona salyanka bismeliydi deyirdi adamin basi agrimir onda))))))) kim yese pesman olmaz tekrar isteyer
SEVDA | 20 mart 2016 22:47 | Status: Nəzarətçi | Şərh: 17 439
Sitat: NURLU
bunu cetinki bizde yeyen olsun
dılay | 8 dekabr 2015 09:47 | Status: Brilliant user | Şərh: 8 183
Hec ne anlamadIm bu yemekden.
Sunay Elizade | 1 iyun 2015 09:11 | Status: Gümüş user | Şərh: 2 156
Sitat: Meryem_Duyqu
Yeyə bilənlər üçün yaxşı reseptdir...
Meryem_Duyqu | 1 aprel 2014 07:57 | Status: Yazar | Şərh: 4 130
Yeyə bilənlər üçün yaxşı reseptdir...
Gulshen. | 24 fevral 2014 19:19 | Status: Qonaq | Şərh: 0
Ooo neler var icinde
Цуда | 19 dekabr 2013 21:40 | Status: Şərhçi | Şərh: 228
Tesekurler
OLUM MELEYI | 2 dekabr 2013 20:42 | Status: VİP user | Şərh: 499
TEWEKKURLERRRRRRRRR
ay gunes | 26 oktyabr 2013 21:37 | Status: VİP user | Şərh: 916
maraqlidi twk.
NURLU | 4 iyul 2013 09:33 | Status: Professional user | Şərh: 5 552
bunu cetinki bizde yeyen olsun
Girl | 26 iyun 2013 15:04 | Status: Professional user | Şərh: 8 206
dadli gorunur ellerinize sagliq
Sehri. | 13 iyun 2013 17:08 | Status: Qonaq | Şərh: 0
Əllərinizə sağlıq.Dadlı görünür.
Akademik | 14 may 2013 23:04 | Status: Professional user | Şərh: 4 580
bacımın yoldaşı çox dadlı hazırlayır solyankanı. smile çox xoşlayıram.
Gozel Melek | 25 mart 2013 17:19 | Status: Gümüş user | Şərh: 1 531
xebere gore twk ve ellerine sagliq .
sevgi haqinda | 23 yanvar 2013 20:56 | Status: Qonaq | Şərh: 0
solyanka etle olmur axi ciyer urekle felan olur menim babamda bisirirdi :n44:
Asya Qurbanova | 18 yanvar 2013 23:12 | Status: Gümüş user | Şərh: 715
tesekkurler xebere gore ve ellerine sagliq .
cin | 13 dekabr 2012 08:44 | Status: Şərhçi | Şərh: 263
ela beyendim
azeri_oglu | 30 sentyabr 2012 20:13 | Status: Gümüş user | Şərh: 2 243
beh beh olsa yeyerdik
TATLI GUZEL | 2 sentyabr 2012 14:03 | Status: Professional user | Şərh: 5 781
Tesekkurler